18:59 / 16-10-2026
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
23:58 / 15-10-2026
Yeniyetmələr bir kişini şəhərətrafı qatardan çıxarıb döyüblər
20:25 / 15-10-2026
Lavrov: "Rusiya Ukrayna ilə bağlı danışıqları heç vaxt rədd etməyib"
20:20 / 15-10-2026
İstanbulda 84 ilin ən güclü yağışı nəticəsində üç nəfər ölüb
20:16 / 15-10-2026
Rusiya karateçilərinin Polşada keçirilən Gənclər arasında Dünya Çempionatında iştirakına qadağa qoyulub.
20:05 / 15-10-2026
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
19:58 / 15-10-2026
Merz ABŞ-ın dondurulmuş Rusiya aktivləri ilə bağlı təklifinə reaksiya verdi
19:54 / 15-10-2026
Tanışını öldürməkdə ittiham olunub
19:51 / 15-10-2026
Peskov Rusiya idmançılarını dünyanın ən güclüləri adlandırdı
19:47 / 15-10-2026
18 milyon rubl rüşvət aldığına görə həbs edilib
19:42 / 15-10-2026
Tramp Nidal Həsənin edamını canlı yayımlamayacağını açıqladı
19:39 / 15-10-2026
CNN: Ukraynada "Patriot" raketləri tükənib
19:23 / 15-10-2026
İnsan qalıqları olan torbalar tapılıb
19:20 / 15-10-2026
Mərkəzi Bank ayıları Sibirdə turizmə mane olan amillərdən biri adlandırılıb
19:17 / 15-10-2026
Polis məmurunu təhdid etməkdə və bir qadını vurmaqda təqsirli bilinib
19:13 / 15-10-2026
Larisa Dolinanın Moskva Konserti ləğv edildi
19:05 / 15-10-2026
Husilərin Ər-Riyad hava limanına hücumları nəticəsində 17 nəfər həlak olub
19:00 / 15-10-2026
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
21:49 / 14-10-2026
Məktəblilərə hücum etdiklərinə görə yeniyetmə miqrantlar saxlanılıb
21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:39 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağırdı
21:31 / 14-10-2026
Ayı hücum edəndə ağrımadı: Balıqçı yırtıcı ilə qarşılaşmasından danışır
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
21:17 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Çin nümayəndə heyətinin İturup adasına səfərindən sonra etirazını bildirib
21:10 / 14-10-2026
Sinqapur bayrağı altında üzən konteyner gəmisi Hörmüz boğazında batdı
21:06 / 14-10-2026
Lavrov Putin və Si Cinpin arasında Şençjendə keçirilən APEC sammitində görüş keçiriləcəyini açıqladı
21:02 / 14-10-2026
Türkiyənin Antalya şəhərində mikroavtobus qəzaya uğrayıb
20:59 / 14-10-2026
Qətldə şübhəli bilinən şəxs saxlanılıb
20:56 / 14-10-2026
Pentaqon 2026-cı ilə qədər yüz minlərlə kamikaze hücum dronunu yerləşdirməyi planlaşdırır
20:52 / 14-10-2026
Deputatlar Məclisinin rəhbəri dələduzluqda ittiham olunaraq həbs edilib
20:49 / 14-10-2026
FIS Dünya Kubokunda Rusiya xizəkçiləri üçün kvota yerlərinin sayını açıqladı
20:46 / 14-10-2026
İtkin düşmüş 3 yaşlı oğlan qarğıdalı tarlasında tapılıb
20:43 / 14-10-2026
Le Pen Ukraynanın AB-yə qoşulmasını birləşmək üçün "hara-kiri" adlandırdı
Azərbaycan Prezidentinin Naxçıvana səfəri yeni tarixi reallığın nəticələrinin davamlılığına hesablanmış uğurlu gedişdir
Tarix: 12-05-2021 04:04 | Bölmə: Gündəm
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri bölgədə hərbi-siyasi yolla yaradılmış yeni tarixi reallığın nəticələrinin davamlılığına hesablanmış uğurlu gediş oldu. Heç şübhəsiz ki, 10 noyabr kapitulyasiya aktının ən vacib şərtlərindən biri Zəngəzur dəhlizinin açılması ilə bağlı bənddir. Zəngəzur dəhlizi lokal yox regional əhəmiyyətli layihə olsa da, bu dəhlizin açılmasından ilk faydanı alan illərdir faktiki olaraq ana Vətənlə quru əlaqəsi olmayan Naxçıvan bölgəmiz olacaq.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Deputat bildirib ki, Naxçıvan Muxtar Respublikası 30 ildir ki, tam blokada şəraitində qalmış, müstəqilliyimizin ilk illərində isə həm də ciddi çətinliklər və təhdidlərlə üz-üzə qalaraq məşəqqətli bir dövr yaşamışdır. Yalnız Ümummilli Lider Naxçıvana döndükdən sonra onun təcrübəsi və bacarığı, habelə, şəxsi nüfuzu hesabına bölgədə rifah nisbətən yaxşılaşsa da, Heydər Əliyevə düşmənçiliyi dövlət siyasəti səviyyəsinə çatdıran o zamankı hakimiyyət öz liderinə qucaq açmış naxçıvanlıları ən zəruri ehtiyacları ilə yenidən sınamış, proses Ümummilli Lider hakimiyyətə gələnə qədər davam etmişdir.
Bəhruz Məhərrəmovun sözlərinə görə, tarixin ağır sınaqlarından üzü ağ çıxan Naxçıvan bu gün Azərbaycanın ən strateji hərbi-siyasi və iqtisadi nöqtələrindən biridir. Zəngəzur dəhlizinin açılması ilə isə Naxçıvan həm də bizim üçün Avropaya qapı, Türk dünyası üçün isə ümid bağına çevriləcək: “Zəngəzur dəhlizi Ermənistanın taleyüklü problemlərinin həlli istiqamətində yeganə çıxış yolu olsa da, xəstə və avantürist təfəkkürlə zəhərlənmiş erməni cəmiyyətində bu kommunikasiya xəttinə münasibətdə şübhəli və anlaşılmaz yanaşma sərgilənir. Üstəlik, heç bir imkan və reallıqla uzlaşmayan revanş çağırışları İrəvan üçün vəziyyəti daha da qəlizləşdirir. Əlbəttə, belə bir fonda dəhlizin açılması sadə məsələ deyil, lakin, nəinki Azərbaycanda və digər region dövlətlərində, hətta Ermənistanın özündə belə bu dəhlizin açılacağı heç kimdə şübhə doğurmur. Bu ölkədə ən radikal kəsim və ən qatı siyasətçilər belə Prezident İlham Əliyevdən sitat gətirərək kommunikasiya xətlərinin məcburi açdırıla biləcəyini etiraf edirlər”.
Deputatın fikrincə, görünən odur ki, bütün maneə cəhdlərinə baxmayaraq, Zəngilan-Ordubad dəmiryolu xətti və bütövlükdə, Zəngəzur dəhlizinin açılması üçün real zəmin formalaşıb. Lakin, prosesin tamlığı üçün bizim özümüz də infrastruktur sistemimizi hazırlamalı, təhlükəsizlik başda olmaqla bizdən asılı olan bütün məsələləri həll etməliyik: “Dövlətimizin başçısı dünən müsahibəsində Azərbaycanın öz üzərinə düşən vəzifələri icra edəcəyini bir daha bəyan etməklə və səfəri çərçivəsində Ordubad dəmir yolu stansiyası ilə tanışlığa da təsadüfən getmədiyini bildirməklə əslində bu suallara son qoydu. Üstəlik, Ermənistanın dəhlizlə bağlı davranışlarına gəlincə, cənab İlham Əliyevin Ermənistanın dəmir yolları anlayışı olmadığı və Rusiya dəmir yollarının bütün Ermənistanın dəmir yollarına sahiblik etməsi ilə bağlı çox tutarlı yanaşması əslində İravanı bir daha düşünməyə vadar edəcək”.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin fəaliyyətində prinsipial göstəricilərdən biri olan şaxələndirmə dövlət başçısının Naxçıvan siyasətində də özünü biruzə verməkdədir. Maraqlıdır ki, Prezident dəhlizin açılması məsələsi ilə işi bitmiş yox, yalnızca başlamış hesab edir. Bu mənada Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağı və Culfa-Ordubad magistral avtomobil yolu ilə bağlı ortaya qoyulan iradə görüləcək işlərin, iqtisadi və siyasi planların nəhəng miqyasından xəbər verir. Heç şübhəsiz ki, üstünlüyümüzü hər ötən gün gücləndirən bu reallığın sığortalanması zərurətdir və bölgədə sülh və əminamanlıq vəd edən, Naxçıvanı isə ana vətənə qovuşdurmağı hədəfləyən bu reallığın ən ciddi qarantı hərbi gücümüzdür.
Bəhruz Məhərrəmov diqqətə çatdırıb ki, bu mənada hərbi aerodromunun və Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı muxtar respublikada hərbi üstünlüyümüzün möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verdi. Həmçinin Ordubad Su Elektrik Stansiyasının tikintisi, Naxçıvanda Süni Mayalanma Mərkəzinin istifadəyə verilməsi kimi iqtisadi əhəmiyyətli tədbirlər, Naxçıvan şəhərində “ASAN xidmət” Mərkəzinin binasının tikintisi kimi digər infrastruktur layihələrinin icrası Muxtar Respublikanın həyatında teleyüklü addımlar olmaqla əslində həmin regionda milli maraqlarımızın təmininə yönəlmiş strateji addımlardır və 44 günlük müharibədən sonra yaranan reallığın möhkəmləndirilməsinə xidmət edir.
“Göründüyü kimi Naxçıvan Muxtar Respublikası tarixinin ən böyük transformasiyalarından birini yaşayır və prosesdə bir məqam diqqəti çəkir. Zəngəzur dəhlizinin açılması və Naxçıvanın blokadasına son qoyulması əslində tarixin maraqlı təkərrürüdür. Bu gün cənab İlham Əliyev tərəfindən Naxçıvanın blokadadan çıxarılması istiqamətində həlledici və yekun addımlar zamanında Ümummilli Liderin bölgəni işğaldan xilas edib acınacaqlı sosial-iqtisadi durumdan çıxarması prosesinin məntiqi davamıdır. Heç şübhəsiz ki, Naxçıvanın ikinci xilası da Qarabağın işğaldan azad olması kimi tariximizin şanlı səhifələrinə qızıl hərflərlə yazılacaq”, - deyə deputat vurğulayıb.
Baxış sayı: 620
Bölməyə aid digər xəbərlər

13-10-2026, 09:30
Filmin sonu ayrıca bir film idi... - Video
8-10-2026, 22:56
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
8-10-2026, 22:50
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
1-10-2026, 18:04
General Əfqan Nağıyev 60-a çatdı
29-09-2026, 23:01
Sumqayıtda Anım Günü-İcra başçısı Zakir Fərəcov şəhid məzarlarını ziyarət etdi-VİDEO+FOTOLAR
27-09-2026, 19:58
27 Sentyabr – Anım Günü: Qəhrəmanlıqdan Zəfərə
25-09-2026, 23:22
«44-дневная Отечественная война положила конец 30-летнему статус-кво»-- Конул Нуруллаева
22-09-2026, 18:38
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib
18-09-2026, 19:32
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
18-09-2026, 00:08
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
18-09-2026, 00:01
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
15-09-2026, 17:27
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
15-09-2026, 17:11
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin”
8-09-2026, 15:40
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi
2-09-2026, 17:55
"Sumqayıtın formalaşan yeni inkişaf modeli"
31-08-2026, 18:02
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
31-08-2026, 17:57
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat
31-08-2026, 15:54
İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib-VİDEO
25-08-2026, 21:58
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
25-08-2026, 15:57
26 Avqust - Laçın şəhəri günü
24-08-2026, 17:11
İlham Əliyev Zelenskiyə təbrik məktubu ünvanlayıb
24-08-2026, 14:48
Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
23-08-2026, 18:30
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib-VİDEO
23-08-2026, 18:22
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub-VİDEO
23-08-2026, 18:09
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib-VİDEO
14-08-2026, 17:34
Naxçıvanın iqtisadi fəallığı artır-Könül Nurullayeva
8-08-2026, 23:10
“Azərbaycan Vaşinqton üçün daha dəyərli strateji tərəfdaşa çevrilib”
31-07-2026, 10:30
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
30-07-2026, 19:57
İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib
22-07-2026, 08:51
Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur-Könül Nurullayeva
21-07-2026, 18:09
İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
15-07-2026, 20:10
Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı-Könül Nurullayeva
13-07-2026, 23:40
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
11-07-2026, 16:26
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
10-07-2026, 20:58
İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
3-07-2026, 21:27
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video
2-07-2026, 00:00
İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
29-06-2026, 19:15
Leyla və Alyona Əliyevalar festivalda - Fotolar
23-06-2026, 17:30
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib