18:59 / 16-10-2026
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
23:58 / 15-10-2026
Yeniyetmələr bir kişini şəhərətrafı qatardan çıxarıb döyüblər
20:25 / 15-10-2026
Lavrov: "Rusiya Ukrayna ilə bağlı danışıqları heç vaxt rədd etməyib"
20:20 / 15-10-2026
İstanbulda 84 ilin ən güclü yağışı nəticəsində üç nəfər ölüb
20:16 / 15-10-2026
Rusiya karateçilərinin Polşada keçirilən Gənclər arasında Dünya Çempionatında iştirakına qadağa qoyulub.
20:05 / 15-10-2026
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
19:58 / 15-10-2026
Merz ABŞ-ın dondurulmuş Rusiya aktivləri ilə bağlı təklifinə reaksiya verdi
19:54 / 15-10-2026
Tanışını öldürməkdə ittiham olunub
19:51 / 15-10-2026
Peskov Rusiya idmançılarını dünyanın ən güclüləri adlandırdı
19:47 / 15-10-2026
18 milyon rubl rüşvət aldığına görə həbs edilib
19:42 / 15-10-2026
Tramp Nidal Həsənin edamını canlı yayımlamayacağını açıqladı
19:39 / 15-10-2026
CNN: Ukraynada "Patriot" raketləri tükənib
19:23 / 15-10-2026
İnsan qalıqları olan torbalar tapılıb
19:20 / 15-10-2026
Mərkəzi Bank ayıları Sibirdə turizmə mane olan amillərdən biri adlandırılıb
19:17 / 15-10-2026
Polis məmurunu təhdid etməkdə və bir qadını vurmaqda təqsirli bilinib
19:13 / 15-10-2026
Larisa Dolinanın Moskva Konserti ləğv edildi
19:05 / 15-10-2026
Husilərin Ər-Riyad hava limanına hücumları nəticəsində 17 nəfər həlak olub
19:00 / 15-10-2026
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
21:49 / 14-10-2026
Məktəblilərə hücum etdiklərinə görə yeniyetmə miqrantlar saxlanılıb
21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:39 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağırdı
21:31 / 14-10-2026
Ayı hücum edəndə ağrımadı: Balıqçı yırtıcı ilə qarşılaşmasından danışır
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
21:17 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Çin nümayəndə heyətinin İturup adasına səfərindən sonra etirazını bildirib
21:10 / 14-10-2026
Sinqapur bayrağı altında üzən konteyner gəmisi Hörmüz boğazında batdı
21:06 / 14-10-2026
Lavrov Putin və Si Cinpin arasında Şençjendə keçirilən APEC sammitində görüş keçiriləcəyini açıqladı
21:02 / 14-10-2026
Türkiyənin Antalya şəhərində mikroavtobus qəzaya uğrayıb
20:59 / 14-10-2026
Qətldə şübhəli bilinən şəxs saxlanılıb
20:56 / 14-10-2026
Pentaqon 2026-cı ilə qədər yüz minlərlə kamikaze hücum dronunu yerləşdirməyi planlaşdırır
20:52 / 14-10-2026
Deputatlar Məclisinin rəhbəri dələduzluqda ittiham olunaraq həbs edilib
20:49 / 14-10-2026
FIS Dünya Kubokunda Rusiya xizəkçiləri üçün kvota yerlərinin sayını açıqladı
20:46 / 14-10-2026
İtkin düşmüş 3 yaşlı oğlan qarğıdalı tarlasında tapılıb
20:43 / 14-10-2026
Le Pen Ukraynanın AB-yə qoşulmasını birləşmək üçün "hara-kiri" adlandırdı
İlham Əliyev Mehriban Əliyeva ilə Gənclər Parkına getdi - Video
Tarix: 02-11-2021 08:14 | Bölmə: Gündəm
Bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı şəhərində Gənclər Parkında görülmüş işlərlə tanış olublar.
"Qafqazinfo" xəbər verir ki, Gənclər Parkı Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin “Könüllülər İli” elan edilməsi çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin təşəbbüsü ilə yaradılıb. Qeyd edək ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən gənclərin idmana olan marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təbliği məqsədilə regionlarda müxtəlif layihələr həyata keçirilir. Bu layihələr çərçivəsində Şamaxı şəhərindəki park da yenidən qurulub, yaşıllıq və gəzinti sahələri yaradılıb, sakinlərin və qonaqların istirahəti üçün infrastruktur qurulub. Açıq havada idmanla məşğul olmaq üçün müxtəlif idman qurğuları quraşdırılıb. Qeyd edək ki, belə idman qurğuları şəhərin müxtəlif yerlərində də quraşdırılaraq sakinlərin ixtiyarına verilib. Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması, sağlam həyat tərzinin, o cümlədən idmanın təbliği üçün dövlət səviyyəsində həyata keçirilən layihələrə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi də xüsusi diqqət yetirir. Bununla əlaqədar İctimai Birlik Bakıda, eləcə də regionlarda yeni yaşıllıq zonalarının salınması və mövcud yaşıllıq sahələrinin qorunması üzrə bir sıra layihələr icra edir.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlətimizin başçısına və birinci xanıma rayonda həyata keçirilən layihələr barədə məlumat verdi. Bildirdi ki, açıq hökumətin təşviqinə dair fəaliyyət planına uyğun olaraq Şamaxı rayonunda da bir sıra işlər görülüb, rəqəmsallaşma ilə bağlı bir neçə layihə həyata keçirilib. Onların arasında elektron müraciət portalı xüsusi ilə fərqlənir.
Tahir Məmmədov: Vətəndaşların dövlət qurumları ilə daha rahat təmasda olmaları, birbaşa, heç bir maneəsiz müraciətləri üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə belə bir portal yaradıldı və 2020-ci ilin sentyabrından vətəndaşların ixtiyarındadır. Vətəndaşlar istənilən dövlət qurumuna birbaşa müraciət ünvanlayırlar və ilkin müraciət zamanı onların fərdi elektron kabineti formalaşır ki, onlar öz müraciətlərinin statusu barədə istənilən məlumatı ala bilsinlər. Eyni zamanda, bu portalın üstünlüklərindən biri də odur ki, yerli və mərkəzi icra hakimiyyəti orqanları istədikləri vaxt müvafiq quruma ünvanlanan müraciəti izləyə bilirlər.
Qeyd olundu ki, Ümumdünya Telekommunikasiya İttifaqının keçirdiyi müsabiqədə bu layihə elektron hökumət nominasiyasında qalib elan edilib. Azərbaycanda elektron hökumətlə bağlı yaradılan ekosistemin bir göstəricisi olan bu layihə çərçivəsində toplanan məlumatlar daha sonra təhlil edilir.
Tahir Məmmədov: Cənab Prezident, bu məqamda deməliyəm ki, Şamaxıda baş verən zəlzələdən sonra Sizin birbaşa tapşırığınızla təmir, bərpa və tikinti işləri tam olaraq dövlət vəsaiti hesabına həyata keçirilir. Şamaxıda 4 minə yaxın ev yenilənib və hələ bu layihə davam edir. Bu yaxınlarda Sizin tapşırıqlarınıza uyğun olaraq yenə də vəsait ayrıldı və o evlərin hamısı bərpa ediləcək, o ailələr bu qayğı ilə əhatə olunacaq. Buna görə də əhalimiz adından dərin təşəkkürümüzü bildiririk.
Daha bir layihə coğrafi informasiya sisteminin ilkin elementi olaraq həyata keçirilib. Şamaxıya aid məlumatlar toplanaraq data şəklində 3D xəritəsinə yerləşdirilib. Buraya, həmçinin rayon üzrə kənd təsərrüfatı, təhsil, səhiyyə məlumatları da daxil edilib. Bu isə iqtisadi təhlillər zamanı daha obyektiv qərarların verilməsinə imkan yaradır.
Tahir Məmmədov: Cənab Prezident, bu gün bizim həyata keçirdiyimiz cari layihələrdən biri də ictimai nəqliyyatdakı yeni ödəniş modelinin Şamaxıda tətbiqidir. Qeyd etməliyəm ki, bu pilot layihələrdən biri kimi ilk dəfə olaraq Sizin rayonumuza hədiyyə etdiyiniz ictimai nəqliyyat vasitələrində tətbiq olunubdur. Əhalimiz çox məmnundur, çox müasir avtobuslardır.
Diqqətə çatdırıldı ki, müasir texnologiyanın verdiyi imkanlar sayəsində əməkhaqqı, pensiya kredit kartları, hətta həmin kartların bağlandığı mobil telefon, mobil saat, smart saat və digər qurğular vasitəsilə nəqliyyatda ödəniş edilə bilər.
Bildirildi ki, son illərdə Şamaxıda təhsil sahəsində də xeyli iş görülüb, rayonda 70 məktəbdən 49-u yenilənib.
Tahir Məmmədov: Bu, birbaşa Sizin təhsilə olan diqqət və qayğınızın göstəricisidir və görülən bütün bu işlər ona hesablanıb ki, təhsildə keyfiyyət yuxarı artsın. Göstərici kimi deyə bilərik ki, respublika üzrə 76 təhsil subyekti arasında Şamaxı 66-cı yerdən 49-cu yerə irəliləyib. Yaradılmış bu şəraitə görə də həm şagirdlər, həm müəllimlər çox məmnundurlar. Hazırda layihələr davam edir. Qeyd etməliyəm ki, Heydər Əliyev Fondu bu işdə bizə çox yüksək səviyyədə kömək edir. Rayonumuzda tikilən məktəblərin əksəriyyətində Heydər Əliyev Fondunun həm təşəbbüsü, həm birbaşa həyata keçirdiyi layihələr var. Buna görə hörmətli Birinci vitse-prezident Mehriban xanım Sizə hər zaman öz təşəkkürümüzü bildiririk ki, həm bu sahədə, həm də digər bütün sahələrdə rayonumuza böyük diqqət və qayğı göstərirsiniz.
Qeyd edilib ki, Şamaxıda digər prioritet istiqamət səhiyyə sektorudur. Hazırda pilot layihə olaraq Ümumdünya Səhiyyə Təşkilatı Heydər Əliyev Fondu ilə birlikdə ilkin səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində böyük layihə həyata keçirir.
Tahir Məmmədov: Hazırda ilkin olaraq mobil klinikalar fəaliyyət göstərir. Kəndlərdə Heydər Əliyev Fondu tərəfindən tikilmiş tibb məntəqələri fəaliyyət göstərir. Ümumilikdə modelin əsas istiqaməti ailə sağlamlıq mərkəzlərinin formalaşdırılmasıdır ki, əhali yalnız xüsusi zərurət olanda mərkəzi xəstəxanalara müraciət etsin. Onlar gündəlik səhiyyə xidmətini orada rahat ala bilsinlər.
O da qeyd olundu ki, Şamaxıda abadlıq işləri geniş vüsət alıb, turizm sahəsinin inkişafı ilə bağlı işlər davam etdirilir.
Tahir Məmmədov: Rayonumuzda mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün Mədəniyyət Mərkəzi Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən quruldu, tam əsaslı təmir olundu, müasir standartlara uyğun mədəniyyət evi formalaşdı. Təbii ki, turizm rayonunda nəqliyyatın təhlükəsiz hərəkəti ən vacib məsələdir. Bununla bağlı hazırda dairəvi yol ötürücüləri və sair inşa olunmaqdadır. Bu məsələdə Avtomobil Federasiyasının xarici ekspertləri cəlb etməsi təbii ki, işimizi daha da asandlaşdırır və səmərəliliyi artırır.
Dövlətimizin başçısına məlumat verilib ki, hazırda şəhərin daxili küçələri də yenidən qurulur. Bu isə əhalinin böyük məmnunluğuna səbəb olub, onların rahat hərəkətinə şərait yaradıb. İşıqlandırma ilə bağlı da xeyli iş görülüb.
Prezident İlham Əliyev: Artıq o xarici şirkət enerjiyə qənaət edən dirəkləri quraşdırmağa başlayıbdır. Mən yol boyunca gördüm.
Tahir Məmmədov: Bəli, cənab Prezident, bu layihə Sizin birbaşa bizim rayonumuza olan böyük hədiyyənizdir. Bu cür ən müasir standartda işıqların qurulması Şamaxı kimi yeddi ay güclü dumanlı olan bir ərazidə həm nəqliyyat vasitələrinin, həm piyadaların hərəkətinə yaxşı şərait yaradır. Həm də çox müsbət bir aurası var, gözəl işıqlardır.
Prezident İlham Əliyev: Bir də ki, bu, enerjiyə böyük qənaət edir. Ənənəvi köhnə dirəklərlə müqayisədə elektrik enerjisinin sərfiyatına təqribən 50 faiz, bəzi hallarda 70 faiz qənaət edir.
Tahir Məmmədov: Bəli, dediyinizi biz artıq reallıqda görürük.
Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid Samir Kaçayevin valideynləri ilə görüşdülər.
Tahir Məmmədov: Cənab Prezident, gördüyünüz bu əsər Şamaxıda böyüyüb başa çatmış heykəltaraş Samir Kaçayevin əsəridir.
Prezident İlham Əliyev: Bəli, bilirəm.
Tahir Məmmədov: “Küləklə sovrulanlar” adlanır. Mehriban xanım, Sizin diqqət və qayğınızın nəticəsidir ki, bu əsər məhz Şamaxıda qoyuldu. Həm valideynləri, həm bizim hamımız üçün çox gözəl böyük bir hədiyyədir. Həm də turistlər üçün diqqətçəkən bir əsərdir.
Prezident İlham Əliyev: Nə yaxşı ki, burada da bu lövhə var. Buradan keçən görəcək, biləcək ki, müəllif kimdir.
Tahir Məmmədov: Bəli
Samir Kaçayevin atası: Diqqətinizə görə minnətdarıq, çox sağ olun.
Prezident İlham Əliyev: Sağ olun, siz sağ olun ki, Vətən üçün, dövlət üçün belə övlad yetişdirmisiniz. Qəhrəmancasına həlak olub, şəhadət zirvəsinə ucalıb və istedadlı bir gənc idi, vətənpərvər gənc idi. Siz sağ olun ki, belə övlad böyütmüsünüz, o da canını Vətən uğrunda fəda edib.
Samir Kaçayevin atası: Çox sağ olun.
Prezident İlham Əliyev: Təsəlli o ola bilər ki, qanı yerdə qalmayıb. O, Aprel döyüşləri zamanı həlak olmuşdur. Biz düşməndən onun və bütün digər şəhidlərimizin qanını aldıq. Torpaqlarımızı geri qaytardıq, böyük Zəfər əldə etdik və Aprel döyüşlərinin bu Zəfərdə də öz rolu var, öz payı var. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu da onun xatirəsinə özü tərəfindən yaradılmış bir əbədi abidə olacaq.
Birinci xanım Mehriban Əliyeva: Əsərin fonunda şəkil çəkdirək.
Xatirə şəkli çəkdirildi.
Samir Kaçayevin atası: Çox sağ olun.
Prezident İlham Əliyev: 22 yaşı var idi.
Samir Kaçayevin atası: Bəli, təzə tamam olmuşdu. Bir ay idi ki, 22 yaşı tamam olmuşdu. Magistraturaya qəbul olmuşdu. Dedim, oxu qurtar sonra. Dedi yox, gedim Vətənə borcumu verim. Ondan sonra davam edəcəm.
Mehriban xanım, Sizə də çox sağ olun. Siz bizə ev tikdirmisiniz. Çox sağ olun. Çox minnətdarıq, cənab Prezident.
Prezident İlham Əliyev: Sağ olun.
Samir Kaçayevin ailə üzvü: Şəhidlərin xatirəsinə böyük ehtiram, şəhid ailələrinə, qazilərə böyük diqqət və qayğı göstərirsiniz, çox sağ olun.
Prezident İlham Əliyev: Şəhidlərin xatirəsi bizim üçün müqəddəsdir.
Şamaxı rayonunda indi işlər yaxşı gedir. Böyük quruculuq işləri aparılır. Bütün sahələrdə insanların rahatlığı üçün çalışırıq. Şəhidlərimiz də bax, bu gün üçün öz canlarını fəda etmişlər ki, xalqımız rahat yaşasın, sülh, təhlükəsizlik şəraitində yaşasın, öz doğma torpağına qayıtsın və artıq qayıdıbdır. Biz bir neçə gündən sonra tarixi Zəfərin birinci ildönümünü qeyd edəcəyik. Bütün şəhidlərimizin bu Zəfərdə böyük payı var, öz payı var hər bir şəhidin.
Birinci xanım Mehriban Əliyeva: Əsər də simvolikdir. Sanki şəhidlərin ruhları zirvəyə qalxır.
Prezident İlham Əliyev: Bəli, elədir.
Samir Kaçayevin ailə üzvü: Bu onun son işlərindən biridir. Bu görüşə görə sağ olun.
Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.
Birinci xanım Mehriban Əliyeva: Sağ olun.

Baxış sayı: 491
Bölməyə aid digər xəbərlər

13-10-2026, 09:30
Filmin sonu ayrıca bir film idi... - Video
8-10-2026, 22:56
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
8-10-2026, 22:50
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
1-10-2026, 18:04
General Əfqan Nağıyev 60-a çatdı
29-09-2026, 23:01
Sumqayıtda Anım Günü-İcra başçısı Zakir Fərəcov şəhid məzarlarını ziyarət etdi-VİDEO+FOTOLAR
27-09-2026, 19:58
27 Sentyabr – Anım Günü: Qəhrəmanlıqdan Zəfərə
25-09-2026, 23:22
«44-дневная Отечественная война положила конец 30-летнему статус-кво»-- Конул Нуруллаева
22-09-2026, 18:38
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib
18-09-2026, 19:32
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
18-09-2026, 00:08
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
18-09-2026, 00:01
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
15-09-2026, 17:27
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
15-09-2026, 17:11
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin”
8-09-2026, 15:40
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi
2-09-2026, 17:55
"Sumqayıtın formalaşan yeni inkişaf modeli"
31-08-2026, 18:02
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
31-08-2026, 17:57
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat
31-08-2026, 15:54
İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib-VİDEO
25-08-2026, 21:58
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
25-08-2026, 15:57
26 Avqust - Laçın şəhəri günü
24-08-2026, 17:11
İlham Əliyev Zelenskiyə təbrik məktubu ünvanlayıb
24-08-2026, 14:48
Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
23-08-2026, 18:30
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib-VİDEO
23-08-2026, 18:22
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub-VİDEO
23-08-2026, 18:09
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib-VİDEO
14-08-2026, 17:34
Naxçıvanın iqtisadi fəallığı artır-Könül Nurullayeva
8-08-2026, 23:10
“Azərbaycan Vaşinqton üçün daha dəyərli strateji tərəfdaşa çevrilib”
31-07-2026, 10:30
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
30-07-2026, 19:57
İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib
22-07-2026, 08:51
Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur-Könül Nurullayeva
21-07-2026, 18:09
İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
15-07-2026, 20:10
Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı-Könül Nurullayeva
13-07-2026, 23:40
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
11-07-2026, 16:26
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
10-07-2026, 20:58
İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
3-07-2026, 21:27
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video
2-07-2026, 00:00
İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
29-06-2026, 19:15
Leyla və Alyona Əliyevalar festivalda - Fotolar
23-06-2026, 17:30
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib