Bütün xəbərlər
Deputat Emin Hacıyev şəhid və qazilərimizin övladları ilə görüşüb
Tarix: 16-03-2022 22:23 | Bölmə: Gündəm


Bu Milli Məclisin Sumqayıtdan olan deputatı Emin Hacıyev növbəti dəfə şəhid və qazilərimizin övladları ilə görüşüb.
Sabaha-inamla.az deputatın görüş barədə yazısını təqdim edir: 

"Bu gün Sumqayıtda Şəhid və qazilərimizin övladları ilə növbəti görüşümüz oldu.
Bu gün həmkarım Müşfiq Məmmədli ilə birlikdə Nəriman Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzində Sumqayıt şəhər Regional Mədəniyyət İdarəsinin və Beynəlxalq Qadın Klubunun təşklilatçılığı ilə Şəhid və qazi ailələrinin övladları üçün təşkil edilmiş Novruz Bayramı şənliyində iştirak etdim.
44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin, torpaqlarımızın azadlığı uğrunda canını sipər etmiş qazilərimiz övladlarını təbrik etdim, Şəhid ailə üzvlərinə bayram təbrikimizi çatdırıb, onlara səbr və dözüm arzuladım.
Novruz Bayramı şənliyində Şəhid və qazi ailələrinin övladlarına bayram sovqatları paylanıldı.
Novruz Bayramınız mübarək, əziz balalar!"

Sabaha-inamla.az












Baxış sayı: 375


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı