Bütün xəbərlər
İcra başçısı İlaxır çərşənbəni şəhid, qazi övladları ilə birgə qeyd etdi - Fotolar
Tarix: 15-03-2022 20:50 | Bölmə: Gündəm

                     İcra başçısı İlaxır çərşənbəni şəhid, qazi övladları ilə birgə qeyd etdi



Naftalan Şəhər İcra Hakimiyyətinin və CHINAR Hotel & SPA Naftalanın birgə təşkilatçığı ilə şəhid və qazi ailələri ilə İlaxır çərşənbə münasibətilə tədbir təşkil olunub.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə şəhid və qazi ailələri, ŞİH-nin başçısı Vüqar Novruzov, əməkdar artist Bəhram Bağırzadə, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov, şəhərin hüquq mühafizə orqanlarının rəhbərləri, digər məsul əməkdaşlar iştirak edib.
Tədbirdə çıxış edən icra başçısı qeyd edib ki, xalqımızın  zəngin milli dəyərlərini, adət-ənənələrini özündə yaşadan Novruz bayramı milli varlığın rəmzinə çevrilib. Şanlı zəfərlə başa çatan Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni-yeni səhifələr yazıb.
Tədbir iştirakçıları Novruz adət-ənənələrini özündə əks etdirən, həmçinin vətənpərvərlik mövzusunda çəkilmiş rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriblər. 
Həmçinin əməkdar artist Bəhram Bağırzadənin kitablarını oxucularına imzalayaraq paylaması uşaqlar üçün unudulmaz xatirəyə çevrilib.
















Baxış sayı: 250


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı