Bütün xəbərlər
Emin Əmrullayev: Xocalı soyqırımı bütün bəşəriyyətin faciəsidir
Tarix: 20-02-2022 20:39 | Bölmə: Gündəm


Xocalı soyqırımı yalnız Azərbaycan və azərbaycanlıların deyil, bütün bəşəriyyətin, hər bir insanın faciəsidir. Dünya birliyi günahsız insanların qətlini qəbul etməməli, Xocalı faciəsi ilə bağlı ədalət səsini ucaltmalıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın təhsil naziri Emin Əmrullayev Tbilisidə "Xocalıya ədalət" adlı sərginin açılış mərasimində söyləyib.
Onun sözlərinə görə, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad edib, ərazi bütövlüyünə qovuşub. Lakin Xocalıda qətlə yetirilən günahsız insanlar unudulmur. “Biz də heç zaman Xocalını unutmayacağıq və unutdurmayacağıq. Dünya birliyi Xocalı soyqırımına düzgün qiymət verməlidir ki, bu cür qətliamlar bir daha təkrarlanmasın”, – deyə E.Əmrullayev vurğulayıb.




Baxış sayı: 256


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı