22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Hərbi cinayətlər törədənlər əməllərinə görə cavab verməlidirlər”
Tarix: 25-11-2020 14:23 | Bölmə: Gündəm

                 “Hərbi cinayətlər törədənlər əməllərinə görə cavab verməlidirlər”


“Bu açıqlama erməni xalqına qarşı yönəlməyib. Prezident İlham Əliyev Ermənistanın siyasi-hərbi rəhbərliyindən, ərazilərimizi qanunsuz olaraq işğal edib mülki şəxslərə qarşı hərbi cinayətlər törədənlərdən, Gəncə, Bərdə və Azərbaycanın digər yaşayış yerlərdəki günahsız mülki şəxslərə qarşı hücum əmri verənlərdən danışdığını açıq şəkildə bildirdi”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Fransanın “Le Point” jurnalına müsahibəsində “Atəşkəs elan edildikdən sonra Prezident Əliyev niyə ermənilərin “itlər kimi” qovulduğunu iddia edərək təhqiredici şərhlər etdi?” sualına münasibətində bildirib.
“Şübhəsiz ki, hərbi cinayətlər törətmiş şəxslər əməllərinə görə cavab verməlidirlər”, - deyə XİN rəhbəri sözlərinə əlavə edib.



Baxış sayı: 375


Bölməyə aid digər xəbərlər
23-11-2024, 14:26 Şeyx Portuqaliyaya gedir