Bütün xəbərlər
Baş redaktor: "Uzun illərdir Prezidentin təbliğatını aparıram-YUBİLEYİNİZ MÜBARƏK,CƏNAB PREZİDENT!
Tarix: 24-12-2021 00:35 | Bölmə: Gündəm


Bu gün-24 dekabr cənab Prezidentin doğum günüdür-yubileyidir-60 yaşı tamam olur. Özümə borc bildim məndə onun doğum gününü təbrik edim. Çünki uzun illərdir onun təbliğatını aparıram. Müəyyən çətinliklərə baxmayaraq mən hər zaman onu dəstəkləmişəm. Onun Azərbaycanı işıqlı gələcəyə aparan bir lider kiimi qəbul etmişəm, cəmiyyətə də belə təqdim etmişəm. Hələ 2003-cü ildə Qarabağı işğaldan azad edəcəyini "Ulu öndərə" adlı şeirimdə yazmışdım. Onu hər zaman vətənini, xalqını sevən bir insan kimi tanıdım. O bizim qalib Prezidentdir. O düşmənə Dəmir yumruğunu göstərdi. Və Azərbaycan əsgərinin, zabitinin, ordusunun nəyə qadir olduğunu bütün dünya gördü. Əminəm ki, Prezidentimizin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə tikilən evlər, obyektlər dünyanın ən gözəl şəhərləri səviyyəsində olacaq!
Mən Prezidentimiz, hörmətli İlham Heydər oğlu Əliyevi yubileyi-60 yaşı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Ona can sağlığı, xoşbəxtlik, gələcək işlərində uğurlar arzulayıram!

Namiq MƏMMƏDLİ,
Sabaha-inamla.az xəbər portalının baş redaktoru


Baxış sayı: 842


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı