Əlaçı baş redaktor: "Həmişə beş almışam, sabah yubileyimdir: 5+55"
Tarix: 04-08-2022 11:47 | Bölmə: Gündəm

Həqiqətən də həmişə 5 qiymət almışam. Universiteti fərqlənmə və Nizami Gəncəvi təqaüdü ilə bitirmişəm. Bakı Dövlət Universitetində-filoligiya fakültəsində  Şaməddin Xəlilov adlı müəllimimiz var idi. Mənə həmişə deyirdi ki, sənin təkcə tərbiyən beş qiymət almağa kifayət edir.
Jurnalistkaya gələndə artıq ali təhsilli filoloq, dil-ədəbiyyat müəllimi, tənqidçi idim.


[                   
                    



İşlədiyim 30 il müddətində jurnalistika sahəsində çox şeylər öyrəndim. Yayda, qışda dayanmadan çalışdım. Düz yolda oldum. Haqqın, haqlının tərəfində oldum. Gözüm həmişə tox oldu. Heç vaxt özümü düşünmədim. İnsanların problemlərinin həllinə çalışdım. Hörmət qazandım. Yaxşı jurnalist kimi tanındım. Müsbət keyfiyyətlərim kimlərəsə sərf etmədiyi üçüm evdən, fəxri addan məhrum olundum...Şükrlər olsun ki, hələ sağam. Sabah 55 illik(5+55) yubleyimdir. Amma yenədə sabah harda olduğumu, nə iş gördüyümü siz görəcəksiniz. Özüm də günün sonunda yazacağam. Onsuzda gecə yarıya qədər kompüter arxasında oluram. Bəzən də görürəm ki, artıq səhər açılıb.
Görkəmli şairimiz Cabir Novruz deyir ki, insanlara sağlığında qiymət vermək lazımdır. Məndə əlavə edirəm ki, insanlara vaxtında qiymət vermək lazımdır.Əgər ömür vəfa edərsə, yenə təmiz adımı qoruyub, Azərbaycan jurnalistkasının inkişafı üçün əlimdən gələni edəcəyəm!

Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az

https://www.youtube.com/shorts/xGUJwXKLLHQ











Baxış sayı: 159


Bölməyə aid digər xəbərlər