23:56 / 14-08-2026
Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək
17:48 / 14-08-2026
Nağıllar Aləmi Uşaq Bağçası: Yaradıcılıq və Vətən sevgisi
17:38 / 14-08-2026
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
17:34 / 14-08-2026
Naxçıvanın iqtisadi fəallığı artır-Könül Nurullayeva
17:28 / 14-08-2026
“600-dən çox bal toplayanların bəziləri tibbə qəbul olmayacaq”
17:18 / 14-08-2026
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
19:26 / 13-08-2026
Ukraynalı futbolçu Zabarnıy Safonovu PSJ-nin komanda fotosundan çıxardı
19:21 / 13-08-2026
Nyu-York şəhərində Zelenskinin mükafatlandırılmasına qarşı imzalar toplanır
19:17 / 13-08-2026
Turistin ölümü ilə bağlı qayığın sahibi və sürücüsü saxlanılıb
19:15 / 13-08-2026
Rusiya Xarici İşlər Nazirliyi Britaniyanın hərbi əlaqələri bərpa etmək təklifini almayıb
19:12 / 13-08-2026
XİN: Rusiya Qara dənizdə hərbi əməliyyatlara moratorium qoyulması ilə bağlı Türkiyədən heç bir təklif almayıb
19:08 / 13-08-2026
Yaponiya hərbi neytrallıqdan uzaqlaşır
19:05 / 13-08-2026
Mikroavtobus sürücüsü saxlanılıb
19:03 / 13-08-2026
Keçmiş Ali Rada üzvü Ukraynanın Polşadakı hərbi parada niyə dəvət olunmadığını izah etdi
19:01 / 13-08-2026
Ukrayna Litvada sursat fabriki tikməyi planlaşdırır
18:57 / 13-08-2026
Limanında partlayış baş verib, nəticədə bir nəfər ölüb
18:55 / 13-08-2026
Xarici İşlər Nazirliyi bildirib ki, Avropa Putinin gəmilərin ələ keçirilməsi ilə bağlı xəbərdarlığına qulaq asıb
18:51 / 13-08-2026
Ukrayna Silahlı Qüvvələrinin 55 yaşdan yuxarı ən azı 15 əsgəri Çerniqov yaxınlığında ölüb
18:49 / 13-08-2026
Polşada ukraynalı yeniyetmələr aksentlərinə görə döyülüblər
18:43 / 13-08-2026
Qərb Rusiyanın Xəzər dənizi vasitəsilə İrana təchizat etdiyini bildirib
18:40 / 13-08-2026
Filippot Zelenskinin təxribatlarının ifşa olunduğunu elan etdi
17:21 / 13-08-2026
Gürcüstanın Rusiya ilə sərhədi çay suyunun səviyyəsinin qalxması səbəbindən bağlanıb
17:18 / 13-08-2026
Sevastopol sakinləri hərbçinin qətlində şübhəli bilinən şəxsin tutulmasına kömək etdilər
17:15 / 13-08-2026
Səfirlik Putinin Kuril adalarına səfəri ilə bağlı Tokionun etirazını əsassız adlandırıb
17:11 / 13-08-2026
MKİ Avropanı mümkün Rusiya hücumları ilə bağlı xəbərdar etdi
23:31 / 12-08-2026
Magistral yolda qaya sürüşməsi baş verib
23:28 / 12-08-2026
Atəşfəşanlıq nəticəsində qaçan Alman çoban itini tapmaq üçün müşahidə kameralarından istifadə ediblər
17:21 / 12-08-2026
Qayıq qayaya çırpıldıqdan sonra bir qadın öldü
17:17 / 12-08-2026
Rusiya Yaponiya üçün düşmən deyil, tərəfdaş olaraq qalır
17:02 / 12-08-2026
Cinayət tərkibinin olmaması səbəbindən bəraət tələb edir
17:00 / 12-08-2026
Rus qadınına hücum edən kişinin cəzasının ağır olacağını açıqladı
16:57 / 12-08-2026
Tramp Türkiyədən təyyarə dəyişdirməli olduğunun səbəbini izah etdi
10:45 / 12-08-2026
Tramp Amerika qanunlarının sərtliyindən şikayətləndi
10:42 / 12-08-2026
Bir neçə nəfər fast food restoranında zəhərlənib
10:40 / 12-08-2026
Media Burnhamın Britaniya Baş naziri kimi ilk uğursuzluğunu xəbər verir
10:32 / 12-08-2026
Tramp təhdid olunduğunu iddia etdi
Milli Qurtuluşdan sosial-iqtisadi inkişaf və tərəqqiyə
Tarix: 10-06-2021 00:21 | Bölmə: Gündəm
Duzdağda yeni şaxta istifadəyə verilib
1993-cü il iyunun 9-da ümummilli liderimiz Heydər Əliyev xalqın çağırışına səs verərək Naxçıvandan Bakıya qayıdıb, müstəqilliyimizi və dövlətçiliyimizi xilas edib. Həmin gün ölkəmizin taleyində dönüş anı olub və böyük Qurtuluşa doğru mühüm addım atılıb. O addım suverenliyin, sabitliyin və sosial-iqtisadi inkişafın təməli olmaqla, Azərbaycanın gələcək inkişaf perspektivlərini müəyyənləşdirib, xalqımızı nicat yoluna çıxarıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 9-da - Milli Qurtuluş Günü ərəfəsində Duzdağda yeni şaxta istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə çıxış edərək deyib: Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Azərbaycanın təbii sərvətləri təkcə neft və qazdan ibarət deyildir. Biz bir çox başqa yeraltı sərvətlərə də malikik... Bu sərvətlərdən də səmərəli istifadə etməliyik”. Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında Ulu Öndərin müəllifi olduğu sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi kimi təbii sərvətlərimizdən xalqımızın rifahı və ölkəmizin inkişafı naminə səmərəli istifadə olunur. Duzdağda yeni şaxtanın istifadəyə verilməsi də bu istiqamətdə görülən işlərin davamıdır.
Ali Məclisin Sədri deyib: Duzdağ mədənçiliyinin qədim tarixi vardır. Hələ Eneolit dövründən başlayaraq əcdadlarımız Naxçıvanda duz çıxarılması ilə məşğul olmuş, eradan əvvəl IV minillikdə bu proses daha da genişlənmiş, duzdan tədavül vasitəsi kimi istifadə olunmuşdur. Bəzi mənbələrdə isə bu ərazidə duz çıxarılması Nuh Peyğəmbərlə əlaqələndirilir. Duz mədənçiliyinin inkişafı Duzdağ ətrafında məskunlaşmaya, icmalararası və şəhərlərarası əlaqələrin qurulmasına təkan vermiş, ticarət və sənətkarlıq inkişaf etmiş, Naxçıvanda şəhər mədəniyyəti formalaşmışdır. Dünya səyyah və coğrafiyaşünaslarının əsərlərində də Naxçıvanda duz çıxarılmasından geniş bəhs olunmuşdur. Tarixçi və coğrafiyaşünas Zəkəriyyə əl-Qəzvininin “Ölkələrin abidələri və məbudların xəbərləri” əsərində XII yüzillikdə Naxçıvanda duz çıxarılması barədə məlumat verilir. 1833-cü ildə rus tədqiqatçısı Qriqoryev tərəfindən tərtib edilmiş “Naxçıvan əyalətinin statistik təsviri” kitabında isə Naxçıvan duzu barədə yazılır: “Bu duz keyfiyyətinə görə bütün Zaqafqaziyada məşhurdur. Qarabağdan, Yelizavetpol dairəsindən, Şərurdan və Naxçıvanın bütün kəndlərindən bura karvanlar gəlir. Aprel ayından oktyabr ayınadək duz istehsalının əhatə dairəsi daha da genişlənir”. Digər bir tarixi sənəddə - Qafqaz Dağ İdarəsinin 1889-1907-ci illər üzrə hesabatında isə Naxçıvan mədənində ildə 3 min tona yaxın duz çıxarıldığı qeyd olunur.
Ali Məclisin Sədri deyib: XX əsr Naxçıvan duz mədənçiliyi tarixində yeni mərhələdir. 1917-ci ildə Duzdağda əsaslı istismar işlərinə, 1927-ci ildə isə ilk dəfə sənaye üsulu ilə duz çıxarılmasına başlanılmışdır. Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə muxtar respublikada dağ-mədən sənayesinin inkişafına və duz istehsalının artırılmasına nail olunmuş, duz mədəninin maddi-texniki bazası gücləndirilmiş, nəticədə, ötən əsrin 80-ci illərində duz istehsalının həcmi 1940-cı illə müqayisədə 2 dəfə artmışdır. Müstəqillik illərində Naxçıvan duzunun tarixi şöhrətinin özünə qaytarılması və duz istehsalının genişləndirilməsi ilə yanaşı, Duzdağ mədəniyyəti də öyrənilmiş, arxeoloji tədqiqatlar aparılmış, beynəlxalq elmi simpozium və konfranslar keçirilmişdir. Bu gün milli sərvətimiz olan Duzdağ tarixi-mədəni dəyəri, iqtisadi əhəmiyyəti, şəfaverici xüsusiyyəti və turizm cəlbediciliyi ilə dünyaya təqdim olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Naxçıvanın rəmzlərindən biri də təbii ehtiyatları 90 milyon ton təşkil edən Duzdağdır. Bu dağ ölkəmizdə təkcə saf və təmiz duzu ilə deyil, həm də şəfaverici xüsusiyyətlərinə görə tanınmışdır”.
Qeyd olunub ki, muxtar respublikada duzun təhlükəsiz və iqtisadi cəhətdən daha rentabelli üsullarla çıxarılması, daşınması, emalı və ixracı diqqətdə saxlanılır. 2018-ci ildən etibarən Duzdağda axtarış və kəşfiyyat işləri aparılmış, duz ehtiyatı 15 milyon ton olan şaxta qazılmış, ərazidə yeni istehsal kompleksinin tikintisinə başlanmış, duz mədənləri xüsusi qorunan ərazilərin kateqoriyasına aid edilərək xəritəsi hazırlanmışdır. Yeni duz şaxtasının və istehsal kompleksinin muxtar respublika üçün böyük iqtisadi əhəmiyyəti vardır. Uzun illər bu şaxtadan istifadə olunacaq, Naxçıvan duzunun istehsal həcmi artacaq, daxili tələbatın ödənilməsi ilə yanaşı, həm də xarici bazarlara çıxış imkanı yaranacaqdır.
“Duzdağda yeni şaxtanın istifadəyə verilməsi işin bir tərəfidir. Əsas məsələ mövcud duz ehtiyatından səmərəli istifadə etməkdir”,- deyən Ali Məclisin Sədri bildirib ki, İqtisadiyyat Nazirliyi bu məsələyə diqqəti artırmalı, istismar qaydalarına əməl olunmalı, mədən işlərində və istehsal prosesində itki minimum həddə saxlanılmalıdır. Vurğulanıb ki, muxtar respublikada il ərzində 6-8 min ton duz istehsal olunur. Yeni şaxta və istehsal kompleksi fəaliyyətə başladıqdan sonra isə birnövbəli iş rejimində müəssisənin illik istehsal gücü 15 min ton olacaqdır. Bu da daxili tələbatı ödəməklə yanaşı, həm də böyük ixrac potensialı deməkdir. İqtisadiyyat Nazirliyi Naxçıvan duzunun ixrac imkanlarını araşdırmalı, xarici bazarlar öyrənilməli, məhsulun çeşidi və həcmi artırılmalıdır.
Ali Məclisin Sədri deyib: Mədəndən götürülmüş daşduzun keyfiyyət göstəriciləri yüksəkdir. Analiz nəticəsində natrium-xloridin miqdarının 97 faiz olduğu müəyyən edilmişdir. Bütün bunlara baxmayaraq, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehsal prosesində keyfiyyətə və texniki şərtlərə xüsusi diqqət yetirməli, standartların tələbi qorunmalıdır. Duz şaxtasında təhlükəsiz iş şəraitinin yaradılması qarşıda duran əsas vəzifədir. Ona görə də mədən işlərinə yalnız xüsusi ixtisas hazırlığı olan mütəxəssislər cəlb olunmalı, Fövqəladə Hallar Nazirliyi təhlükəsizlik qaydalarını və texnoloji rejimi mütəmadi nəzarətdə saxlamalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi şaxtanın dağ-mədən-texniki, hidrogeoloji və ekoloji vəziyyətini davamlı yoxlamalı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yeni istehsal kompleksinin tikintisini qısa müddətdə başa çatdırmalıdır.
Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında hər kəsə uğurlar arzulayıb, Qurtuluş bayramı ərəfəsində yeni duz şaxtasının istifadəyə verilməsi münasibətilə kollektivi və tədbir iştirakçılarını, eləcə də bütün muxtar respublika əhalisini təbrik edib, bu işdə əməyi olanlara təşəkkürünü bildirib.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək deyib: 2017-ci ilin oktyabr ayında “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 nömrəli şaxtasında aparılan araşdırma zamanı yeraltı avadanlıqların uzun müddət istismar olunduğu, mağaradan istifadənin iqtisadi cəhətdən səmərəli olmadığı və şaxtanın istismar müddətinin başa çatdığı nəzərə alınaraq fəaliyyəti dayandırılıb. Qazma işləri yerüstü istismar üsulu ilə həyata keçirilib. 2018-ci ildə Duzdağda kəşfiyyat quyuları qazılıb, 133 metr dərinlikdəki 1 saylı quyuda 11,6 metr qalınlığında, 101 metr dərinlikdəki 6,5 metr qalınlığında daşduz layı kəsilib, 2019-cu ilin dekabr ayında isə yeni şaxtanın inşasına başlanılıb. Texniki təhlükəsizlik qaydalarına tam cavab verən yeni şaxtaya ağır texnikalar daxil olaraq istənilən qədər xammalı daşıya biləcək ki, bu həm vaxt itkisinin qarşısını alacaq, həm də mədən işçilərinin əməyini xeyli yüngülləşdirəcək. Ali Məclis Sədrinin tapşırığına uyğun olaraq duzun istehsal və satış həcmini artırmaq məqsədilə yeni müəssisə də qurulur. Hazırda tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Naxçıvan duzunun ölkəmizin digər regionlarında da satışını təmin etmək üçün Bərdə şəhərində baza yaradılıb. Yeni müəssisə istifadəyə verildikdən sonra Naxçıvan duzu ən müasir vasitələrlə daha keyfiyyətli istehsal olunaraq dünya bazarına çıxarılacaq.
Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Mayis Əliyev çıxış edərək deyib ki, müstəqillik illərində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, onun Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin maddi texniki imkanları tam yenilənib. İdarə üçün Culfa şəhərində ən müasir tələblərə cavab verən Geoloji Baza qurulub, müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya istifadəyə verilib. Yaradılan şərait isə Duzdağ daşduz yatağında geoloji kəşfiyyat işlərinin aparılmasına əlverişli imkan yaradıb. Geoloji Axtarış və Kəşfiyyat İdarəsi tərəfindən Duzdağ yatağının Naxçıvan sahəsində yeni istismar şaxtasının yerinin müəyyənləşdirilməsi məqsədilə geoloji kəşfiyyat işləri aparılıb, 3 quyu layihələndirilib. Qazılmış 1 saylı axtarış quyusuna istinad edilərək Naxçıvan sahəsində yeni şaxtanın yeri müəyyən olunub. Yeni şaxtanın qazılması zamanı yatağın geoloji vəziyyəti nəzərə alınmaqla əvvəlki illərdə aparılmış axtarış, kəşfiyyat işlərinin nəticələri hərtərəfli araşdırılıb, yenidən yoxlanılıb, yatağın geoloji quruluşu öyrənilib. Mayis Əliyev bundan sonra da muxtar respublikanın yeraltı və yerüstü təbii sərvətlərinin qorunması və səmərəli istifadəsi ilə bağlı vəzifələrin layiqincə həyata keçiriləcəyini bildirib.
Duzdağ duz mədənlərinin topoqrafik xəritəsinə və sxematik planına baxış zamanı Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə məlumat verib ki, yeni şaxtanın açılması üçün 227 hektar torpaq sahəsi ayrılaraq duz mədənlərinin ümumi ərazisi 994 hektara çatdırılıb. İstismar olunmuş və yeni şaxtanın yerləşdiyi bu ərazi tarixi-mədəni, iqtisadi, turizm-rekreasiya və təbii müalicə əhəmiyyətli ərazi kimi mühafizə olunması məqsədilə xüsusi qorunan torpaqlar kateqoriyasına daxil edilib. Duzdağda qazılmış axtarış quyularının koordinatları dəqiqləşdirilərək topoqrafik plana salınıb. Şaxtaların sxematik və əhatə etdiyi ərazilərin topoqrafik planları, Naxçıvan-Duzdağ Fizioterapiya Mərkəzi turist marşrutu xəritəsi hazırlanıb, xəritə və planlar toplu şəklində nəşr olunub, həmçinin xidmətin elektron məlumat bazasına əlavə edilib. Bu xəritələrdə təkcə informasiya almaq məqsədilə deyil, həm də ərazi ilə bağlı bir çox məsələlərin həllində istifadə etmək mümkündür.
Ali Məclisin Sədri Duzdağ duz mədəni tunelinin tikintisi zamanı çəkilən fotoşəkillərə və duz mədənləri ərazisindəki şaxtaların sxematik planına da baxıb.
Sonra şaxtanın qazılmasında əməyi olanlara hədiyyələr təqdim olunub.
Şaxtaçı Ceyhun Hüseynov kollektiv adından minnətdarlıq edərək deyib: “Bu gün biz şaxtaçılar üçün çox əlamətdar bir gündür. Belə bir şaxtanın açılması Naxçıvan duzunun şöhrətini qaytarmaqla yanaşı, gələcək nəsillərin də gəlir mənbəyinə çevriləcəkdir. 20 ildir, duz mədənində çalışıram. Köhnə duz mədəni bağlandıqdan sonra yenidən şaxtada çalışacağımı xəyal edirdim. Yeni şaxta muxtar respublikamızın tarixində qalacaq ən önəmli hadisə olmaqla yanaşı, gələcəkdə burada ixtisaslı mühəndislərin, şaxtaçıların yetişməsinə şərait yaradacaqdır. Bu tarixə şahidlik etmək bizim üçün xoşbəxtlikdir. Yaradılan şəraitdən səmərəli istifadə edəcək, muxtar respublikanın inkişafı naminə var-qüvvəmizlə çalışacağıq”.
Ali Məclisin Sədri şaxtada yaradılan şəraitlə maraqlanıb, muxtar respublikada satışı həyata keçirilən duz məhsullarına, eləcə də şaxtanın istismar planına baxıb.
Yeni şaxtaya baxış zamanı məlumat verilib ki, Duzdağdakı 133 metr dərinlikdəki 1 saylı kəşfiyyat quyusunda 11,6 metr qalınlığında, 101 metr dərinlikdəki 2 saylı quyuda isə 6,5 metr qalınlığında daşduz layı kəsilib. Ərazidə tikintisi davam etdirilən yeni duz istehsalı müəssisəsindən şaxtayadək 3 kilometr uzunluğunda yol, 3,6 kilometr uzunluğunda elektrik xətti çəkilib, işıqlandırma sistemi qurulub. Tunelin döşəmə və divarları monolit betonla möhkəmləndirilib, yük avtomobillərinin hərəkəti təmin edilib, ehtimal olunan qrunt sularının qarşısını almaq üçün drenaj çəkilib. Yeni şaxtadan götürülmüş daşduzun analizi nəticəsində natrium-xloridin miqdarının 97 faiz təşkil etdiyi müəyyən edilib.
Sonra Ali Məclisin Sədri idarəetmə qurğusunu işə salıb, şaxtada ilk partlayış olub və duzun çıxarılmasına başlanılıb.
Ali Məclisin Sədri muxtar respublikada tunel-qazıntı işlərinin yerli şirkətlər tərəfindən uğurla həyata keçirildiyini bildirib, təhlükəsizlik qaydalarına əməl olunması və işçilər üçün kursların keçirilməsi barədə tapşırıqlar verib.

Baxış sayı: 628
Bölməyə aid digər xəbərlər

14-08-2026, 17:34
Naxçıvanın iqtisadi fəallığı artır-Könül Nurullayeva
8-08-2026, 23:10
“Azərbaycan Vaşinqton üçün daha dəyərli strateji tərəfdaşa çevrilib”
31-07-2026, 10:30
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
30-07-2026, 19:57
İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib
22-07-2026, 08:51
Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur-Könül Nurullayeva
21-07-2026, 18:09
İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
15-07-2026, 20:10
Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı-Könül Nurullayeva
13-07-2026, 23:40
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
11-07-2026, 16:26
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
10-07-2026, 20:58
İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
3-07-2026, 21:27
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video
2-07-2026, 00:00
İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
29-06-2026, 19:15
Leyla və Alyona Əliyevalar festivalda - Fotolar
23-06-2026, 17:30
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib
15-06-2026, 14:06
Milli Qurtuluş Günü: Azərbaycanın xilasa aparan dönüş nöqtəsi
14-06-2026, 16:16
Vaqif Qurbanovun şərəfli ömür yolu gənc nəsil üçün cəsarət və fədakarlıq nümunəsidir-Könül Nurullayeva
5-06-2026, 00:04
Anar Eminov: “Kibertəhlükəsizlik sahəsində görülən hər bir iş Azərbaycanın təhlükəsiz gələcəyinə qoyulan sərmayədir”
30-05-2026, 16:21
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
28-05-2026, 17:22
İlham Əliyev Xocalı şəhərində “Qarabağ Tekstil Evi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) açılışında iştirak edib
28-05-2026, 17:08
İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
27-05-2026, 23:30
Əli Nağıyev Rusiyada iclasda - Foto
24-05-2026, 21:43
Prezidentin qızı və gəlini Sosial Reabilitasiya Mərkəzində - Fotolar
19-05-2026, 11:35
WUF13 Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin nümayişidir-Könül Nurullayeva
18-05-2026, 18:32
İlham Əliyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində iştirak edib
17-05-2026, 19:27
Millət vəkilinin növbəti vətəndaş qəbulu baş tutub
16-05-2026, 12:32
Vüqar Rəhimzadə: "Ümumdünya Şəhərsalma Forumu qlobal inkişaf modellərinin yenidən formalaşdığı mərkəzi platformadır"
12-05-2026, 17:52
İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
6-05-2026, 23:37
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
6-05-2026, 16:48
Kaya Kallasın səfəri Aİ-Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından vacibdir-Könül Nurullayeva
5-05-2026, 17:38
İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub
4-05-2026, 16:35
İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib-VİDEO
1-05-2026, 13:53
Azərbaycan güləşinin növbəti zəfəri
27-04-2026, 20:45
Vüqar Rəhimzadə: “Sülh və Barışıq üçün Gernika mükafatı” Azərbaycanın sülh modelinin beynəlxalq səviyyədə qəbulu və təsdiqidir"
27-04-2026, 13:45
Leyla Əliyeva İsmayıllı səfərindən fotolar paylaşdı
23-04-2026, 18:20
Vüqar Rəhimzadə: "İmzalanan sənədlər Azərbaycan-Latviya əlaqələrinin gələcək inkişafının aydın mənzərəsini yaradır"
23-04-2026, 18:09
Vüqar Rəhimzadə: "Mənəvi-əxlaqi dəyərlərdən uzaq olan ünsürlərin qarayaxmaları onların daxili xislətini ortaya qoyur
22-04-2026, 15:39
Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
16-04-2026, 19:11
Atletika idmanın əsası, sağlam həyat tərzinin təməli və gənc nəslin fiziki və mənəvi inkişafına töhfə verir
14-04-2026, 16:55
Vüqar Rəhimzadə: "Zərifə xanım Əliyeva elm fədaisi, xeyirxah insan kimi xatirələrdə əbədi yaşayacaq"
14-04-2026, 16:41
Zərifə xanımın rəhbərliyi ilə yeni alim və həkim nəsli formalaşıb-Könül Nurullayeva
8-04-2026, 21:07
İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
6-04-2026, 23:45
İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub