Bütün xəbərlər
Azərbaycanın gənclər və idman naziri muxtar respublikanın idman obyektləri ilə tanış olub
Tarix: 06-02-2022 21:25 | Bölmə: Gündəm


Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov və Nazirliyin digər nümayəndələri Naxçıvan Muxtar Respublikasına səfər çərçivəsində burada fəaliyyət göstərən idman obyektləri ilə tanış olublar.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əvvəlcə Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində olan nazir burada keçirilən cüdo üzrə şəhər birinciliyini və məşq proseslərini izləyib.
Naxçıvan Üzgüçülük Mərkəzi ilə tanışlıqdan sonra Naxçıvan Muxtar Respublika Stadionuna baxış olub. Burada gimnastika bölməsinin məşqlərinə baxılıb, idmançılarla xatirə şəkli çəkdirilib.
Naxçıvan şəhər Uşaq-Gənclər İdman Məktəbində olan nazirə və qonaqlara məktəbin fəaliyyəti, gənc idmançılarla hazırlıq prosesi, qarşıdakı yarışlara hazırlıq, həmçinin gələcək planlar barədə məlumat verilib.
Qonaqlar Gənclər Mərkəzi, Şərur Olimpiya İdman Kompleksi və Uzunoba Təlim Məşq İdman Kompleksi ilə də yaxından tanış olublar.
Muxtar respublikanın idman obyektləri ilə tanışlıq zamanı Azərbaycan Respublikasının gənclər və idman nazirini Azərbaycan Respublikası Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov və Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Ramil Hacı müşayiət ediblər.



Baxış sayı: 253


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı