Vüqar Səfərli ilə yanaşı, onlara da hökm oxundu
Tarix: 21-12-2021 21:19 | Bölmə: Gündəm

                    Vüqar Səfərli ilə yanaşı, onlara da hökm oxundu



Xəbər verdiyimiz kimi, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərliyə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
"Qafqazinfo" xəbər verir ki, V.Səfərli ilə birlikdə digər təqsirləndirilən şəxslər barəsində də qərar verilib.
Belə ki, KİVDF-də müvafiq vəzifələrdə çalışmış Nadir Məmmədova altı il həbs, Bünyamin İsmayılov, Ədalət Vəliyev, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevə şərti cəza verilib.
Təqsirləndirlilən şəxslər dəymiş ziyanı Medianın İnkişafı Agentliyinə ödəməlidirlər.
Səfərlinin Xətai rayonu, İsmayıllı rayonunda yerləşən fərdi yaşayış evləri müsadirə edilib, bank hesabına həbs qoyulub.
N.Məmmədovun torpaq sahələri, Ə.Vəliyevin Mətbuat prospektində yerləşən çoxmərtəbəli yaşayış binası və digər daşınmaz əmlakları da müsadirə olunub.


Baxış sayı: 132


Bölməyə aid digər xəbərlər