Bütün xəbərlər
Latviya Prezidenti Egils Levitsin rəsmi qarşılanma mərasimi olub
Tarix: 09-03-2023 01:39 | Bölmə: Gündəm

Latviya Prezidenti Egils Levitsin rəsmi qarşılanma mərasimi olub


Azərbaycan Respublikasına rəsmi səfərə gələn Latviya Respublikasının Prezidenti Egils Levitsin martın 8-də rəsmi qarşılanma mərasimi olub.
Sabaha-inamla.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Latviya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Latviya Respublikasının Prezidenti Egils Levitsi qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Latviya Prezidentinə raport verdi.
Prezident Egils Levits Azərbaycan əsgərlərini salamladı.
Prezident İlham Əliyev və Prezident Egils Levits fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Latviya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.
Azərbaycan nümayəndə heyəti Latviya Prezidentinə, Latviya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Egils Levitsin qarşısından keçdi.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Sabaha-inamla.az












Baxış sayı: 187


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı