Bütün xəbərlər
Qubada Şəhidlər bulağının açılışı olub
Tarix: 29-01-2022 21:45 | Bölmə: Gündəm


Yanvarın 29-da Quba rayonunun Bağbanlı qəsəbəsində şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa edilən bulaq-xatirə kompleksinin açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kompleksdə Bağbanlı qəsəbəsindən olan 44 günlük Vətən müharibəsinin və Birinci Qarabağ savaşının şəhidləri Bədəlov İlqar Rafiq oğlu, Mütəllimov Rövşən Qəni oğlu, Qocayev Seymur Mahir oğlu və Aydəmirov Nizami Elçin oğlunun xatirə lövhələri yer alıb.
Açılış mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edənlər 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı tarixi Qələbədən söz açıblar. Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimiz qanları, canları bahasına torpaqlarımızı azad ediblər. Bu amal uğrunda şəhid olan qəhrəmanların xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq.
Tədbirdə çıxış edənlər şəhidlərimizin döyüş yolundan, onlarda olan yüksək vətənpərvərlik hisslərindən danışıblar. Bildirilib ki, şəhidlərimizin xatirəsini yad etmək, onların ailələrinə hörmətlə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur.
Mərasimdə çıxış edən şəhid anaları ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısını yüksək dəyərləndirərək, kompleksin tikintisində əməyi olan insanlara minnətdarlıqlarını bildiriblər.

















Baxış sayı: 288


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı