22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Yanvardan başlayaraq peyvəndin tətbiqi...” - Deputat
Tarix: 29-12-2020 23:38 | Bölmə: Gündəm

               



“COVİD-19-a qarşı Çində istehsal olunan “Sinovac” vaksini bütün dünya ölkələrində tətbiq olunmaqla yanaşı, Türkiyədə də uğurla sınaqdan keçib. Peyvənddən yoluxucu xəstəliyə qarşı 93-94 faizə yaxın effektivlik əldə olunub. Bu baxımdan Azərbaycanda bu peyvəndin tətbiqi məqsədəuyğun sayılır”.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib.
Deputat bildirib ki, sözügedən peyvənd virulentliyi zəiflədilmiş mikroorqanizmlərdən alınıb: “Yəni koronavirus törədicisinin zəiflədilmiş formasından istehsal olunmuş peyvənddir. Azərbaycanda həm sovet səhiyyəsi dövründə, həm müstəqillik zamanı aparılan vaksinasiyada istifadə edilən preparatların əksəriyyəti bu tip preparatlardı.
“Sinovac” vaksinini 4 dərəcəyə qədər hərarətdə saxlamaq olar. Peyvənd saxlanma temperaturu baxımdan ölkəmizin infrastrukturuna da uyğundur”.
Müşfiq Məmmədli onu da qeyd edib ki, daşınma məsələlərində soyuq zəncir prinsipinə riayət etməklə bu vaksini uğurla tətbiq etmək olar: “Azərbaycan həm digər ölkələrdə, həm də Türkiyədə bu peyvəndin tətbiqinə nəzərə yetirərək, “Sinovac” vaksininin vurulmasını daha məqsədəuyğun hesab edir. Təbii ki, digər mümkün variantlar da qiymətləndirilir. Aparılan bütün araşdırmalarla birlikdə yanvar ayının ortalarından başlayaraq artıq bu prosesin tətbiqi istiqamətində müəyyən addımlar atılacaq”.



Baxış sayı: 427


Bölməyə aid digər xəbərlər
23-11-2024, 14:26 Şeyx Portuqaliyaya gedir