Bütün xəbərlər
İrəvandan şok Şuşa etirafı: Geri çəkilsək də...
Tarix: 08-11-2020 02:05 | Bölmə: Gündəm

                     



Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovannisyan Azərbaycan Ordusunun Şuşa istiqamətində uğurlarını etiraf etmək məcburiyyətində qalıb.
Axar.az xəbər verir ki, bugünkü brifinqdə A.Ovannisyan Şuşa ətrafında ağır döyüşlərin artıq 3 gündür davam etdiyini bildirib. O, Azərbaycan Ordusunun yeni qüvvələr cəlb etdiyini, bəzi mühüm mövqeləri ələ keçirdiyini deyib.
O, Şuşada ağır məğlubiyyətə uğradıqlarını bu sözlərlə etiraf edib:
”Hər şeyə rəğmən, panikaya düşmək olmaz. Biz geri çəkilsək belə, gələcək qələbələr naminə döyüş qabiliyyətini qoruyub saxlamalıyıq”.
Qeyd edək ki, bundan öncə “Le Monde” erməni ordusunun Şuşa ətrafında darmadağın olduğunu yazıb.


Baxış sayı: 850


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı