Bütün xəbərlər
Türkiyə səfiri Polad Həşimovun anasını ziyarət etdi - Fotolar
Tarix: 05-10-2021 20:08 | Bölmə: Gündəm

                  Türkiyə səfiri Polad Həşimovun anasını ziyarət etdi


Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun anasını ziyarət edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı türkiyəli səfir öz tviter hesabında paylaşıb.
“Şəhid general Polad Həşimovun anası Səmayə xanımı ziyarət etdik, əlini öpdük. Ona Türkiyə bayrağını hədiyyə etdik və xeyir-duasını aldıq. Allah türk millətini qorusun. Səmayə xanım dedi ki, cənab Ərdoğana və türk millətinə salamlarımı çatdırın. Baş üstə”, - deyə səfir qeyd edib.







Baxış sayı: 317


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı