Bütün xəbərlər
Nazirlər Kabineti 190 manatla bağlı qərar qəbul etdi
Tarix: 23-12-2020 21:09 | Bölmə: Gündəm

                     Nazirlər Kabineti 190 manatla bağlı qərar qəbul etdi


Nazirlər Kabineti Azərbaycan ərazisində  koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında Qərar qəbul edib.
"Qafqazinfo" xəbər verir ki, qərarda qeyd olunur: 
“Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll edəcəklər.


Baxış sayı: 388


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı