Bütün xəbərlər
Prezident Ukraynadakı vəziyyətlə bağlı tapşırıq verib
Tarix: 15-03-2022 13:37 | Bölmə: Gündəm

                   Prezident Ukraynadakı vəziyyətlə bağlı tapşırıq verib


“Ukraynadakı hadisələr səbəbi ilə yaranan digər narahatlıq budur ki, nəqliyyat-logistika, idxal olunan məhsullar, qiymət artımı və müxtəlif qadağalarla bağlı ciddi problemlər var”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin iclasında Baş nazir Əli Əsədov deyib. 
O vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, mövcud çağırışlara operativ və çevik reaksiya verilməsi üçün qabaqlayıcı və təxirəsalınmaz tədbirlər görülür: “Bunun nəticəsi olaraq Azərbaycanda ərzaq məhsulları üzrə ehtiyatlar yaradılır və əlavə təchizatla bağlı bütün mümkün olan tədbirlər görülür”.


Baxış sayı: 209


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı