Bütün xəbərlər
“Ağdamda olarkən qarışıq hislər keçirirəm” - Hikmət Hacıyev
Tarix: 14-03-2021 14:16 | Bölmə: Gündəm

                    “Ağdamda olarkən qarışıq hislər keçirirəm” -Hikmət Hacıyev


Bu gün KİV, QHT nümayəndələri, bloqerlər və ictimai xadimlər Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə birlikdə işğaldan azad edilmiş Ağdam rayonuna səfər ediblər.
Unikal.org xəbər verir ki, “Caliber.Az”a açıqlamasında Hikmət Hacıyev Ağdamda olarkən qarışıq hislər keçirdiyini bildirib.“Bir tərəfdən, bu, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Cənab Prezident İlham Əliyev tərəfindən xalqımıza qazandırılan qələbə hissidir. Digər tərəfdən bu xarabalıqları müşahidə edərkən insan istər-istəməz bir qədər məyus olur.
Ancaq əminik ki, dövlətimiz Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi altında Ağdamı bərpa edəcək və bölgə yenidən gözəl görkəmini geri qaytaracaq”, - deyə H.Hacıyev bildirib.



Baxış sayı: 464


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı