22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Təhsil eksperti o statusu niyə yazdı?
Tarix: 02-03-2021 16:18 | Bölmə: Gündəm

                     Təhsil eksperti o statusu niyə yazdı?


Xəbər verdiyimiz kimi, koronavirus pandemiyasına görə Azərbaycanda bağçaların, məktəblərin, ali təhsil müəssisələrinin bağlanması barədə Nazirlər Kabinetinin verdiyi qərardan 1 il vaxt  keçir. Hazırda orta məktəblərdə 1-ci və  9-cu siniflər üzrə dərslər həm əyani, həm də distant formada keçirilir. 10-cu  və 11-ci sinif şagirdləri isə təhsilə distant şəkildə davam edirlər. Bəzi ali təhsil müəssisələrində praktiki məşğələlər tələb edilən ixtisaslar üzrə dərslər isə ənənəvi formada tədris edilir. Digər ixtisaslar üzrə isə dərslər distant formada keçirilir. Dövlət və özəl uşaq bağçaları da fəaliyyətini davam etdirir. 
“Qafqazinfo” xəbər verir ki, belə bir məqamda tanınmış təhsil eksperti Kamran Əsədov  martın 3-dən 9-na qədər məktəblərin yenidən bağlanacağı ilə bağlı paylaşım edib. Təhsil ekspertinin sözügedən paylaşımı bir sıra sosial platformalarda müzakirələrə yol açıb. Valideynlərin əksəriyyəti bunun rəsmi qərar olduğunu hesab edib. Buna səbəb isə bir müddətdir ki, məktəblərin yenidən bağlanacağı ilə bağlı ictimaiyyət arasında  dolaşan fikirlərdir. 



Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov məsələyə dərhal reaksiya  verərək belə bir qərarın olmadığını vurğulayıb. O, hazırda dərslərin də öz qaydasında davam etdiyini bildirib.
“Qafqazinfo” müzakirələrə yol açan paylaşımıyla bağlı K. Əsədovla əlaqə saxlayıb. O, bu gün paylaşdığı statusun ötən ilə aid olduğunu vurğulayıb. Bildirib ki, status keçən ilin eyni vaxtının postudur, sadəcə olaraq feysbukda bugünkü post kimi görünüb. Ancaq təhsil eksperti bununla bərabər yoluxma sayı artarsa, martda məktəblərin bağlanma ehtimalının yüksək olduğunu diqqətə çatdırıb: “Müəyyən dövlət qurumları məndən də təhsilin davam edib etməməsiylə bağlı fikirlərimi soruşublar. Onlara da bildirmişəm ki, yoluxma sayı artacaqsa, açıq qalması təhlükəlidir. Biz bütün məktəblərlə işləyirik. Hazırda Təhsil Nazirliyinin açıqladığı məktəblərdən də əlavə məktəblər bağlanıb. Lökbatanda iki məktəb bağlanıb. Ancaq bu barədə ictimaiyyətə məlumat verilməyib”. 
Qeyd edək ki, hazırda ekspert həmin postu sosial şəbəkə hesabından silib. 



Baxış sayı: 415


Bölməyə aid digər xəbərlər
23-11-2024, 14:26 Şeyx Portuqaliyaya gedir