09:23 / 20-09-2024
Zəlzələ baş verib
Bütün xəbərlər
Əliyevlə Ərdoğan Zəngəzur dəhlizinin perspektivini müzakirə etdilər
Tarix: 10-03-2022 20:46 | Bölmə: Gündəm

                       Əliyevlə Ərdoğan Zəngəzur dəhlizinin perspektivini müzakirə etdilər



Xəbər verdiyimiz kimi, Ankarada Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.
“Qafqazinfo”nun məlumatına görə, görüşdə Şuşa Bəyannaməsinin imzalanması və bu sənədin hər iki ölkənin parlamentində təsdiqlənməsi ilə Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdiyi vurğulanıb.
Postmünaqişə dövründə Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılmasının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Zəngəzur dəhlizinin açılmasının, onun region üçün yaratdığı perspektivlərin, bu xüsusda Qars-Naxçıvan dəmir yolu xəttinin çəkilməsinin əhəmiyyəti qeyd olunub.
Söhbət zamanı 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda təsbit olunmuş bütün müddəaların Ermənistan tərəfindən icrasının vacibliyi qeyd edilib, Türkiyə və Ermənistan nümayəndə heyətlərinin təmasları mövzusunda müzakirə aparılıb.


Baxış sayı: 262


Bölməyə aid digər xəbərlər
30-07-2024, 00:53 Hidayət çempion!