Bütün xəbərlər
Prezident görüşlər keçirdi - Fotolar+Yenilənib
Tarix: 22-11-2021 20:21 | Bölmə: Gündəm

                    Prezident görüşlər keçirdi


Prezident İlham Əliyev bu gün Portuqaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Jaime Van Zellerin etimadnaməsini qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, səfir Jaime Van Zeller etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı olduğu və beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığın həyata keçirildiyi, ikitərəfli münasibətlər müstəvisində iqtisadi-ticarət, investisiya əlaqələrinin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.
Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı münasibətlərinə toxunulub, Azərbaycanın quruma üzv ölkələr və digər Avropa institutları ilə uğurlu əməkdaşlığının olduğu bildirilib. Görüşdə səfir Jaime Van Zellerin fəaliyyəti dövründə münasibətlərimizin çox müsbət şəkildə inkişafının davam edəcəyinə əminlik ifadə olunub.






Prezident İlham Əliyev bu gün Nigeriya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yakubu Santuraki Suleymanın etimadnaməsini qəbul edib.




Prezident İlham Əliyev bu gün Uqanda Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Muhammad Tezikuba Kisambiranın etimadnaməsini qəbul edib.




Prezident İlham Əliyev bu gün Finlandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Kirsti Narinenin etimadnaməsini qəbul edib.





Baxış sayı: 249


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı