22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Paşinyan İlham Əliyevə təslim olduğunu açıqladı
Tarix: 10-11-2020 04:10 | Bölmə: Gündəm

                  Paşinyan İlham Əliyevə təslim olduğunu açıqladı                    


Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağda müharibənin dayandırılması haqqında Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevlə bəyanat imzaladığını bəyan edib.
“Qafqazinfo” bildirir ki, bu barədə “TASS” xəbər verib.
Bir neçə dəqiqə bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan erməni xalqına müraciət edib. Müraciət Baş nazirin feysbuk səhifəsində yerləşdirilib:
“Mən Rusiya və Azərbaycan prezidentləri ilə Qarabağ müharibəsinin saat 01.00-dan dayandırılması haqqında bəyanat imzalamışam. Artıq dərc olunan bəyanatın mətni mənim və xalqımız üçün olduqca ağrılıdır. Müstəqillik illərimizi təhlil etmək lazımdır ki, gələcəyimizi planlaşdıraq və keçmişin səhvlərini təkrar etməyək. Bütün qurbanlarımızın qarşızında diz çökürəm".



Baxış sayı: 371


Bölməyə aid digər xəbərlər
23-11-2024, 14:26 Şeyx Portuqaliyaya gedir