Bütün xəbərlər
AQİL ABBASIN DOĞUM GÜNÜNÜ TƏBRİK EDİRƏM!
Tarix: 01-04-2021 19:37 | Bölmə: Gündəm


Bu gün, aprelin 1-i Milli Məclisin üzvü Aqil Abbasın doğum günüdür.68 yaşı tamam olur.Təbii ki, onu təqdim etməyə, haqqında uzun-uzadı yazmağa ehtiyac yoxdur. Hamının yaddaşında səmimi, sadə, vətənpərvər, dadlı, duzlu sözləri ilə qalıb və qalmaqdadır. Şükürlər olsun ki, uzun illər işğal altında olmuş dədə-baba yurdunu da gedib gördü. Uzun illər yaşadığı Vətən nisgilinə son qoyuldu. Onun Qarabağ torpağında, dədə-baba yurdunda sevincdən göz yaşı axıtması da hamımızın yaddaşındadı.  Aqil Abbasın ona müraciət edən insanlara necə əlindən gələn köməyi etdiyinin, gördüyü xeyirxah işlərin, etdiyi cəsarətli çıxışların da şahidi olmuşuq. Mən onun haqqında bir Millət vəkili,  haqqımda vaxtilə dediyi xoş sözlərə görə yox, sadəcə olaraq əziz, doğma bir insan kimi yazıram... Aqil Abbasın yeri  mətbuat aləmində həmişə görünüb, indən belə də görünəcək...Mən ona ancaq həyatda ən şirin nemət olan can sağlığı arzulyıram. 100 yaşa Aqil Abbas!

Namiq MƏMMƏDLİ,
Sabaha-inamla.az  xəbər  portalının baş redaktoru


Baxış sayı: 418


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı