22:59 / 24-06-2026
Bir kişi cəsədi tapılıb
18:56 / 24-06-2026
Ot yanğını söndürülür
Bütün xəbərlər
Mehriban Əliyeva xalqı təbrik etdi
Tarix: 31-12-2020 16:12 | Bölmə: Gündəm

                   Mehriban Əliyeva xalqı təbrik etdi


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi sosial şəbəkə hesabında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paylaşım edib.
“Qafqazinfo” xəbər verir ki, paylaşımda deyilir:
“Əziz həmvətənlər!
Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, hər birinizə xoş arzularımı çatdırıram. Yola saldığımız il yaddaşımıza Şanlı Zəfər ili kimi əbədi həkk olunacaq. Bu Zəfərin qazanılmasında xalqımızın sarsılmaz birliyi, həmrəyliyi, qətiyyəti və iradəsi müstəsna rol oynayıb. Qoy bütün məsələlərin öhdəsindən uğurla gəlməyimizə imkan yaradan birliyimiz günü-gündən möhkəmlənsin! Uca Tanrıdan hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik, Vətənimizə - sülh, əmin-amanlıq və tərəqqi diləyirəm!”



Baxış sayı: 616


Bölməyə aid digər xəbərlər