22:59 / 24-06-2026
Bir kişi cəsədi tapılıb
22:31 / 24-06-2026
Zelenski Belarusda ötürücü əməliyyatını elan etdi
19:25 / 24-06-2026
"Atlantic": ABŞ Ordusunun Avropa və Afrika komandanı Donahoe istefa verəcək
19:17 / 24-06-2026
Bessent: "Rusiya Ukraynadakı münaqişədən sonra dollar sisteminə qayıtmaq istəyəcək"
19:14 / 24-06-2026
Ukraynanın keçmiş xarici işlər naziri Kuleba Trampın münaqişə ilə bağlı mövqeyini dəyişdiyinə şübhə edir
19:04 / 24-06-2026
ABŞ İran üçün dondurulmamış İran aktivlərindən istifadə edərək mal alacaq
18:59 / 24-06-2026
"Baza": Krasnodar diyarında qəzaya uğrayan vertolyotun pilotu vəfat edib
18:56 / 24-06-2026
Ot yanğını söndürülür
18:52 / 24-06-2026
Rusiyanın ən çox futbola yönəlmiş bölgələrindən birini seçib
16:15 / 24-06-2026
Almaniya iqtisadiyyatın bütün sahələrində Ukraynaya kömək etmək üçün vəsait tapmağa çalışır
16:12 / 24-06-2026
Moskvaya yaxınlaşarkən vurulan dronların sayı səkkizə çatıb
16:10 / 24-06-2026
"Spartak Moskva"nın keçmiş kapitanı Cikiya Türkiyədən Rusiya Premyer Liqasına qayıdıb
16:06 / 24-06-2026
Qərb Kiyevə "Patriot" raketlərinin istehsalı üçün lisenziya verilməməsinə çağırıb
16:02 / 24-06-2026
Sanksiyalar altında olan idmançıları ac itlərlə müqayisə etdi
16:00 / 24-06-2026
Ekspert Asmolov Seulun əsir götürülmüş Şimali Koreya hərbi qulluqçuları ilə bağlı iddialarını sorğulayır
15:58 / 24-06-2026
Lavrov Trampın Kiyevə hərbi əməliyyatları sərtləşdirməyə icazə verdiyinə dair media xəbərlərinə şübhə ilə yanaşıb
15:52 / 24-06-2026
Politoloq Fransanın AB və NATO-dan çıxma şərtlərini izah etdi
15:48 / 24-06-2026
Bacısı ilə mübahisə etdiyini, onu öldürdüyünü və cəsədini parçaladığını etiraf etdi
15:46 / 24-06-2026
Xizəkçi Bode Miller narkotik maddə saxlama ittihamı ilə həbs olunub
15:44 / 24-06-2026
Taylanddan qayıdan melioidozlu turist yoluxucu hesab edilməyib
15:35 / 24-06-2026
Millət vəkilinin növbəti vətəndaş qəbulu baş tutub
21:13 / 23-06-2026
Yenidən lotereyada bir milyon rubl qazandı
21:09 / 23-06-2026
Sərxoş vəziyyətdə tanışını bıçaqlayaraq öldürməkdə ittiham olunan kişini həbs edib
21:02 / 23-06-2026
FIFA penalti atışları üçün sikkə atma qaydasını dəyişdirmək niyyətindədir
20:55 / 23-06-2026
Boğazı kəsilmiş 20 yaşlı tapılıb
20:50 / 23-06-2026
Uşağın üstünə metal detektoru düşüb
20:45 / 23-06-2026
Zelenski Sviridenkonu Polşaya göndərdi
20:40 / 23-06-2026
AB Rusiyanı ötmək üçün silahlara 7 trilyon avro xərcləyəcək
20:35 / 23-06-2026
Fiko Starmerin istefası ilə bağlı: "O, müharibə istəyirdi və miqrasiya ilə bağlı problemi həll edə bilmədi"
20:31 / 23-06-2026
Uşaq idman tədbirləri müvəqqəti olaraq ləğv edilib
20:21 / 23-06-2026
Qasırğa 200 illik kilsənin günbəzini qopardı
20:19 / 23-06-2026
Yerevan Şəhər Şurasının iclası dava ilə başa çatdı
20:16 / 23-06-2026
Lavrov Xarici İşlər Nazirliyinin dəyirmi masasında canlı yayımda söyüş söydü
20:12 / 23-06-2026
20 milyon dollar rüşvət aldığına görə edam cəzasına məhkum edilib
20:08 / 23-06-2026
Lavrov Putinin "işləyin, qardaşlar" sözlərini izah etdi
19:54 / 23-06-2026
Azərbaycan-Türkmənistan əməkdaşlığı regional sabitliyə xidmət edir-Könül Nurullayeva
Tahir Sadıqov:"Çox böyük arzu ilə yaşayırdım ki, mənim doğma Ağdamım görəsən nə vaxt işğaldan azad olacaq?"
Tarix: 01-07-2021 20:52 | Bölmə: Gündəm

Bu gün hörmətli ziyalımız, uzun illər kitabxana sistemində işləmiş, əslən Ağdamdan olan Tahir Sadıqovun doğum günüdür. Sabaha-inamla.az Tahir müəllimi səmimi qəlbdən təbrik edir, can sağğlığı arzulayır.Və məhz doğum günündə onun redaksiyaya verdiyi müsahibəni təqdim edir:
-Tahir müəllim siz əslən Ağdamlısınız. Ağdamın alınmasını eşidəndə hansı hisslər keçirdiniz?
-Bütün Azərbaycan xalqı, eləcədə dünya azərbaycanlıları,hamımızın bir yaralı yerimiz var idi ki, oda Dağlıq Qarabağın, ermənilər tərəfindən işğal olunmuş rayonlarımızın azad edilməsi məsələsi idi. Mən uzun illər kitabxana sahəsində işləyərkən demək olar ki, hər il bütün rayonların anım günlərini
yüksək səviyyədə çoxsaylı ziyalılarımızın iştirakı ilə qeyd edirdik. Bütün tədbirlərin sonunda hamımızın arzusu Qarabağın azad edilməsini görmək və o Qarabağa bir səfər etmək olub. Məndə bir Ağdamlı kimi çox böyük arzu ilə yaşayırdım ki, mənim doğma Ağdamım görəsən nə vaxt işğaldan azad olacaq? Azərbaycanın hər bir qarışı bizim üçün Vətəndir... Sevincimin həddi-hüdudu yoxdur ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, onun şücaəti, mərdliyi qorxmazlığı nəticəsində 44 günlük müharibə bizim qələbəmizlə başa çatdı. Bu sevinci bütün dünya azərbaycanlıları yaşadı. O cümlədən məndə. Cənab Prezidentin işğal olunmuş rayonlar haqqında planları, fikirləri, onun sevinci təbii ki, hamımızın sevincimizdi. Cənab Prezidentin Şuşada rəqsini görəndə kövrəldim sevincdən göz yaşlarımı saxlaya bilmədim. Fərəhimiz, qürurumuz, Ali Baş Komandanımız bütün dünyaya bəyan etdi ki, Biz Azərbaycan xalqı qorxmaz, mərd, igid xalqığ. Eyni zamanda heç kəsin torpağına göz dikməmişik. Öz torpağımız, Vətənimiz uğrunda döyüşdük.
Bizim qələbəmizin ən önəmli anlarındna biri odur ki, xalqımız həmin ərəfədə Prezidentin ətrafında bir yumruq kimi sıx birləşdi. Bir neçə müsahibələrimdə dedeiyim sözü bu gündə təkrarlamaq istəyirəm: Cənab Prezident , mən sizin əsgərinizəm. Təbii ki, Ağdamın, Şuşanın gözəl şəhərə çevriləcək planını məndə sosial şəbəkələrdən görmüşəm. Düşünürəm ki, yaxın gələcəkdə qaçqın və məcburi köçkünlər azad olunmuş torpaqlarımıza dönəcək, o sevinci yaşayacaq. O cümlədən birdə mən. Cənab Prezidentimizə uzun ömür, can sağlığı arzulayıram!
Tahir Sadıqov Tofiq Əli-zadə ilə
-Ağdamda kitabxana sisteminin qurulmasında bir mütəxəsis kimi istərdinizmi ki, sizdən də istifadə etsinlər?
- Bu xəbəri çox böyük sevinclə qarşılıyardım. Mən professional kitabxanaçı- təşkilatçı, 31 il bu sahədə çalışan bir mütəxəssis kimi nəinki Ağdam, işğal olunmuş rayonlarımızınhər hansı birinə dövlətimiz, Mədəniyyət Nazirliyi məsləhət bilərsə, mənə ehtiyac olarsa, təklif olarsa, məmnuniyyətlə həmin təklifi qəbul edərəm. İnanıram ki, mən orda yüksək səviyyədə kitabxanaların fəaliyyətini nizama salmaq mənim ürəyimcə olar. Bu işin öhdəsindən bacarıqla gələrəm.
-Siz Cabbarlı adın Respublika gənclər kitabxanasının müdiri olmusunuz. Necə oldu ki, belə bir mütəxəssis olduğunuz halda işsiz qaldınız?
-Mən ixtisasca Ali təhsilli kitabxanaçıyam. Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsinin əyani şöbəsini bitirmişəm. 1987-ci ildə Nizamni rayon mərkəzləşmiş kitabxana sisteminin bir filialına göndərilmişəm. İki il orda çalışdıqdan sonra 1989-cu ildə Nizami rayon mərkəzləmiş kitabxana sistemini mən qurub, yaratmışam...Mən orda işləyəndə çox aktiv, fəal olmuşam. Hələ o vaxt orda işləyəndə böyük şair Məmməd Arazın zavad MBZ-nin klubunda yubileyini keçirəndə o tədbir sanki rayonu silkələdi. Bu boyda rayonda sıravi kitabxanaçı möhtəşəm bir tədbir keçirdi. O tədbirdən sonra mənə qarşı aqressiv bir münasibət yarandı.
Mən 1994-cü ildən 2018-ci ilin may ayının 30-na kimi 24 il Respublika gənclər kitabxanasına rəhbərlik etmişəm. Bu kitabxananı Respublikada ən nümunəvi kitabxanalardan birinə çevirmişdim. Tam müasir tələblərə cavab verən modernlşmiş bir kitabxana yaratmışdım. O kitabxanada analoqu olmayan bir layihə həyata keçirdik: kitabxanaların vahid mərkəzdən idarə edilməsi.Mədəniyyət Nazirliyinin də dəstəyi oldu. Bu layihəni Respublikada heç bir kitabxana tətbiq etməyib. Respublikanın bütün kitabxanaları bizim məlumat bankımızdan qidalanırdı. 2009-cu ildən avtomatlaşdırılmış kitabxana sistemi tətbiq edilməyə başlandı. Elektron kitabxana, elektron kataloq yaradılması istiqamətində böyük bir işlər həyata keçirildi. Tam məsuliyyətlə deyə bilərəm ki, Respublikada elektron kataloqun tətbiq edilməsi bizim sayəmizdə olmuşdu. Çünki o sistemi, o proqram, o layihəni tətdiq edən yeganə proqramist bizim işçimiz idi. 2018-ci il gənclər kitabxanasının 90 illik yubileyi idi. Mən bunula bağlı dissertasiya yazmışam. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun dissertantıyam. Və çox yüksək səviyyədə mən o yubileyə hazırlaşmışdım. Bunun böyük bir arzusundaydım.
2016-cı ildə də cəhd edlədilər ki, məndən könüllü şəkildə ərizəz alsınlar. Bilirdim ki, məqsədyönlü şəkildə kimisə mənim yerimə təyin etmək istəyirlər. Nəhayət 2018-ci ildə məni Nazirliyə dəvət etdilər. Məni inandırdılar ki, heç bir narahatçılıq yoxdur hamıdan ərizə alırıq. Mənə üç ərizə yazdırdılar. Məni müvafiq işlə təmin edəsiniz. Məni işdən azad edəsiniz. Məni yenidən direktor vəzifəmə təyin edəsiniz. Dedilər ki, narahat olmayın. Siz aktivsiniz, yaxşı işləriniz, layihələriniz var. Bir sözlə məni inandırdılar. Gözləməzdim ki, Mədəniyyət Nazirliyində məni kimi işçini aldatma yolu ilə işdən çıxaralar.
Mən yubileyə 2 il hazırlaşmışdım. Video-slaydlar hazırlamışdım. Mən işdən azad olunandan sonra mənim yerimə gələn şəxs keçirdiyim kütləvi tədbirlərdə olan şəkilləri sildirərək həmin video-slaydı bərbad bir vəziyyətdə nümayiş etdirdi. Mənim Rusiyadan gələcək 50 qonağım arzusunda idi ki, kitabxananın yubileyində iştirak etsin. 3-4 aydan sonra da həmin şəxsə "Tərəqqi" medalı verdilər. Mənə qarşı bu qədər ədalətsiz, haqsız addım atıldı. 2020-ci ildə mən sabiq nazir Əbülfəz Qarayevin Quba rayonunda səyyar qəbulunda oldum. Mənə irad tutdu ki, niyə vaxtında yanıma gəlməmisən, mənə hər şeyi anlatmamısan. Məndə dedim ki, qəbulunuza düşməyə imkan vermədilər. Mənə ağır gələn o idi ki, yerimə təyin edilən şəxs guya iki kitabxanaya rəhbərlik edirdi. Mən isə işsiz qalmışdım. Hələdə ümidimi üzmürəm.

-Ağdam kitabxanasına hansı kitabları hədiyyə edəcəksiniz?
-Birinci özüm yazdığım kitabları, məqalələri hədiyyə edəcəyəm. Dissertasiyam ilkin müzakirədən keçib. Onunda materiallarını hədiyyə edəcəyəm. Mən bu pespublikada yeganə təşkilatçı,peşəkar kitabxana rəhbəriyəm .

-Deyəsən o vaxtı möhtəşəm bir layihə həyata keçirib oxucularınızı sevindirmisiniz?
Oxucların kitabxanadan istifadə etməsində rəhbərliyin çox böyük rolu var. Ərazimizdə ali məktəblər olduğu üçün biz daha çox dərslik, dərs vəsaitlərinə diqqət yetirirdik. Çünki tələbələrin buna daha çox ehtiyacı var idi. Mən bir layihə həyata keçirdim. Fikirləşdim ki, oxucuların kitabxanaya cəlb edilməsi üçün hansı addımı atmaq lazımdır? Müşfiq adına parkda açıq havada möhtəş bir kitab sərgisi təşkil elədik.O kitablar kitabxanay hədiyyə verilmişdi. Mənim fikrim budur ki, bir kitab rəfdə yatınca qoy oxucu tərəfindən oxunsun.
Açıq havadasərgiyə çıxarılan 631 nüsxə kitabı iştirakçılara hədiyyə verdik. Tələbələr sevincdən göz yaşı axıdırdı. Belə bir layihə heç vaxt Azərbaycanda olmayıbdı.

- Beynəlxalq tədbirlərdə də böyük işlər görmüsünüz.
-2009-cu ilin aprel ayında İFRA-nın prezidenti Ellin Tesin Bakıya gəldi. Ebülfəz Qarayevin qəbulunda oldu. Əbülfəz Qarayev onu birbaşa mənim kitabxanama göndərdi. Kitabxanamızın fəaliyyəti ilə tanış oldu. 2011-ci ildə proqrama baxdım ki, Ellin Tesinin çıxışı var. Qərar verdim ki, gedim həm onu görüm, həm də çıxışına qulaq asım. İçəri daxil olanda gördüm ki, artıq çıxış edir. İngilis dilini yaxşı başa düşürdüm. O, çıxışında MDB ölkələrinin adını çəkdi. Dedi ki, o ölkələrdə Afrika ölkələrindən tələbələr oxuyublar. Gözlədim, gördüm ki, Azərbaycanın adını çəkmədi. Mən onun çıxışını kəsmişəm. Ona iki sual vermişəm. Birinci sualım o olub ki, siz 2009-cu ildə Bakıda nazir Əbülfəz Qarayevin qəbulunda, mənim kitabxanamda olmusunuz. Siz həmin günü xatırlayırsınız? İkinci sualım Siz MDB ölkələrinin adını çəkdiniz, niyə Azərbaycanın adını çəkmədiniz? olub. Dedim siz bilmirsiniz, ya da bilərəkdən Azərbaycanın adını çəkmədiniz. Sizin Neft-kimya sahəsində çalışan Afrika ölkələri mütəxəssislərinin demək olar ki, 90 faizini Azərbaycan Neft -Kimya İnstitutu yetişdirib. Şəhərdə gedəndə iki azərbaycanlı qarşımıza çıxanda, üç dənə də Afrikalı çıxırdı.
Krımda təbdirdə olanda mən "Odlar yurdu Azərbaycan"adlı video-slayd nümayiş etdirmişəm. Bu bütün Krımı silkələdi. Ermənilər bir həftə məni rahat buraxmadılar. O vudeo-slaytda təbii ki 20 Yanvar, Xocalı, 31 mar soyqırımı, Azərbaycanın kulinariyası, musiqi alətləri, xalçaçılıq sənəti, aşıq poeziyası, turizm gözəllikləri əks olunmuşdu. Saat yarım o video-slayd nümayiş etdirildi. O tədbirdə ermənilər, amanlar, ərəblər, fransızlar,türklər və s. millətlər iştirak edirdilər.
2007-ci ildə Anapada çıxış edirdim. Çıxışım Azərbaycanda aparılan iqtisadi islahatlar, ulu öndər tərəfindən Bakı-Tiblisi-Ceyhan neft kəmərinin çəkilməsi barədə idi. Mənim mikrafonumu söndürdülər. Mən təmkinimi pozmadım, çıxışımı davam etdirdim. İşığı söndürdülər. Axırda məni priziduma çağırdılar, çıxışımı davam etdirdim. Nəhayət işığı yandırdılar. Bu beynəlxalq konfranslarda mən Azərbaycanı layiqincə təmsil etmişəm.
Azərbaycandan 21 nəfər idik. Krım Tatar Respublikası bizdən xahiş etdi ki, Türk dünyasının aşığı aşıq Ömərin anadan olmasının 390 illik yubileyi ilə əlaqədar biriniz o tədbirdə çıxış edək, protokola salınsın. Heç kəs yaxın durmadı. İnternetdən iki səhifə yarım Azərbaycan aşıq sənəti, aşıq poeziyası haqda rus dilində sənəd çıxardım. Mən orda çıxış elədim. Səhəri gün mənə dedilər ki, artıq çıxış mətbuatda çap olunub. Onlar mənə Təşəkkürnamə verdilər. Krasnadar Vilayətinin Mədəniyyət Nazirliyi tərəfindən mənə Təşəkkürnamə verilib.

-Eşitdiyimizə görə sizin tədbirləriniz həmişə möhtəşəm, səviyyəli olub.
Dəfələrlə Baş Prokurorluqla, Respublika Veteranları və digər qrumlarla günlə səsləşən tədbirlər keçirmişik.
2008-ci ildə millət vəkili Elmira Axundova ulu öndər haqqında Şəxsiyyət və Zaman" kitabını yazmışdı. O kitabın təqdimatını mən keçirmişəm. Mehriban Əliyevaya hərs olunmuş müəllifi Əli Eyvazov olan "Humanizm və xeyirhaqlıq missiyası" kitabının təqdimatı da mənim adımla bağlıdı. O tədbirdə səfirlər, millət vəkilləri və digər rəhbər şəxslər olublar.
18 qeyri-hökumət təşkilatlarının, Mədəniyyət Nazirliyinin Fəxri Fərmanlarını almışam.
Namiq MƏMMƏDLİ,
Sabaha-inamla.az xəbər portalının baş redaktoru
Tahir Sadıqov Namiq MƏMMƏDLİ ilə
Baxış sayı: 2 437
Bölməyə aid digər xəbərlər

Tahir Sadıqov Tofiq Əli-zadə ilə-Ağdamda kitabxana sisteminin qurulmasında bir mütəxəsis kimi istərdinizmi ki, sizdən də istifadə etsinlər?

Tahir Sadıqov Namiq MƏMMƏDLİ iləBaxış sayı: 2 437
Bölməyə aid digər xəbərlər
23-06-2026, 17:30
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib
15-06-2026, 14:06
Milli Qurtuluş Günü: Azərbaycanın xilasa aparan dönüş nöqtəsi
14-06-2026, 16:16
Vaqif Qurbanovun şərəfli ömür yolu gənc nəsil üçün cəsarət və fədakarlıq nümunəsidir-Könül Nurullayeva
5-06-2026, 00:04
Anar Eminov: “Kibertəhlükəsizlik sahəsində görülən hər bir iş Azərbaycanın təhlükəsiz gələcəyinə qoyulan sərmayədir”
30-05-2026, 16:21
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
28-05-2026, 17:22
İlham Əliyev Xocalı şəhərində “Qarabağ Tekstil Evi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) açılışında iştirak edib
28-05-2026, 17:08
İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
27-05-2026, 23:30
Əli Nağıyev Rusiyada iclasda - Foto
24-05-2026, 21:43
Prezidentin qızı və gəlini Sosial Reabilitasiya Mərkəzində - Fotolar
19-05-2026, 11:35
WUF13 Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin nümayişidir-Könül Nurullayeva
18-05-2026, 18:32
İlham Əliyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində iştirak edib
17-05-2026, 19:27
Millət vəkilinin növbəti vətəndaş qəbulu baş tutub
16-05-2026, 12:32
Vüqar Rəhimzadə: "Ümumdünya Şəhərsalma Forumu qlobal inkişaf modellərinin yenidən formalaşdığı mərkəzi platformadır"
12-05-2026, 17:52
İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
6-05-2026, 23:37
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
6-05-2026, 16:48
Kaya Kallasın səfəri Aİ-Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından vacibdir-Könül Nurullayeva
5-05-2026, 17:38
İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub
4-05-2026, 16:35
İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib-VİDEO
1-05-2026, 13:53
Azərbaycan güləşinin növbəti zəfəri
27-04-2026, 20:45
Vüqar Rəhimzadə: “Sülh və Barışıq üçün Gernika mükafatı” Azərbaycanın sülh modelinin beynəlxalq səviyyədə qəbulu və təsdiqidir"
27-04-2026, 13:45
Leyla Əliyeva İsmayıllı səfərindən fotolar paylaşdı
23-04-2026, 18:20
Vüqar Rəhimzadə: "İmzalanan sənədlər Azərbaycan-Latviya əlaqələrinin gələcək inkişafının aydın mənzərəsini yaradır"
23-04-2026, 18:09
Vüqar Rəhimzadə: "Mənəvi-əxlaqi dəyərlərdən uzaq olan ünsürlərin qarayaxmaları onların daxili xislətini ortaya qoyur
22-04-2026, 15:39
Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
16-04-2026, 19:11
Atletika idmanın əsası, sağlam həyat tərzinin təməli və gənc nəslin fiziki və mənəvi inkişafına töhfə verir
14-04-2026, 16:55
Vüqar Rəhimzadə: "Zərifə xanım Əliyeva elm fədaisi, xeyirxah insan kimi xatirələrdə əbədi yaşayacaq"
14-04-2026, 16:41
Zərifə xanımın rəhbərliyi ilə yeni alim və həkim nəsli formalaşıb-Könül Nurullayeva
8-04-2026, 21:07
İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
6-04-2026, 23:45
İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub
5-04-2026, 19:14
“Regionlarda peşə təhsili: imkanlar və perspektivlər” mövzusunda Təhsil Forumu keçirilib
19-03-2026, 17:24
Vüqar Rəhimzadə: "Prezidentin Novruz tonqalını Qarabağda alovlandırması bu məkandan dünyaya sülh, birlik, həmrəylik çağırışıdır"
19-03-2026, 17:20
Vüqar Rəhimzadə: "Yeni dünya nizamının formalaşmasında Azərbaycanın rolu daha da artır"
12-03-2026, 13:12
Azərbaycan Avropanın enerji və logistika təhlükəsizliyinə töhfə verir-Könül Nurullayeva
10-03-2026, 00:19
Qadınlar şəhid tibb bacısı Mehriban Qarayevanın məzarını ziyarət ediblər-VİDEO+FOTOLAR
6-03-2026, 11:31
Prezident ölkəmizə qarşı təxribatçı mövqedə olan qüvvələrə xəbərdarlıq etdi-Könül Nurullayeva
6-03-2026, 00:42
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
5-03-2026, 13:10
Vurulan Naxçıvan aeroportunun içindən - Video - Fotolar
4-03-2026, 18:15
İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, başsağlığı verib
3-03-2026, 23:38
Vüqar Rəhimzadə: "Azərbaycanın enerji siyasəti qlobal miqyasda sabitliyə töhfə verən strateji modeldir"
3-03-2026, 15:08
İlham Əliyev Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarını qəbul edib
1-03-2026, 13:25
İsrail Müdafiə Qüvvələri: Xamenei öz evində öldürülüb