12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
Millət vəkili baş redaktoru və sabaha-inamla.az xəbər portalını təbrik etdi
Tarix: 22-07-2021 19:47 | Bölmə: Gündəm



   Dəyərli Namiq müəllim və Sabaha-inamla.az-ın hörmətli kollektivi,


   Sizi peşə bayramınız münasibətilə səmimi-qəlbdən təbrik edir, ölkəmizin inkişafı naminə 
böyük fədakarlıq tələb edən və son dərəcə şərəfli fəaliyyətinizdə hər birinizə böyük uğurlar arzulayıram.
   Azərbaycan milli mətbuatı cəmiyyətimizin inkişafında tarixən böyük rol oynamışdır. 
Əsası ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan milli mətbuatımızın yeni inkişaf mərhələsi, 
bu gün cənab Prezident İlham Əliyev tərəfindən aparılan azad mətbuatın və kütləvi informasiya vasitələrinin sürətli 
inkişafına yönələn dövlət siyasəti ilə uğurla davam etdirilir.   Milli mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidir. Qeyd etmək istərdim ki, tariximizin 
şərəf səlnaməsini təşkil edən 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan reallıqlarının 
dünya ictimaiyyətinə çatdırılmasında siz media nümayəndələri və jurnalistlərin əvəzsiz rolu olmuşdur. 
Bu səbəblə yanaşı, ümumilikdə ölkəmizdə mətbuatın inkişafı istiqamətində verdiyiniz töhfəyə 
və fəaliyyətinizə görə təşəkkürümü bildirir və işinizdə obyektivlik, prinsipiallıq və yüksək peşəkarlıq arzulayıram.

Hörmətlə:
Könül Nurullayeva,

Milli Məclisin deputatı


Baxış sayı: 417


Bölməyə aid digər xəbərlər