Bütün xəbərlər
Şəhid Kərbalayi Sərxan Əliyevin ikinci ildönümü qeyd olunub-VİDEO+FOTOLAR
Tarix: 21-10-2022 22:55 | Bölmə: Gündəm

 
 Sumqayıtda "Zəngəzur" mərasim evində şəhid Kərbəlayi Sərxan Əliyevin ikinci ildönümü keçirilib.
Əvvəlcə şəhidin məzarı ziyarət olunub. Gül dəstəsi qoyulub Quran oxunub. Məktəblilər şeir söyləyiblər.
  Mərasim evində davam edən tədbirdə şəhidlər bir dəqiqəlik sükutla yad olunub.Dövlət himni səslənib. Məttahlar tərəfindən ilahi mahnılar oxunub.
    Şəhid Abdulla Əhmədovun atası Hacı Əhməd bir neçə şeir deyib. 
Sərxan Əliyev 16 yanvar 1998-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.

               

               

 Sərxan Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsi başlanan zaman könüllü olaraq döyüşlərə qatılıb və torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək 21 oktyabrda Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

               
               
     Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərxan Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.



               
               
Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş



                      
                      

etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərxan Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az











Baxış sayı: 456


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı