23:56 / 14-08-2026
Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək
17:48 / 14-08-2026
Nağıllar Aləmi Uşaq Bağçası: Yaradıcılıq və Vətən sevgisi
17:38 / 14-08-2026
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
17:34 / 14-08-2026
Naxçıvanın iqtisadi fəallığı artır-Könül Nurullayeva
17:28 / 14-08-2026
“600-dən çox bal toplayanların bəziləri tibbə qəbul olmayacaq”
17:18 / 14-08-2026
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
19:26 / 13-08-2026
Ukraynalı futbolçu Zabarnıy Safonovu PSJ-nin komanda fotosundan çıxardı
19:21 / 13-08-2026
Nyu-York şəhərində Zelenskinin mükafatlandırılmasına qarşı imzalar toplanır
19:17 / 13-08-2026
Turistin ölümü ilə bağlı qayığın sahibi və sürücüsü saxlanılıb
19:15 / 13-08-2026
Rusiya Xarici İşlər Nazirliyi Britaniyanın hərbi əlaqələri bərpa etmək təklifini almayıb
19:12 / 13-08-2026
XİN: Rusiya Qara dənizdə hərbi əməliyyatlara moratorium qoyulması ilə bağlı Türkiyədən heç bir təklif almayıb
19:08 / 13-08-2026
Yaponiya hərbi neytrallıqdan uzaqlaşır
19:05 / 13-08-2026
Mikroavtobus sürücüsü saxlanılıb
19:03 / 13-08-2026
Keçmiş Ali Rada üzvü Ukraynanın Polşadakı hərbi parada niyə dəvət olunmadığını izah etdi
19:01 / 13-08-2026
Ukrayna Litvada sursat fabriki tikməyi planlaşdırır
18:57 / 13-08-2026
Limanında partlayış baş verib, nəticədə bir nəfər ölüb
18:55 / 13-08-2026
Xarici İşlər Nazirliyi bildirib ki, Avropa Putinin gəmilərin ələ keçirilməsi ilə bağlı xəbərdarlığına qulaq asıb
18:51 / 13-08-2026
Ukrayna Silahlı Qüvvələrinin 55 yaşdan yuxarı ən azı 15 əsgəri Çerniqov yaxınlığında ölüb
18:49 / 13-08-2026
Polşada ukraynalı yeniyetmələr aksentlərinə görə döyülüblər
18:43 / 13-08-2026
Qərb Rusiyanın Xəzər dənizi vasitəsilə İrana təchizat etdiyini bildirib
18:40 / 13-08-2026
Filippot Zelenskinin təxribatlarının ifşa olunduğunu elan etdi
17:21 / 13-08-2026
Gürcüstanın Rusiya ilə sərhədi çay suyunun səviyyəsinin qalxması səbəbindən bağlanıb
17:18 / 13-08-2026
Sevastopol sakinləri hərbçinin qətlində şübhəli bilinən şəxsin tutulmasına kömək etdilər
17:15 / 13-08-2026
Səfirlik Putinin Kuril adalarına səfəri ilə bağlı Tokionun etirazını əsassız adlandırıb
17:11 / 13-08-2026
MKİ Avropanı mümkün Rusiya hücumları ilə bağlı xəbərdar etdi
23:31 / 12-08-2026
Magistral yolda qaya sürüşməsi baş verib
23:28 / 12-08-2026
Atəşfəşanlıq nəticəsində qaçan Alman çoban itini tapmaq üçün müşahidə kameralarından istifadə ediblər
17:21 / 12-08-2026
Qayıq qayaya çırpıldıqdan sonra bir qadın öldü
17:17 / 12-08-2026
Rusiya Yaponiya üçün düşmən deyil, tərəfdaş olaraq qalır
17:02 / 12-08-2026
Cinayət tərkibinin olmaması səbəbindən bəraət tələb edir
17:00 / 12-08-2026
Rus qadınına hücum edən kişinin cəzasının ağır olacağını açıqladı
16:57 / 12-08-2026
Tramp Türkiyədən təyyarə dəyişdirməli olduğunun səbəbini izah etdi
10:45 / 12-08-2026
Tramp Amerika qanunlarının sərtliyindən şikayətləndi
10:42 / 12-08-2026
Bir neçə nəfər fast food restoranında zəhərlənib
10:40 / 12-08-2026
Media Burnhamın Britaniya Baş naziri kimi ilk uğursuzluğunu xəbər verir
10:32 / 12-08-2026
Tramp təhdid olunduğunu iddia etdi
Dövlətə və xalqa xidmət nümunəsi – Mehriban xanım Əliyevanın I vitse–prezident kimi fəaliyyət kredosu-Cəmil Quliyev
Tarix: 22-02-2022 12:12 | Bölmə: Gündəm

Mehriban Arif qızı Əliyeva 26 avqust 1964–cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, yazıçı, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquliyevin nəvəsidir. Atası Arif Paşayev Azərbaycanın görkəmli alimi, pedaqoqu, ictimai xadim, Milli Elmlər Akademiyasının akademiki, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professordur. 1996–cı ildən indiyədək Milli Aviasiya Akademiyasının rektorudur. Anası Aida İmanquliyeva şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professor, Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, professor qadın olmuşdur. Mehriban Əliyeva 1982–ci ildə Bakı şəhəri 23 nömrəli tam orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə–profilaktika fakültəsinə daxil olub. 1988–ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib və 1988–1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi–Tədqiqat İnstitutunda işləyib. Mehriban Əliyeva 2005–ci ildə "Eftanaziya və təbabətdə humanizm problemi" mövzusunda dissertasiya işi müdafiə edib və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb. Mehriban Əliyeva 1983–cü ildə İlham Əliyevlə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı var. 2004–cü il avqustun 13–də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə Mehriban Əliyeva UNESCO–nun Xoşməramlı səfiri adına layiq görülüb. 2004–cü il dekabrın 28–də Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK–un İcraiyyə Komitəsinə üzv seçilib. 2004–cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. Xeyirxahlıq, mərhəmət, insanpərvərlik nümunəsi olan Mehriban xanım Əliyevanın ölkə daxilində həyata keçirdiyi humanitar missiyası dövlətimiz tərəfindən yüksək dəyərləndirilmiş və Mehriban xanım Azərbaycanın ən ali dövlət mükafatlarına – “Heydər Əliyev” ordeninə və Heydər Əliyev Mükafatına layiq görülmüşdür. Xarici ölkələrin ali dövlət mükafatları sırasında xüsusi olaraq qeyd etmək olar: Fransanın “Şərəf Legionu”, Rusiyanın “Dostluq” və “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə”, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri, Vatikanın IX Piy Ordeninin Böyük Xaçı, Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaçı, Pakistanın “Hilal–e Pakistan”,
Serbiyanın “Sreten”, Macarıstanın “Xidmətlərə görə” Komandor Xaçı, Rus Pravoslav Kilsəsinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordenləri, UNESCO-nun “Qızıl Motsart” medalı, BMT–nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Qızıl medalı, Krans Montana Forumunun Qızıl medalı və “Prix de la Fondation” mükafatı, Avropa Olimpiya Komitələrinin Ali Ordeni, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qızıl medalı, Küveyt Dövlətinin Fəxri diplomu, Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin mükafatı, “Qızıl ürək” beynəlxalq mükafatı, Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı, Türk–Alman Dostluq Federasiyasının fəxri mükafatı, Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktoru seçilmişdir. Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq "Birinci xanım" statusunu məhz Mehriban Əliyeva formalaşdıraraq cəmiyyətin həyatına birinci xanım ənənəsini gətirmişdir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tarixdə iz qoymuş vətənpərvər, maarifpərvər qadınlarımızın nümunəvi fəaliyyətini yeni keyfiyyətdə, həm də ləyaqətlə davam etdirir. Azərbaycan Şərqdə qadınlara seçmə və seçilmə haqqı verən ilk müsəlman ölkəsidir. Bu, İslam dəyərləri ilə demokratiyanın ahənginin vacib nümunəsidir. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya kimi sahələrdə müxtəlif layihələrin reallaşdırılması yolu ilə sosial–iqtisadi sferaya mühüm töhfə verməklə Azərbaycanın ictimai inkişafında fəal iştirak edir. Heydər Əliyev Fondunun fəaliyyət istiqamətlərindən biri respublika və dünya əhəmiyyətli tarixi abidələrin restavrasiyasıdır. Fond təkcə Azərbaycanda deyil, həm də xaricdə tarixi abidələri bərpa edir, yeni mədəniyyət mərkəzləri – musiqi məktəbləri, muzeylər, şəkil qalereyaları, kitabxanalar yaradır.
Humanizm, xeyirxahlıq və nəcib əməllər bəşər durduqca yaşayır, bu ali mənəvi keyfiyyətlərin sahibləri, şərəfli missiyanın daşıyıcıları isə öz varlıqları ilə xalqına daim başucalığı, şan–şöhrət gətirir, onun sevimlisinə çevrilirlər. Nəsildən nəslə keçən xeyirxahlıqları, nəciblikləri hər an insanlara kömək etmək, onlara yardımçı olmaq kimi ülvi hissləri ilə doğulduqları torpağın, sahibi olduqları Vətənin şərəfini yüksəklərə ucaldırlar. Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də bütün dünyada yüksək ehtiram sahibi olmuş ölkəmizin birinci xanımı Mehriban Əliyeva bəşər tarixinin şanlı salnaməsinə öz dəst–xətti ilə daxil olan belə görkəmli şəxsiyyətlərdəndir. Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən, humanizm və nəciblik missiyasını şərəflə yerinə yetirən Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-
siyasi və mədəni həyatındakı rolu mühüm, xidmətləri danılmazdır. Onun fəaliyyət dairəsi çoxşaxəli olub həyatımızın bütün sahələrinə dərindən nüfuz edir. Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO–nun xoşməramlı səfiri, 1–ci vitse prezident, YAP sədrinin 1–ci müavini, həmçinin Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, "Azərbaycan - İrs" jurnalının baş redaktorudur. Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı Mehriban Əliyeva tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış amnistiya aktı böyük mənəvi-əxlaqi və siyasi məzmun daşımışdır. O, bu təşəbbüsü ənənəyə çevirərək 2009 və 2013–cü illərdə də eyni müraciətlə çıxış etmiş və nəticədə 2009–cu ildə 9564, 2013–cü ildə isə təqribən 9000 nəfər azadlığa buraxılmışdır. 2017–ci il fevralın 21–də Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın I vitse–prezidenti təyin edilib. Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021–ci il) YAP İdarə Heyətinin üzvü seçilib və həmin gün YAP Sədrinin I müavini təyin edilmişdir.
Uzun zamandır, Heydər Əliyev Fonduna rəhbərlik edən Mehriban Əliyeva Avropa və dünyada ciddi mədəni və sosial layihələrə verdiyi dəstəklə diqqəti özünə çəkdi. Mehriban Əliyevanın I vitse–prezidentliyə təyinatını bu sahələrdəki uğurlarının nəticəsi kimi dəyərləndirmək bizi gerçək nəticələrə aparır. Xalq arasında böyük nüfuzu olan Mehriban Əliyev fərqli bir yolu sınaqdan keçirməyə başladı. Toplumdakı fərqli siyasi qrupları, hətta narazı səsləri belə “mərkəzə çəkmə, onları dinləmə və etiraz etdikləri məsələlərin çarəsini tapmaq” siyasəti xanım əfəndinin siyasi ağıl istehsal etmək sahəsində bacarığını da göstərmiş oldu. Mehriban xanım Əliyeva idarəçiliyinə müxalif olanlara hətta belə demək mümkünsə, nifrət dolu siyasi qruplaşmalara qarşı “yumşaq və dinləyən tərəf” profilini ortaya qoymaqla Azərbaycanda ictimai sabitliyin təmin olunmasına öz töhfəsini verməkdədir. Ölkəmizdə 2016–cı ildə keçirilmiş referendum, Konstitusiyaya olunan dəyişikliklər mühüm islahatlarının yeni, uğurlu mərhələsini nümayiş etdirdi. Zamanın tələbinə uyğun dəyişikliklərin tərkib hissəsi kimi Vitse–prezident institutunun təsis olunması dövlət idarəçiliyi sahəsində növbəti uğurlu dönəmin başlanğıcına çevrildi. 2005–2017–ci illərdə Milli Məclisin deputatı olmuş Mehriban Əliyevanın Azərbaycanda parlamentarizm ənənələrinin inkişafında mühüm xidmətləri var. Onun rəhbəri olduğu parlamentlərarası dostluq qrupları Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafında əvəzsiz rola malikdir.
2017–ci ildən keçən 5 ilin uğurlu göstəriciləri, mövcud reallıqları Mehriban Əliyevanın özünün yeni missiyasını da layiqincə yerinə yetirdiyini, Birinci vitse-prezident kimi fəaliyyəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin siyasi kursunun uğurla reallaşmasında fəal iştirak etdiyini göstərdi. İlk gündən mühüm sosial məsələləri nəzarətə götürən Mehriban Əliyeva 2016–cı ilin Aprel döyüşlərində xəsarətlər almış qəhrəman hərbçilərimizin hərtərəfli qayğı ilə təmin edilməsi, yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi
köçkün ailələrinin yeni mənzillərə köçürülməsi Mehriban Əliyevanın I vitse–prezident kimi uğurlu fəaliyyətinin tərkib hissəsi idi.
Millət vəkili kimi təmsil etdiyi ərazilərin sosial məsələlərin həlli istiqamətində gördüyü işlərlə seçicilərinin dərin sevgisini qazanan Mehriban Əliyevanın parlamentin müzakirəsinə təqdim etdiyi zəruri qanun layihələri Azərbaycan qanunvericiliyinin təkmilləşməsində özünəməxsus yer tutur. Daim ədalət, humanizm və insanpərvərlik ideyalarını rəhbər tutan Mehriban Əliyeva bu illər ərzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 84 illiyi, 2009–cu ildə Novruz bayramı, 2013–cü ildə Heydər Əliyevin 90 illik yubileyi və 2016–cı ildə Respublika Günü münasibətilə amnistiya aktlarının qəbul edilməsi təşəbbüsü onun uğurlu fəaliyyətinin çoxşaxəliliyini göstərir.
2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsində isə Azərbaycanın I vitse–prezidentinin döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin müalicəsini birbaşa nəzarətinə götürməsi bir daha xalqımızın dərin rəğbəti ilə qaşılandı. Məhz Mehriban Əliyevanın şəxsi diqqət və qayğısı ilə qəhrəman hərbçilərimiz hərtərəfli diqqət və qayğı ilə təmin olundular. Bu illər ərzində I vitse–prezidentin təşəbbüsləri ilə müharibə əlillərinin sosial məsələlərinin qısa zamanda həlli, məcburi köçkünlərin yeni evlərlə təmin olunması ilə bağlı həyata keçirilən layihələr, Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin layiqincə təşkili, orta məktəblərin, uşaq bağçalarının, mədəniyyət ocaqlarının təmiri və yenidənqurulması, koronavirusla əlaqədar əhalinin aztəminatlı hissəsinə davamlı şəkildə dəstək göstərilməsi Azərbaycanın I vitse–prezidentinin dövlətimizin və xalqımızın mənafelərinə xidmət edən fəaliyyətinin bariz göstəricisidir. Azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlayan Heydər Əliyev Fondunun təşəbbüsü ilə dini abidələrin əsaslı təmiri, bərpası və inşası, Şuşada Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi və Zəngilan şəhər məscidinin, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi habelə digər dini abidələrin, mədəniyyət ocaqlarının təmiri Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafı qarşısındakı misilsiz xidmətlərinin cizgiləridir. Heydər Əliyev ideyalarına sədaqət, onun dövlətçilik konsepsiyasına xas olan ideyalara bağlılıq Mehriban Əliyevanın I vitse–prezident kimi dövlətimizə və xalqımıza layiqincə xidmət etdiyini, ölkəmizin daha da çiçəklənməsinə əvəzolunmaz verdiyini göstərir. Bir sözlə, Azərbaycanın I vitse–prezidentinin ötən 5 ildə göstərdiyi uğurlu fəaliyyət, gördüyü işlər çoxşaxəli və əvəzolunmazdır. Onun fəaliyyətinin ana xətti Birinci vitse–prezident kimi hər bir sahədə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun dəstəklənməsinə və uğur qazanmasına yönəlib. 2017–ci ildən ötən 5 ilin yekunları Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi bundan sonra da fəaliyyəti ilə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial–iqtisadi inkişaf strategiyasına layiqli töhfələr verəcəyini göstərir. Başqa sözlə desək, I vitse–prezidentin çoxşaxəli fəaliyyəti dövlət başçısının həyata keçirdiyi siyasi xətti
uğurla tamamlayaraq Azərbaycan dövlətinin, xalqının bundan sonra da yüksəlişinə xidmət edir.
2020–ci ildə Nəsimi ilində Mehriban xanım Əliyevanın ideyası və təşəbbüsü ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkilmişdir. Bakıda IDEA–nın təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilati dəstəyi ilə Qafqaz Biomüxtəlifliyi Sammiti keçirilmiş və beynəlxalq ekspertlərin diqqəti Azərbaycanda, eləcə də bütün Qafqazda biomüxtəlifliyin qorunmasına yönəldilmişdir. Fondun hazırladığı “Xocalı soyqırımı” filmi ilə yanaşı, insanlığa qarşı törədilən cinayəti əks etdirən müxtəlif ekspozisiyalar nümayiş olunması, Fondun dəstəyi və təşkilatçılığı ilə məktəblilər arasında keçirilən “Xocalı uşaqların gözü ilə” rəsm müsabiqəsinin, əl işlərinin, fotoşəkillərin dünyanın qabaqcıl ölkələrində keçirilən sərgilərdə nümayiş etdirilməsi, Fondun nəşr etdirdiyi “Qarabağ həqiqətləri” toplusu və “Azərbaycana qarşı müharibə: Mədəni irsin hədəfə alınması” kitablarının dünya ölkələrində paylanması beynəlxalq ictimaiyyətdə Azərbaycan həqiqətləri barədə dolğun təsəvvürün formalaşdırılması işinə xidmət edir, töhfələrini verir. Mehriban Əliyevanın 18 il müddətində Heydər Əliyev Fondunun prezidenti kimi səmərəli fəaliyyətindən, beynəlxalq humanitar təşkilatlar olan UNESCO və ICESCO–nun xoşməramlı səfiri kimi dünya mədəni irsinin qorunması, Azərbaycanın beynəlxalq miqyasda tanıdılması işinə verdiyi misilsiz töhfələr vermişdir. Onun səyləri nəticəsində 2019–cu ilin iyulunda UNESCO Dünya İrs Komitəsinin 43–cü sessiyası Azərbaycanda keçirilib. COVID–19 pandemiyasına qarşı mübarizə tədbirləri üçün Heydər Əliyev Fondunun dəstəyi ilə modul tipli xəstəxanalar tikilib istifadəyə verilmişdir. O, Prezident İlham Əliyevlə çiyin–çiyinə ölkənin dinamik inkişafına böyük töhfə verməkdə davam edir. Qısa müddətdə 300 mindən çox qaçqın və məcburi köçkünün həyat şəraiti yaxşılaşdırılıb, bir il ərzində 3000–ə yaxın qazi və şəhid ailələri yeni mənzillərlə təmin edilib. Bundan başqa, 44 günlük Vətən müharibəsində yaralanan əsgər və zabitlərin müalicəsi təşkil edilib. Bu gün I vitse–prezident Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan portretini uğurla tamamlayır. Bir sözlə, Azərbaycanın I vitse–prezidenti Mehriban xanım Əliyevanın işləri Azərbaycanda və dünya ölkələrində dərin hörmətə, rəğbətə, xoş münasibətə əsas yaradan ali fəaliyyət nümunəsi kimi qəbul edilməkdədir.
Cəmil Quliyev,
LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin
direktor köməkçisi, tarix üzrə fəlsəfə doktoru

Baxış sayı: 1 289
Bölməyə aid digər xəbərlər

14-08-2026, 17:34
Naxçıvanın iqtisadi fəallığı artır-Könül Nurullayeva
8-08-2026, 23:10
“Azərbaycan Vaşinqton üçün daha dəyərli strateji tərəfdaşa çevrilib”
31-07-2026, 10:30
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
30-07-2026, 19:57
İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib
22-07-2026, 08:51
Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur-Könül Nurullayeva
21-07-2026, 18:09
İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
15-07-2026, 20:10
Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı-Könül Nurullayeva
13-07-2026, 23:40
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
11-07-2026, 16:26
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
10-07-2026, 20:58
İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
3-07-2026, 21:27
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video
2-07-2026, 00:00
İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
29-06-2026, 19:15
Leyla və Alyona Əliyevalar festivalda - Fotolar
23-06-2026, 17:30
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib
15-06-2026, 14:06
Milli Qurtuluş Günü: Azərbaycanın xilasa aparan dönüş nöqtəsi
14-06-2026, 16:16
Vaqif Qurbanovun şərəfli ömür yolu gənc nəsil üçün cəsarət və fədakarlıq nümunəsidir-Könül Nurullayeva
5-06-2026, 00:04
Anar Eminov: “Kibertəhlükəsizlik sahəsində görülən hər bir iş Azərbaycanın təhlükəsiz gələcəyinə qoyulan sərmayədir”
30-05-2026, 16:21
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
28-05-2026, 17:22
İlham Əliyev Xocalı şəhərində “Qarabağ Tekstil Evi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) açılışında iştirak edib
28-05-2026, 17:08
İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
27-05-2026, 23:30
Əli Nağıyev Rusiyada iclasda - Foto
24-05-2026, 21:43
Prezidentin qızı və gəlini Sosial Reabilitasiya Mərkəzində - Fotolar
19-05-2026, 11:35
WUF13 Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin nümayişidir-Könül Nurullayeva
18-05-2026, 18:32
İlham Əliyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində iştirak edib
17-05-2026, 19:27
Millət vəkilinin növbəti vətəndaş qəbulu baş tutub
16-05-2026, 12:32
Vüqar Rəhimzadə: "Ümumdünya Şəhərsalma Forumu qlobal inkişaf modellərinin yenidən formalaşdığı mərkəzi platformadır"
12-05-2026, 17:52
İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
6-05-2026, 23:37
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
6-05-2026, 16:48
Kaya Kallasın səfəri Aİ-Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından vacibdir-Könül Nurullayeva
5-05-2026, 17:38
İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub
4-05-2026, 16:35
İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib-VİDEO
1-05-2026, 13:53
Azərbaycan güləşinin növbəti zəfəri
27-04-2026, 20:45
Vüqar Rəhimzadə: “Sülh və Barışıq üçün Gernika mükafatı” Azərbaycanın sülh modelinin beynəlxalq səviyyədə qəbulu və təsdiqidir"
27-04-2026, 13:45
Leyla Əliyeva İsmayıllı səfərindən fotolar paylaşdı
23-04-2026, 18:20
Vüqar Rəhimzadə: "İmzalanan sənədlər Azərbaycan-Latviya əlaqələrinin gələcək inkişafının aydın mənzərəsini yaradır"
23-04-2026, 18:09
Vüqar Rəhimzadə: "Mənəvi-əxlaqi dəyərlərdən uzaq olan ünsürlərin qarayaxmaları onların daxili xislətini ortaya qoyur
22-04-2026, 15:39
Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
16-04-2026, 19:11
Atletika idmanın əsası, sağlam həyat tərzinin təməli və gənc nəslin fiziki və mənəvi inkişafına töhfə verir
14-04-2026, 16:55
Vüqar Rəhimzadə: "Zərifə xanım Əliyeva elm fədaisi, xeyirxah insan kimi xatirələrdə əbədi yaşayacaq"
14-04-2026, 16:41
Zərifə xanımın rəhbərliyi ilə yeni alim və həkim nəsli formalaşıb-Könül Nurullayeva
8-04-2026, 21:07
İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
6-04-2026, 23:45
İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub