23:56 / 14-08-2026
Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək
17:48 / 14-08-2026
Nağıllar Aləmi Uşaq Bağçası: Yaradıcılıq və Vətən sevgisi
17:38 / 14-08-2026
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
17:34 / 14-08-2026
Naxçıvanın iqtisadi fəallığı artır-Könül Nurullayeva
17:28 / 14-08-2026
“600-dən çox bal toplayanların bəziləri tibbə qəbul olmayacaq”
17:18 / 14-08-2026
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
19:26 / 13-08-2026
Ukraynalı futbolçu Zabarnıy Safonovu PSJ-nin komanda fotosundan çıxardı
19:21 / 13-08-2026
Nyu-York şəhərində Zelenskinin mükafatlandırılmasına qarşı imzalar toplanır
19:17 / 13-08-2026
Turistin ölümü ilə bağlı qayığın sahibi və sürücüsü saxlanılıb
19:15 / 13-08-2026
Rusiya Xarici İşlər Nazirliyi Britaniyanın hərbi əlaqələri bərpa etmək təklifini almayıb
19:12 / 13-08-2026
XİN: Rusiya Qara dənizdə hərbi əməliyyatlara moratorium qoyulması ilə bağlı Türkiyədən heç bir təklif almayıb
19:08 / 13-08-2026
Yaponiya hərbi neytrallıqdan uzaqlaşır
19:05 / 13-08-2026
Mikroavtobus sürücüsü saxlanılıb
19:03 / 13-08-2026
Keçmiş Ali Rada üzvü Ukraynanın Polşadakı hərbi parada niyə dəvət olunmadığını izah etdi
19:01 / 13-08-2026
Ukrayna Litvada sursat fabriki tikməyi planlaşdırır
18:57 / 13-08-2026
Limanında partlayış baş verib, nəticədə bir nəfər ölüb
18:55 / 13-08-2026
Xarici İşlər Nazirliyi bildirib ki, Avropa Putinin gəmilərin ələ keçirilməsi ilə bağlı xəbərdarlığına qulaq asıb
18:51 / 13-08-2026
Ukrayna Silahlı Qüvvələrinin 55 yaşdan yuxarı ən azı 15 əsgəri Çerniqov yaxınlığında ölüb
18:49 / 13-08-2026
Polşada ukraynalı yeniyetmələr aksentlərinə görə döyülüblər
18:43 / 13-08-2026
Qərb Rusiyanın Xəzər dənizi vasitəsilə İrana təchizat etdiyini bildirib
18:40 / 13-08-2026
Filippot Zelenskinin təxribatlarının ifşa olunduğunu elan etdi
17:21 / 13-08-2026
Gürcüstanın Rusiya ilə sərhədi çay suyunun səviyyəsinin qalxması səbəbindən bağlanıb
17:18 / 13-08-2026
Sevastopol sakinləri hərbçinin qətlində şübhəli bilinən şəxsin tutulmasına kömək etdilər
17:15 / 13-08-2026
Səfirlik Putinin Kuril adalarına səfəri ilə bağlı Tokionun etirazını əsassız adlandırıb
17:11 / 13-08-2026
MKİ Avropanı mümkün Rusiya hücumları ilə bağlı xəbərdar etdi
23:31 / 12-08-2026
Magistral yolda qaya sürüşməsi baş verib
23:28 / 12-08-2026
Atəşfəşanlıq nəticəsində qaçan Alman çoban itini tapmaq üçün müşahidə kameralarından istifadə ediblər
17:21 / 12-08-2026
Qayıq qayaya çırpıldıqdan sonra bir qadın öldü
17:17 / 12-08-2026
Rusiya Yaponiya üçün düşmən deyil, tərəfdaş olaraq qalır
17:02 / 12-08-2026
Cinayət tərkibinin olmaması səbəbindən bəraət tələb edir
17:00 / 12-08-2026
Rus qadınına hücum edən kişinin cəzasının ağır olacağını açıqladı
16:57 / 12-08-2026
Tramp Türkiyədən təyyarə dəyişdirməli olduğunun səbəbini izah etdi
10:45 / 12-08-2026
Tramp Amerika qanunlarının sərtliyindən şikayətləndi
10:42 / 12-08-2026
Bir neçə nəfər fast food restoranında zəhərlənib
10:40 / 12-08-2026
Media Burnhamın Britaniya Baş naziri kimi ilk uğursuzluğunu xəbər verir
10:32 / 12-08-2026
Tramp təhdid olunduğunu iddia etdi
“Güclü dövlət, yüksək rifah” strategiyasının bəhrəsi
Tarix: 23-12-2021 21:56 | Bölmə: Gündəm
Ordubad rayonunun Vələver kəndində yeni sosial obyektlər istifadəyə verilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ötən 18 ildə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaradıb, makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunub, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində ciddi uğurlar qazanılıb. Bu dövrdə muxtar respublika da hərtərəfli inkişaf edib, ümumi daxili məhsul 16 dəfə, sənaye məhsulu 56 dəfə, əsas kapitala yönəldilən vəsaitlərin həcmi 15 dəfə, əhali gəlirləri 10 dəfə artıb. Artıq başa çatmaqda olan 2021-ci il də muxtar respublikada quruculuq və sosial-iqtisadi inkişaf ili kimi səciyyələnir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 23-də Ordubad rayonunun Vələver kəndində yeni sosial obyektlər istifadəyə verilib.
Vələver kənd məktəbi müasir tələblər səviyyəsindədir
Dekabrın 23-də Vələver kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, 3 mərtəbədən ibarət olan 198 şagird yerlik məktəbdə 12 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, 2 elektron lövhəli sinif, şahmat sinfi, kompüter, psixoloq və müəllimlər otaqları, hərbi kabinə, STEAM kabinəsi, kitabxana, qarderob və idman zalı yerləşir. Kitabxana fondunda 4557 kitab vardır.
STEAM kabinəsi STEAM qurğuları, həmçinin yeni nəşr olunan ədəbiyyat və dərsliklərlə təchiz edilib. Şagirdlər hazırladıqları “3D printerdə hazırlanmış avtomobil park sistemi”, “Sosial məsafəni təyin edən robot gözətçisi” və “Xətt izləyən robot” layihələrini təqdim ediblər.
Müəllim Rəksanə Tarverdiyeva yaradılan şəraitə görə minnətdarlıq edib.
Məktəbdə internetə çıxışı olan 22 kompüter və 4 elektron lövhə quraşdırılıb. Ali Məclisin Sədri elektron lövhəli sinifdə Naxçıvan Dövlət Xalça Muzeyi ilə 200-dən artıq təhsil müəssisəsi arasında “Naxçıvan xalçaları” mövzusunda keçilən interaktiv dərsi izləyib.
Məktəbin kimya, biologiya və fizika laboratoriyaları müasir avadanlıqlarla təmin olunub. Əyani vəsaitlər şagirdlərin bu fənlər üzrə biliklərini praktik olaraq daha da artırmalarına şərait yaradacaqdır.
Məktəbdə hərbi hazırlıq fənninin yüksək səviyyədə tədris olunması gənclərin hərbi-vətənpərvərlik ruhunda böyüməsində, onların hərb sənətinə olan maraqlarının artırılmasında başlıca amillərdəndir. İstifadəyə verilən hərbi kabinə, bu mənada, mühüm əhəmiyyət daşıyır. Hərbi kabinəyə baxış zamanı bildirilib ki, son 3 ildə məktəbin 3 şagirdi Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub. Onlardan 1-i Azərbaycan Ali Hərbi Məktəbinin I kursunda təhsilini davam etdirir. Məktəbin hərbi müəllimi Ziyad Əhmədov ötən il Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi zabit hazırlığı kursunda iştirak edib və leytenant rütbəsi alıb.
İdman zalının müasir şəkildə qurulması, həyətdə açıq idman qurğularının qoyulması şagirdlərin fiziki hazırlığının yüksəldilməsində mühüm rol oynayacaqdır. Məktəbdə Voleybol və Tennis İdman klubları yaradılıb.
Bütün lazımi əyani vasitələrlə təchiz olunmuş şahmat sinfi şagirdlərin bu idman növünə olan marağını daha da artıracaq, onların əqli inkişafına xidmət edəcəkdir.
Müəllim Xəyalə Həsənova minnətdarlıq edərək deyib: “Müasir tələblərə cavab verən məktəbdə fəaliyyət göstərməyimiz çoxdankı arzumuz idi. Artıq arzumuz reallığa çevrilib. Muxtar respublikada bütün sahələrdə olduğu kimi, şahmat idman növünə də diqqət və qayğı göstərilir. Məhz bu qayğının nəticəsidir ki, muxtar respublika şahmatçıları beynəlxalq yarışlarda iştirak edir, reytinqlərini yüksəldirlər. Bu gün məktəbdə şahmatın tədrisi üçün hər cür şərait yaradılıb. Çalışacağıq ki, yaradılan şəraitə cavab olaraq güclü şahmatçılar yetişdirək”.
Sonra məktəbin pedaqoji kollektivi ilə görüş olub.
Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək deyib ki, muxtar respublikada bu il 8 məktəb binası tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib, hazırda 5 təhsil müəssisəsində binaların tikintisi və ya yenidən qurulması davam etdirilir. Muxtar respublikada müəllim əməyinə verilən qiymətin nəticəsidir ki, bu günə qədər 400-dən çox müəllim Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllim”i fəxri adlarına layiq görülüb, “Tərəqqi” medalı ilə təltif olunub. Müəllimlərin maddi rifah halının yüksəldilməsi də diqqətdə saxlanılır. Bu tədbirlərin davamı kimi 2022-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, dövlət peşə təhsili müəssisələrində idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılıb. Aparılan təhsil quruculuğu tədbirlərinin tərkib hissəsi kimi Vələver kənd tam orta məktəbində də müasir tədris şəraiti yaradılıb. Rəhman Məmmədov göstərilən hərtərəfli diqqət və qayğıya görə muxtar respublikanın təhsil işçiləri adından minnətdarlıq edib.
Məktəbin gənc müəllimi Səma Heydərli minnətdarlıq edərək deyib: “Vələver kənd tam orta məktəbi ən müasir tədris vəsaitləri ilə təmin olunub. Burada şagird və müəllimlər üçün yaradılan şərait heç də şəhər məktəblərindən geri qalmır. Bütün bunlar isə Ali Məclis Sədrinin muxtar respublikada həyata keçirdiyi əməli tədbirlərin məntiqi nəticəsi, muxtar respublika sakinlərinə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Müəllimlər də bu qayğını daim hiss edirlər. Öz fəaliyyəti ilə seçilən müəllimlər təltif edilir, əməkhaqları artırılır. Ali Məclis Sədrinin müvafiq Sərəncamı ilə 2022-ci ilin yanvarın 1-dən isə əlavə olaraq əməkhaqlarımız 20 faiz artırılıb. Bu isə müəllimləri ruhlandırır, daha yaxşı işləməyə sövq edir”. Səma Heydərli qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə təbriklərini çatdırıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Vələver kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Bu gün təhsil sahəsində həyata keçirilən tədbirlər Azərbaycanı bu sahədə inkişaf etmiş ölkələr sırasına çıxarıb. Müdriklər deyirlər ki, əgər planınız 1 illikdirsə, buğda əkin, on illikdirsə, ağac əkin, 100 illikdirsə, məktəb tikin. Azərbaycan müstəqil dövlətdir. Müstəqil dövlətin gələcəyini təmin etmək üçün isə gənclər hərtərəfli hazırlanmalıdır. Gənclərin gələcəyə hazırlanması isə təhsil ocaqlarından başlayır. Bu gün Vələver kənd tam orta məktəbində yaradılan şərait imkan verir ki, ölkəmizin gələcəyi olan gənclər lazımi səviyyədə yetişdirilsin və məktəbi bitirən hər bir gənc bir peşəyə yönləndirilsin. Müasir tədrisin tələbləri səviyyəsində qurulan məktəbdə dərslər şagirdlərə əzbərləmə yolu ilə deyil, qavrama üsulu ilə öyrədiləcəkdir.
“Məktəb həm dövlətin, həm də cəmiyyətin işidir”, – deyən Ali Məclisin Sədri bildirib ki, dövlət məktəbdə şərait yaradır, ancaq məktəbdəki nailiyyətlər, tədrisin səviyyəsi ailə və məktəbin üzərinə düşən vəzifədir. Ailələrlə sıx əlaqə qurulmalı, hər bir şagirdlə iş aparılmalı, onlar bacarığına və marağına uyğun ixtisaslara yönəldilməlidir. Son 5 ildə məktəbin nailiyyətləri muxtar respublikanın orta göstəricisinə yaxındır. Ancaq yaradılan bugünkü şərait təhsil ocağında kəmiyyətlə bərabər, keyfiyyət amilini də yüksəldəcək, nailiyyətlər artacaqdır. Nailiyyətlər onu deməyə əsas verir ki, məktəbdə işgüzar və peşəsinə hörmət edən kollektiv formalaşıb.
Ali Məclisin Sədri bütün bunlara görə kollektivə təşəkkürünü bildirib, tədrisdə uğurlar arzulayıb.
Binanın həyətində bufet və qazanxana tikilib, açıq idman qurğuları quraşdırılıb, yaşıllıqlar salınıb.
Ali Məclisin Sədri qurulanların qorunması, nizam-intizama və tədrisdə keyfiyyət amilinə diqqət yetirilməsi barədə tapşırıqlar verib.
Vələver kəndində dövlət qurumları üçün müasir iş şəraiti yaradılıb
Dekabrın 23-də Vələver kənd mərkəzi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanın.
Məlumat verilib ki, 2 mərtəbəli kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv, statistika otağı, klub, 38 yerlik zal və qazanxana yerləşir. Kitabxana fondunda 5315 kitab vardır. Rabitə evində 256 nömrə tutumlu yeni nəsil ATS quraşdırılıb. Hazırda burada 128 internet istifadəçisi qeydiyyatdadır.
Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 120 üzvü vardır ki, onlardan da 29-u gənc, 55-i isə qadındır. Ərazi ilk təşkilatının sədri Ramiz Heydərov partiya üzvləri adından yaradılan şəraitə görə minnətdarlıq edərək deyib: “Ali Məclis Sədrinin rayonumuza hər gəlişi yeni obyektlərin istifadəyə verilməsi ilə yadda qalır. Bu gün kəndimiz ən müasir kəndlər sırasına daxil olur. Partiyaya qəbul olmaq üçün müraciət edən gənclərin sayı artmaqdadır. Biz də partiya üzvləri olaraq rayonun bütün tədbirlərində iştirak edirik. Bundan sonra da səylə çalışacaq, yaradılanları qoruyacaq, göstərilən etimadı doğruldacağıq”.
İnzibati ərazi dairəsi üzrə nümayəndə Mircəlal Seyidov deyib: “Əhalinin əsas məşğuliyyəti əkinçilik, bağçılıq, meyvəçilik, heyvandarlıq və arıçılıqdır. Təsərrüfat sahibləri istehsal etdikləri məhsulları rayon mərkəzində və Naxçıvan şəhərində təşkil olunmuş yarmarkalarda rahat satışını təşkil edir, ailə büdcələrini artırırlar. Bunun da nəticəsidir ki, kənddə ailə təsərrüfatları gündən-günə artmaqdadır. Bu il kəndimizdə böyük quruculuq işləri aparılıb. Bununla kənd siması başdan-başa dəyişilib”.
Kəndlərdə müasir səhiyyə müəssisələrinin tikilməsi mühüm əhəmiyyətə malikdir. Kənd mərkəzinin birinci mərtəbəsində yerləşən feldşer-mama məntəqəsində məntəqə müdiri, mama və manipulyasiya otaqları vardır. Məntəqə ginekoloji müayinə masası və alət dəsti, təcili yardım çantası, qlükometr, boyölçən, tərəzi, soyuducu və digər tibbi ləvazimatlarla təchiz edilib.
Ordubad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elmar Zeynalov yaradılan şəraitə görə minnətdarlıq edərək deyib ki, məntəqə əvvəl uyğunlaşdırılmış binada fəaliyyət göstərirdi. Bu gün isə səhiyyə işçiləri üçün müasir iş şəraiti yaradılıb. Bundan sonra da yaradılan şəraitə uyğun insanların sağlamlığının keşiyində duracağıq.
Ali Məclisin Sədri səhiyyə maarifinə üstünlük verilməsi, rayon mərkəzindən həkim briqadalarının göndərilməsi, sanitar-gigiyenik qaydalara əməl olunması barədə tapşırıqlar verib.
Müasir yol güclü iqtisadiyyatın və yüksək mədəniyyətin göstəricisidir
Vələver kəndində həyata keçirilən quruculuq işləri çərçivəsində kənd avtomobil yolu da yenidən qurulub.
Dekabrın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, ümumi uzunluğu 5,1 kilometr olan yola asfalt örtük salınıb, 29 su keçidi qoyulub, 640 metr beton su kanalı çəkilib, 1 körpü təmir edilib və 225 metr istinad divarı tikilib.
Sonra sakinlərlə görüş olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: Bu gün 3 kəndi özündə birləşdirən Vələver kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisi tamamilə abadlaşdırılıb. Kənd müasir kəndlər sırasına daxil olub. Yollar yenidən qurulub, elektrik, qaz xətləri yenilənib, məktəb tikilib, feldşer-mama məntəqəsi və dövlət orqanları üçün müasir iş şəraiti yaradılıb. Bir sözlə, kəndin bütün ehtiyacları nəzərə alınıb. Ölkəmiz 30 ildir ki, müstəqil dövlətdir. Müstəqilliyimizin ilk illəri çətin dövrləri idi. Həmin illərdə ölkədə qarışıqlıq, vətəndaş müharibəsi hökm sürür, eyni zamanda torpaqlarımız işğala məruz qalırdı. Lakin Ümummilli Liderimizin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə sabitlik və inkişafın təməli qoyuldu. Ölkə Prezidentinin bu gün o yolu uğurla davam etdirməsinin nəticəsidir ki, Azərbaycan inkişaf etmiş ölkələr sırasında öz layiqli yerini tutub. Uzun illər işğal altında olan torpaqlarımız azad olunub. Bu gün ölkəmiz quruculuq meydanına çevrilib, işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinə başlanılıb və insanların yaşayışının yaxşılaşdırılması üçün lazım olan işlər həyata keçirilir. Vələver kəndində görülən işlər də ölkəmizin inkişafının göstəricisidir. Həyata keçirilən tədbirlər insanların rahat yaşayışına, kəndin gələcək inkişafının təmin edilməsinə hesablanıb.
Ali Məclisin Sədri deyib: Kənddə ailə təsərrüfatları inkişaf edib, meyvəçilik, maldarlıq, heyvandarlıq və arıçılıq formalaşıb. Bütün bunlar ölkəmizdəki sabitlik, inkişaf və dövlət-xalq birliyi nəticəsində mümkün olub. Qurulanlar işin bir tərəfidirsə, onların qorunması, uzun müddət istifadə edilməsi işin əsas tərəfidir. Sakinlər də gərək qurulanlardan səmərəli istifadə etsin. Sakinlər çalışmalıdır ki, Vələver, Başkənd və Qoruqlar kəndləri bundan sonra da inkişaf etsin, yeni evlər tikilsin, məskunlaşma və təsərrüfatlar artsın.
Ali Məclisin Sədri kompleks quruculuq işlərində iştirak edənlərə və zəhməti olanlara təşəkkür edib, sakinləri qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə təbrik edib.
Vələver kənd sakinləri adından minnətdarlıq edən ziyalı Muxtar İsmayılov deyib ki, muxtar respublika sürətlə inkişaf edir. Bu inkişafı görməmək mümkün deyil. Ulu öndər Heydər Əliyevin yolunun muxtar respublikada uğurla davam etdirilməsinin nəticəsidir ki, bu illər ərzində Naxçıvanın elə bir yeri yoxdur ki, orada quruculuq işləri aparılmasın. Ən ucqar kəndlərdə belə, abadlıq işləri görülüb, yollar çəkilib, sosial obyektlər qurulub. Bu gün Naxçıvan 100 faiz qazlaşdırılıb, bütün evlər işığa qərq olub, elektrik, rabitə xətləri çəkilib, sürətli internetdən geniş istifadə olunur. Təkcə son 3 ay ərzində Ordubad rayonunun 3 kəndində abadlıq-quruculuq işləri tamamlanıb. Əndəmic, Dırnısda və bu gün Vələver kəndində sosial obyektlər istifadəyə verilib. Bu gün Vələver kəndində elə bir küçə, döngə yoxdur ki, orada yollara asfalt salınmasın. Kənd şəhərə çevrilib. Əvvəlki məktəbdə qış ayları çətinliklə üzləşirdik. Lakin bu gün 3 mərtəbəli müasir məktəb ucaldılıb. Bu il bizim üçün uğurlu oldu. Gələn il də xalqımız üçün uğurlu, bərəkətli il olsun, dədə-baba yurdlarından qaçqın düşən ailələr öz yurdlarına qayıtsınlar. Muxtar İsmayılov qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə təbriklərini çatdırıb.
Yeni xidmət mərkəzində lazımi şərait yaradılıb
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Vələver kəndində xidmət mərkəzinin də açılışını edib.
Məlumat verilib ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları və anbar yerləşir. Burada xidmətin təşkili üçün nümunəvi şərait yaradılıb, 5 nəfər işlə təmin olunub.
Ali Məclisin Sədri yerli istehsal məhsullarının satışına üstünlük verilməsi barədə tapşırıqlar verib.
X X X
Vələver kəndində yeni sosial obyektlər tikilərkən bir sıra abadlıq işləri də görülüb. Kənddə 890 metr fiber-optik, 540 metr yeraltı, 1050 metr hava kabel xətti çəkilib. Həmçinin elektrik təsərrüfatı tamamilə yenilənib, 33 dayaq basdırılıb, 2200 metr məsafədə məftil naqillər izolyasiyalı kabellərlə, 500 metr məsafədə məftil naqillər yeraltı kabel xətləri ilə əvəz olunub. Bundan başqa, 230 poqonometr polietilen borularla yeni tikililərə qaz xətti çəkilib, 1632 poqonometr qaz xəttində dəmir borularla təmir-bərpa işləri aparılıb. Eyni zamanda kənddə mövcud kaptajın 60 metrlik hissəsi təmir edilib, 15 metr yeni kaptaj tikilib, sugətirici ana xəttin 150 metr hissəsində təmir-bərpa işləri görülüb.

Baxış sayı: 645
Bölməyə aid digər xəbərlər

14-08-2026, 17:34
Naxçıvanın iqtisadi fəallığı artır-Könül Nurullayeva
8-08-2026, 23:10
“Azərbaycan Vaşinqton üçün daha dəyərli strateji tərəfdaşa çevrilib”
31-07-2026, 10:30
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
30-07-2026, 19:57
İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib
22-07-2026, 08:51
Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur-Könül Nurullayeva
21-07-2026, 18:09
İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
15-07-2026, 20:10
Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı-Könül Nurullayeva
13-07-2026, 23:40
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
11-07-2026, 16:26
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
10-07-2026, 20:58
İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
3-07-2026, 21:27
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video
2-07-2026, 00:00
İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
29-06-2026, 19:15
Leyla və Alyona Əliyevalar festivalda - Fotolar
23-06-2026, 17:30
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib
15-06-2026, 14:06
Milli Qurtuluş Günü: Azərbaycanın xilasa aparan dönüş nöqtəsi
14-06-2026, 16:16
Vaqif Qurbanovun şərəfli ömür yolu gənc nəsil üçün cəsarət və fədakarlıq nümunəsidir-Könül Nurullayeva
5-06-2026, 00:04
Anar Eminov: “Kibertəhlükəsizlik sahəsində görülən hər bir iş Azərbaycanın təhlükəsiz gələcəyinə qoyulan sərmayədir”
30-05-2026, 16:21
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
28-05-2026, 17:22
İlham Əliyev Xocalı şəhərində “Qarabağ Tekstil Evi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) açılışında iştirak edib
28-05-2026, 17:08
İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
27-05-2026, 23:30
Əli Nağıyev Rusiyada iclasda - Foto
24-05-2026, 21:43
Prezidentin qızı və gəlini Sosial Reabilitasiya Mərkəzində - Fotolar
19-05-2026, 11:35
WUF13 Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin nümayişidir-Könül Nurullayeva
18-05-2026, 18:32
İlham Əliyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində iştirak edib
17-05-2026, 19:27
Millət vəkilinin növbəti vətəndaş qəbulu baş tutub
16-05-2026, 12:32
Vüqar Rəhimzadə: "Ümumdünya Şəhərsalma Forumu qlobal inkişaf modellərinin yenidən formalaşdığı mərkəzi platformadır"
12-05-2026, 17:52
İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
6-05-2026, 23:37
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
6-05-2026, 16:48
Kaya Kallasın səfəri Aİ-Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından vacibdir-Könül Nurullayeva
5-05-2026, 17:38
İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub
4-05-2026, 16:35
İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib-VİDEO
1-05-2026, 13:53
Azərbaycan güləşinin növbəti zəfəri
27-04-2026, 20:45
Vüqar Rəhimzadə: “Sülh və Barışıq üçün Gernika mükafatı” Azərbaycanın sülh modelinin beynəlxalq səviyyədə qəbulu və təsdiqidir"
27-04-2026, 13:45
Leyla Əliyeva İsmayıllı səfərindən fotolar paylaşdı
23-04-2026, 18:20
Vüqar Rəhimzadə: "İmzalanan sənədlər Azərbaycan-Latviya əlaqələrinin gələcək inkişafının aydın mənzərəsini yaradır"
23-04-2026, 18:09
Vüqar Rəhimzadə: "Mənəvi-əxlaqi dəyərlərdən uzaq olan ünsürlərin qarayaxmaları onların daxili xislətini ortaya qoyur
22-04-2026, 15:39
Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
16-04-2026, 19:11
Atletika idmanın əsası, sağlam həyat tərzinin təməli və gənc nəslin fiziki və mənəvi inkişafına töhfə verir
14-04-2026, 16:55
Vüqar Rəhimzadə: "Zərifə xanım Əliyeva elm fədaisi, xeyirxah insan kimi xatirələrdə əbədi yaşayacaq"
14-04-2026, 16:41
Zərifə xanımın rəhbərliyi ilə yeni alim və həkim nəsli formalaşıb-Könül Nurullayeva
8-04-2026, 21:07
İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
6-04-2026, 23:45
İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub