23:56 / 14-08-2026
Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək
17:48 / 14-08-2026
Nağıllar Aləmi Uşaq Bağçası: Yaradıcılıq və Vətən sevgisi
17:38 / 14-08-2026
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
17:34 / 14-08-2026
Naxçıvanın iqtisadi fəallığı artır-Könül Nurullayeva
17:28 / 14-08-2026
“600-dən çox bal toplayanların bəziləri tibbə qəbul olmayacaq”
17:18 / 14-08-2026
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
19:26 / 13-08-2026
Ukraynalı futbolçu Zabarnıy Safonovu PSJ-nin komanda fotosundan çıxardı
19:21 / 13-08-2026
Nyu-York şəhərində Zelenskinin mükafatlandırılmasına qarşı imzalar toplanır
19:17 / 13-08-2026
Turistin ölümü ilə bağlı qayığın sahibi və sürücüsü saxlanılıb
19:15 / 13-08-2026
Rusiya Xarici İşlər Nazirliyi Britaniyanın hərbi əlaqələri bərpa etmək təklifini almayıb
19:12 / 13-08-2026
XİN: Rusiya Qara dənizdə hərbi əməliyyatlara moratorium qoyulması ilə bağlı Türkiyədən heç bir təklif almayıb
19:08 / 13-08-2026
Yaponiya hərbi neytrallıqdan uzaqlaşır
19:05 / 13-08-2026
Mikroavtobus sürücüsü saxlanılıb
19:03 / 13-08-2026
Keçmiş Ali Rada üzvü Ukraynanın Polşadakı hərbi parada niyə dəvət olunmadığını izah etdi
19:01 / 13-08-2026
Ukrayna Litvada sursat fabriki tikməyi planlaşdırır
18:57 / 13-08-2026
Limanında partlayış baş verib, nəticədə bir nəfər ölüb
18:55 / 13-08-2026
Xarici İşlər Nazirliyi bildirib ki, Avropa Putinin gəmilərin ələ keçirilməsi ilə bağlı xəbərdarlığına qulaq asıb
18:51 / 13-08-2026
Ukrayna Silahlı Qüvvələrinin 55 yaşdan yuxarı ən azı 15 əsgəri Çerniqov yaxınlığında ölüb
18:49 / 13-08-2026
Polşada ukraynalı yeniyetmələr aksentlərinə görə döyülüblər
18:43 / 13-08-2026
Qərb Rusiyanın Xəzər dənizi vasitəsilə İrana təchizat etdiyini bildirib
18:40 / 13-08-2026
Filippot Zelenskinin təxribatlarının ifşa olunduğunu elan etdi
17:21 / 13-08-2026
Gürcüstanın Rusiya ilə sərhədi çay suyunun səviyyəsinin qalxması səbəbindən bağlanıb
17:18 / 13-08-2026
Sevastopol sakinləri hərbçinin qətlində şübhəli bilinən şəxsin tutulmasına kömək etdilər
17:15 / 13-08-2026
Səfirlik Putinin Kuril adalarına səfəri ilə bağlı Tokionun etirazını əsassız adlandırıb
17:11 / 13-08-2026
MKİ Avropanı mümkün Rusiya hücumları ilə bağlı xəbərdar etdi
23:31 / 12-08-2026
Magistral yolda qaya sürüşməsi baş verib
23:28 / 12-08-2026
Atəşfəşanlıq nəticəsində qaçan Alman çoban itini tapmaq üçün müşahidə kameralarından istifadə ediblər
17:21 / 12-08-2026
Qayıq qayaya çırpıldıqdan sonra bir qadın öldü
17:17 / 12-08-2026
Rusiya Yaponiya üçün düşmən deyil, tərəfdaş olaraq qalır
17:02 / 12-08-2026
Cinayət tərkibinin olmaması səbəbindən bəraət tələb edir
17:00 / 12-08-2026
Rus qadınına hücum edən kişinin cəzasının ağır olacağını açıqladı
16:57 / 12-08-2026
Tramp Türkiyədən təyyarə dəyişdirməli olduğunun səbəbini izah etdi
10:45 / 12-08-2026
Tramp Amerika qanunlarının sərtliyindən şikayətləndi
10:42 / 12-08-2026
Bir neçə nəfər fast food restoranında zəhərlənib
10:40 / 12-08-2026
Media Burnhamın Britaniya Baş naziri kimi ilk uğursuzluğunu xəbər verir
10:32 / 12-08-2026
Tramp təhdid olunduğunu iddia etdi
Əsl dövlət adamı-Əli NƏCƏFXANLI
Tarix: 20-02-2022 23:36 | Bölmə: Gündəm

...Bakıda orta məktəbi qızıl medalla bitirib.
...Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində təhsilini fərqlənmə diplomu ilə başa vurub.
...On beş il əvvəl layiq görüldüyü Beynəlxalq mükafat “Qızıl ürək” adlanır.
...Adı və qiymət əyarı qızıldan da üstün olan “Heydər Əliyev” ordeni ilə təltif edilib.
...Hamı etiraf edir ki, özü də əsl mənada qızıl kimi insandır.
Söhbət Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YAP sədrinin birinci müavini Mehriban Əliyevadan gedir. Çoxşaxəli fəaliyyəti bütün müasirlərinə gözəl bir örnək olan Mehriban xanım dünyada tanınmış ictimai-siyasi xadimdir.
Düz beş il öncə, 2017-ci il fevralın 21-də Prezident sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilənə qədər də yetərincə ad-san qazanmışdı. Ölkənin nəciblik mücəssəməsi olan birinci ledisi, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi. İndi də həmin vəzifələrdə layiqincə çalışmaqdadır. Sadəcə indi onun dövlətə və xalqa xidmət statusu daha böyükdür, məsuluyyəti daha əhatəlidir. Sözügedən tarixdə Mehriban xanım İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasında təqdim olunub.
Onun Birinci vitse-prezident kimi həmin il martın 9-da keçirdiyi ilk tədbir məcburi köçkünlərlə bağlı idi və bu, bir növ rəmzi səciyyə daşıyırdı. Didərginlik taleyi yaşayan, paytaxt Bakının və bizim Sumqayıt şəhərinin yataqxanalarında məskunlaşmış qarabağlı soydaşlarımızın köçürülməsinə həsr edilmiş o müşavirə sanki dünyaya ismarıc idi ki, dövlət idarəetməsi nə qədər mürəkkəb proses olsa da, müharibə şəraiti ilə necə üz-üzə qalsaq da, biz ehtiyac duyan, qayğı uman bir vətəndaşımızı belə diqqətsiz qoymayacağıq. Mehriban Əliyevanın oradakı çıxışına, qaçqınlara qayğılı yanaşmasına sadə camaat da, media da, geniş ictimaiyyət də heyranlıqla reaksiya vermişdi.
Maraqlı və təbiidir ki, növbəti tədbir də didərgin həmsoylarımızla bağlı oldu. May ayının 30-da Mehriban xanımın təşəbbüsü ilə Qaradağ rayonu ərazisində köçkünlər üçün 1026 nəfərlik ailənin yaşayış kompleksinin təməli qoyuldu. İyunun 27-də baş tutan üçüncü tədbir də analoji mövzuda idi. Müqəddəs Ramazan bayramı günündə Mehriban Əliyevanın iştirakı ilə Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkün ailələrinə yeni mənzillərin verilməsi mərasimi keçirildi. Onlara ikiqat bayram sevinci bəxş edən Birinci ledi həmçinin inam ifadə etdi ki, qaçqın ailələri tezliklə doğma yurd-yuvalarına qayıdacaqlar.
Onu da xatırlayırıq ki, yüksək dövlət vəzifəsinə təyin olunduğu üçün Mehriban xanım 12 illik deputatlığından ayrılarkən Milli Məclisin plenar iclasında çox səmimi çıxış edərək oradakı fəaliyyətini böyük bir ömür məktəbi adlandırdı. Parlamentdə qazandığı təcrübəni əvəzsiz saydığını bildirərək dedi: "Bu yüksək tribunadan mənə inanan hər bir insanı əmin etmək istərdim ki, gələcək fəaliyyətimdə də mənəvi dəyərləri üstün tutacağam, Azərbaycanın müstəqilliyinin qorunması, ölkəmizin hərtərəfli inkişafı üçün tam gücümlə çalışacağam".
O gün-bu gün Birinci vitse-prezidentin faydalı iş əmsalı artan şkala üzrə gedir. Prezidentlə bölgələrə, o cümlədən işğaldan azad olunmuş rayonlara saysız səfərlərə yollanıb. ABŞ, İtaliya, Rusiya və sair ölkələrə səfərlərdə Azərbaycanı layiqincə təmsil edib. Bir sıra beynəlxalq mükafata, orden və medallara layiq görülüb. Rusiyanın Müqəddəs Mələksima Knyaginya Olqa və “Dostluq ordenlərini, İtaliyanın "Xidmətlərinə görə" Böyük Xaç Kavaleri ordeni bu qəbildəndir.
Prezident İlham Əliyev Mehriban xanımın Heydər Əliyev Fonduna rəhbərliyini yüksək dəyərləndirib: “2004-cü ildən bu günə qədər Mehriban Əliyeva ulu öndərin adını daşıyan Fondun prezidentidir. Heydər Əliyev Fondu onun rəhbərliyi ilə nəinki Azərbaycanın, hesab edirəm ki, regionun ən böyük və nüfuzlu ictimai təşkilatına çevrilmişdir. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir”.
Mehriban Əliyevanın həyatında idmana qayğı da mühüm yer tutur. Azərbaycan Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvü kimi çox fəaldır. Bundan başqa, ölkəmizdə Gimnastika Federasiyasının prezidentidir. 2015-ci ildə Bakıda birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi Təşkilat Komitəsinin və onun rəhbəri Mehriban Əliyevanın fəaliyyətinin nəticəsi kimi qeyd edilib. 2017-ci ildə Bakıda IV İslam Həmrəyliyi Oyunlarının təşkili də Mehriban Əliyevanın adı ilə bağlıdır. Tokio-2020 olimpiadasında və paralimpiya oyunlarında idmançılarımızın qələbələrinə ən çox sevinənlərdən biri də elə Mehriban xanım olub. Təmsilçilərimizin hər qələbəsini, hər medalını özünün sosial şəbəkə hesablarında ayrıca qeyd edib, səmimi təbriklərini isti-isti çatdırıb. Qalib idmançılarla görüşlər, onlar üçün hər cür şərait yaradılmasına nail olunması dövlət başçısı ilə bərabər, mübaliğəsiz olaraq onun da xidmətidir.
Vətən müharibəsi yaralılarının görüşünə Prezidentlə birlikdə gedən Mehriban xanımın onlara ana-bacı kimi necə ürək-dirək verdiyi, şəfalar arzuladığı yaddan çıxmır. Rəhbərlik etdiyi Fondun xəttilə qazilər üçün ən müasir protezlərin alınaraq gətirilməsi məhz onun xidmətidir.
Müharibədən sonra Şuşada “Xarıbülbül” festivalı da, digər unudulmaz tədbirlər də onun təşkilatçılığı ilə başa gəlib. Erməni vandallarının yararsız hala saldıqları adidələrin, dini irs nümunələrinin ikinci həyata qayıtması da bu sıradandır.
Yüksək insanpərvərlik, nəciblik missiyasını həvəslə yerinə yetirən Birinci vitse-prezidentin rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətində COVID-19 pandemiyasına qarşı mübarizə xüsusi qeyd olunmalıdır. Fond müvafiq laboratoriyaların təcili təşkilinə, ölkəmizin yüksək keyfiyyətli testlərlə təmin olunmasına yaxından dəstək göstərib. Fond tərəfindən mobil tipli müalicəxanalar üçün tibbi avadanlıq və ləvazimat, dərman preparatları xaricdən alınaraq Azərbaycana gətirilib. Daha bir xeyirxahlıq, mərdanəlik örnəyi: koronavirus səbəbindən talassemiya, hemofiliya və leykoz xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığı üçün Mehriban Əliyevanın təşəbbüsü ilə qanvermə aksiyası təşkil edilib. Virusa yoluxmuş bir sıra tanınmış şəxslərə də Mehriban xanımın tapşırığına əsasən yaxından dəstək göstərilib və onlar zəruri müalicə alaraq sağalıblar. Xüsusi karantin rejimi ilə əlaqədar olaraq Heydər Əliyev Fondu “Biz birlikdə güclüyük” layihəsi çərçivəsində ardıcıl surətdə vətəndaşları ərzaq bağlamaları ilə təmin edib. Aztəminatlı və digər həssas qruplardan olan 100 minədək ailəyə dəfələrlə bayram sovqatları çatdırılıb. Mehriban Əliyevanın şəxsi təşəbbüsləri ilə xüsusi qayğıya ehtiyac duyan insanlara fərdi qaydada kömək göstərilməsi bu təşkilata əsl ümumxalq rəğbəti qazandırıb. Əksər ərazilərdə çəkilən yollar, tikilən sığınacaqlar, himayəyə ehtiyac duyan uşaqlar üçün təşkil olunan bayram tədbirləri, yardım və hədiyyələr daimi xarakterlidir.
Mehriban xanımın Milli Məclisdə deputat kimi son çıxışında söylədiyi bu fikirlər onun Birinci vitse-prezidentliyi zamanı özünü tam doğrildib: “Mən öhdəmə düşən məsuliyyəti çox yaxşı dərk edirəm və əlbəttə, həyəcan da keçirirəm. Lakin mən gələcəyə böyük nikbinliklə baxıram. Çünki mənim sizin kimi həmkarlarım var, məni dəstəkləyən minlərlə soydaşımız var, ölkəmizin İlham Əliyev kimi bacarıqlı, cəsarətli, zəkalı, eyni zamanda, ən yüksək insani keyfiyyətlərə malik olan prezidenti var. Biz birlikdə əyilməz bir gücük. Mən əminəm ki, Azərbaycanın gələcəyi üçün, Azərbaycanın gələcək inkişafı üçün, müstəqilliyimizin möhkəmləndirilməsi üçün əlimizdən gələni bundan sonra da tam gücümüzlə birlikdə, bir komanda kimi həyata keçirəcəyik".
...İstər-istəməz düşünürəm ki, Mehriban Əliyeva ömrü boyu anası Aida İmanquliyevanın öyüdlərinə bütünlüklə əməl edən bir övladdır. Görkəmli şərqşünas alim, unudulmaz şəxsiyyət olan Aida xanım özü də həyat yollarında zəhmətlə, usanmadan irəliləmiş, insanlara mehriban münasibət göstərmiş, ona üz tutanların heç birini naümid geri qaytarmamışdır. Həm ailədə, həm el-obada böyük hörmət, nüfuz sahibi olmuşdur. Bu gün Mehriban xanım anasının həyatda saldığı izləri daha da böyüdərək geniş bir yola çevirib. Bu yol uzandıqca uzanacaq və daha uca zirvələrə qalxaraq Günəşə daha da yaxın olacaq.
Əli NƏCƏFXANLI
Baxış sayı: 501
Bölməyə aid digər xəbərlər

14-08-2026, 17:34
Naxçıvanın iqtisadi fəallığı artır-Könül Nurullayeva
8-08-2026, 23:10
“Azərbaycan Vaşinqton üçün daha dəyərli strateji tərəfdaşa çevrilib”
31-07-2026, 10:30
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
30-07-2026, 19:57
İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib
22-07-2026, 08:51
Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur-Könül Nurullayeva
21-07-2026, 18:09
İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
15-07-2026, 20:10
Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı-Könül Nurullayeva
13-07-2026, 23:40
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
11-07-2026, 16:26
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
10-07-2026, 20:58
İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
3-07-2026, 21:27
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video
2-07-2026, 00:00
İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
29-06-2026, 19:15
Leyla və Alyona Əliyevalar festivalda - Fotolar
23-06-2026, 17:30
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib
15-06-2026, 14:06
Milli Qurtuluş Günü: Azərbaycanın xilasa aparan dönüş nöqtəsi
14-06-2026, 16:16
Vaqif Qurbanovun şərəfli ömür yolu gənc nəsil üçün cəsarət və fədakarlıq nümunəsidir-Könül Nurullayeva
5-06-2026, 00:04
Anar Eminov: “Kibertəhlükəsizlik sahəsində görülən hər bir iş Azərbaycanın təhlükəsiz gələcəyinə qoyulan sərmayədir”
30-05-2026, 16:21
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
28-05-2026, 17:22
İlham Əliyev Xocalı şəhərində “Qarabağ Tekstil Evi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) açılışında iştirak edib
28-05-2026, 17:08
İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
27-05-2026, 23:30
Əli Nağıyev Rusiyada iclasda - Foto
24-05-2026, 21:43
Prezidentin qızı və gəlini Sosial Reabilitasiya Mərkəzində - Fotolar
19-05-2026, 11:35
WUF13 Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin nümayişidir-Könül Nurullayeva
18-05-2026, 18:32
İlham Əliyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində iştirak edib
17-05-2026, 19:27
Millət vəkilinin növbəti vətəndaş qəbulu baş tutub
16-05-2026, 12:32
Vüqar Rəhimzadə: "Ümumdünya Şəhərsalma Forumu qlobal inkişaf modellərinin yenidən formalaşdığı mərkəzi platformadır"
12-05-2026, 17:52
İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
6-05-2026, 23:37
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
6-05-2026, 16:48
Kaya Kallasın səfəri Aİ-Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından vacibdir-Könül Nurullayeva
5-05-2026, 17:38
İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub
4-05-2026, 16:35
İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib-VİDEO
1-05-2026, 13:53
Azərbaycan güləşinin növbəti zəfəri
27-04-2026, 20:45
Vüqar Rəhimzadə: “Sülh və Barışıq üçün Gernika mükafatı” Azərbaycanın sülh modelinin beynəlxalq səviyyədə qəbulu və təsdiqidir"
27-04-2026, 13:45
Leyla Əliyeva İsmayıllı səfərindən fotolar paylaşdı
23-04-2026, 18:20
Vüqar Rəhimzadə: "İmzalanan sənədlər Azərbaycan-Latviya əlaqələrinin gələcək inkişafının aydın mənzərəsini yaradır"
23-04-2026, 18:09
Vüqar Rəhimzadə: "Mənəvi-əxlaqi dəyərlərdən uzaq olan ünsürlərin qarayaxmaları onların daxili xislətini ortaya qoyur
22-04-2026, 15:39
Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
16-04-2026, 19:11
Atletika idmanın əsası, sağlam həyat tərzinin təməli və gənc nəslin fiziki və mənəvi inkişafına töhfə verir
14-04-2026, 16:55
Vüqar Rəhimzadə: "Zərifə xanım Əliyeva elm fədaisi, xeyirxah insan kimi xatirələrdə əbədi yaşayacaq"
14-04-2026, 16:41
Zərifə xanımın rəhbərliyi ilə yeni alim və həkim nəsli formalaşıb-Könül Nurullayeva
8-04-2026, 21:07
İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
6-04-2026, 23:45
İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub