22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Bu da ermənilərin fosfor bombası atdığının sübutu
Tarix: 03-11-2020 11:49 | Bölmə: Gündəm

                 Bu da ermənilərin fosfor bombası atdığının sübutu


Prezidentin köməkçisi Hikmət Hacıyev oktyabrın 8-də işğalçı Ermənistan tərəfindən Füzuli rayonuna atılan fosfor bombasının zərərsizləşdirilmə kadrlarının yer aldığı video paylaşıb.
“Qafqazinfo” xəbər verir ki, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri bu barədə öz tvitter hesabında paylaşım edib.
“8 oktyabrda Ermənistan tərəfindən Füzuli bölgəsinə atılan fosfor mərmisinin zərərsizləşdirilməsi. Mülki obyektlərə aktiv şəkildə fosfor bombaları yağdıran Ermənistanın Azərbaycanı ittiham etməsi günahı başqasının boynuna atmaq və məsuliyyətdən qaçmaq taktikasıdır”,- deyə Hikmət Hacıyev qeyd edib.



Baxış sayı: 435


Bölməyə aid digər xəbərlər
23-11-2024, 14:26 Şeyx Portuqaliyaya gedir