Bütün xəbərlər
Media nümayəndələri Ağdama səfər edib - Foto
Tarix: 13-03-2021 13:58 | Bölmə: Gündəm

                  Media nümayəndələri Ağdama səfər edib


Bu gün Prezidentin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi ilə media rəhbərləri və sosial media fəalları işğaldan azad edilən Ağdam rayonuna səfər ediblər.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, onlar Minatəmizləmə Agentliyinin əməkdaşlarının minatəmizləmə əməliyyatları ilə tanış olublar.
Daha sonra ermənilər tərəfindən basdırılmış və Agentlik əməkdaşları tərəfindən aşkarlanan minalar partladılaraq zərərsizləşdirilib.
Heyətdə ölkədəki bütün televiziya, agentlik, əksər sayt və qəzet rəhbərləri, həmçinin çoxlu sayda blogger və sosial media aktivisti təmsil olunur.

              


Baxış sayı: 371


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı