22:59 / 24-06-2026
Bir kişi cəsədi tapılıb
18:56 / 24-06-2026
Ot yanğını söndürülür
Bütün xəbərlər
Bakıda Qələbə paradı başlayır - Canlı yayım
Tarix: 10-12-2020 13:00 | Bölmə: Gündəm

                    Bakıda Qələbə paradı başlayır


Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parad başlayır. 
“Qafqazinfo” xəbər verir ki, paradda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək. 
 
Azadlıq Meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək. Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.

            



Baxış sayı: 670


Bölməyə aid digər xəbərlər