Bütün xəbərlər
Zəngəzur dəhlizi Asiyadan Avropaya ən qısa quru marşrutunu təmin edəcək - Nazir
Tarix: 18-12-2021 13:08 | Bölmə: Gündəm

                    Zəngəzur dəhlizi Asiyadan Avropaya ən qısa quru marşrutunu təmin edəcək - Nazir


Zəngəzur dəhlizi Asiyadan Avropaya ən qısa quru marşrutunu təmin edəcək.
Trend-in məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyasının (ESCAP) nəqliyyat üzrə 4-cü nazirlər konfransında deyib.
Onun sözlərinə görə, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanmış üçtərəfli bəyanatda Azərbaycanın qərb rayonlarını Naxçıvanla əlaqələndirəcək nəqliyyat dəhlizi barədə bənd yer alır.
"Bu dəhlizin yaradılması bütün regionun nəqliyyat kommunikasyasının inkişafına böyük təsir göstərəcək. Bu dəhliz təkcə Cənubi Qafqazda nəqliyyat inteqrasiyasını genişləndirməyəcək, həm də Asiyadan Avropaya ən qısa quru marşrutunu təmin edəcək", - deyə nazir bildirib.
O, ümidvar olduğunu bildirib ki, ESCAP regionda iqtisadi əməkdaşlığın təşviqində fəal rol oynayacaq.




Baxış sayı: 253


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı