Bütün xəbərlər
İlham Əliyev Moskvada naməlum əsgərin məzarını ziyarət etdi
Tarix: 22-02-2022 11:33 | Bölmə: Gündəm

                 İlham Əliyev Moskvada naməlum əsgərin məzarını ziyarət etdi



Rusiyada rəsmi səfərdə olan Prezident İlham Əliyev fevralın 22-də Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib.
"Qafqazinfo" xəbər verir ki, İlham Əliyev Rusiya paytaxtında Kremlin divarı yanındakı Aleksandr bağına gedib.
İlham Əliyev naməlum əsgərin məzarını ziyarət edərək əbədi məşəl önünə əklil qoyub.
Azərbaycanın Dövlət Himni səsləndirilib.
Sonra fəxri qarovul dəstəsinin keçidi olub.


Baxış sayı: 263


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı