14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Sumqayıtda “ Qisasın alındı, Xocalı! ” adlı Tir atıcılığı turniri keçirildi
Tarix: 23-02-2022 22:13 | Bölmə: Gündəm

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və şəhər Təhsil şöbəsi nəzdində Gənc Müəllimlər Şurasının birgə təşkilatçılığı ilə 23 fevral 2022-ci il tarixində 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat məktəbinin meydançasında ümumtəhsil müəssisələrini təmsil edən şagirdlərdən ibarət komandalar arasında “26 fevral - Xocalı Soyqrımı Günü”nün 30-cu ildönümü ilə əlaqədar “Qisasın alındı, Xocalı!” adlı tir atıcılığı turniri keçirilmişdir.
Məqsəd Xocalı soyqrımının unudulmaması, bu qanlı hadisənin tariximizdə buraxdığı izlər və nəticələrinin geniş təbliği, gənclərin və yeniyetmələrin çağırışaqədərki hərbi hazırlıq səviyyəsinin yüksəldilməsi, onların vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyəsi olmuşdur.
Ümumilikdə 12 komandanın təmsil olunduğu yarışda iştirakçılar 10 metr məsafədəki hədəfi dəqiq nişan alma mübarizəsində öz bacarıqlarını sınamışlar. Yarışın yekun nəticəsinə əsasən l yeri 4 nömrəli tam orta məktəbin “Şuşa”, ll yeri 15 nömrəli tam orta məktəbin “Snayper” və lll yeri N. Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyinin “Od Ərlər” komandaları tutmuşlar.
Qalib komandalar Baş İdarənin fəxri fərman, medal və hədiyyələri ilə təltif edilmişdir.

Sabaha-inamla.az













Baxış sayı: 416


Bölməyə aid digər xəbərlər