Bütün xəbərlər
Deputat generalın doğum gününü təbrik etdi
Tarix: 09-03-2022 03:46 | Bölmə: Gündəm


Milli Məclisin deputatı Əziz Ələkbərli Azərbaycan Resbublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Həsən oğlu Eyyubovun doğum gününü təbrik edib.Deputat təbrikində Qərbi Azərbaycanın Vedibasar mahalının tarixi şəxsiyyətlərinin,qəhrəmanlarının adlarını çəkərək Bəylər Eyyubovu onların varisi adlandırıb.
Sabaha-inamla.az deputatın təbrikinin mətnini təqdim edir:

"Qərbi Azərbaycanın bütün bölgələrindən zaman-zaman çoxlu igid oğullar, sərkərdələr çıxmışdır. O cümlədən qəhrəmanlar diyarı Vedibasar mahalından. Elə mahalın yaxın tarixinə adını əbədi həkk etmiş Abbasqulu bəy Şadlinski, Kərbəlayi İsmayıl, Qəmlo kimi qəhrəman oğulların adını çəkmək və onların erməni daşnaklarına qarşı mübarizəsini xatırlamaq kifayətdir.
Azərbaycan Resbublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Həsən oğlu Eyyubov belə bir elin övladı, belə qəhrəmanların varisidir.
Dövlətinə, Xalqına və Prezidentinə sədaqətlə xidmətin simvoluna çevrilən hörmətli Generalımızı ad günü münasibətilə ürəkdən təbrik edir, Ona cansağlığı, çətin və şərəfli işində uğurlar arzulayıram!"

Sabaha-inamla.az



Baxış sayı: 324


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı