22:59 / 24-06-2026
Bir kişi cəsədi tapılıb
18:56 / 24-06-2026
Ot yanğını söndürülür
Bütün xəbərlər
Səfərbərlik üzrə hərbi xidmətə çağırılanlar nə vaxt tərxis ediləcək?
Tarix: 23-12-2020 16:32 | Bölmə: Gündəm

                Səfərbərlik üzrə hərbi xidmətə çağırılanlar nə vaxt tərxis ediləcək?


Müdafiə Nazirliyi səfərbərlik üzrə hərbi xidmətə çağırılmış vətəndaşların yaxın vaxtlarda mərhələli şəkildə tərxis ediləcəyini açıqlayıb.
"Qafqazinfo" xəbər verir ki, nazirliyin “Facebook”dakı rəsmi səhifəsində yerləşdirilən məlumatda deyilir: “Səfərbərlik üzrə hərbi xidmətə çağırılmış bəzi şəxslər, xüsusilə ailəli vətəndaşlarımız, sosial şəbəkələr vasitəsilə nə zaman ehtiyata buraxılaraq evlərinə geri dönəcəkləri ilə bağlı narahatlıq ifadə edirlər. Bu tərəfimizdən anlayışla qəbul olunur.
Bildiririk ki, Müdafiə Nazirliyi tərəfindən onların ehtiyata buraxılması ilə əlaqədar sənədlər hazırlanıb və müvafiq qaydada aidiyyəti qurumlara göndərilib. Yaxın vaxtlarda bu kateqoriyadan olan şəxslərin mərhələli şəkildə tərxis edilməsi gözlənilir”.



Baxış sayı: 553


Bölməyə aid digər xəbərlər