Bütün xəbərlər
"Terrora son qoyulsun, cinayətkarlar cəzalandırılsınlar" adlı tədbir keçirilib
Tarix: 31-10-2020 02:13 | Bölmə: Gündəm


Sabaha-inamla.az xəbər portalı Yeniləşən Dövlətə Dəstək İctimai Birliyi ilə birlikdə "Terrora son qoyulsun, cinayətkarlar cəzalandırılsınlar" adlı tədbir keçirib.
Tədbiri giriş sözü ilə Sabaha-inamla.az xəbər portalının baş redaktoru Namiq Məmmədli açıb. O çıxışında bildirib ki, ermənilər Gəncədə, Bərdədə terror,soyqırımı törədiblər. Bu azmış kimi mütamadi olaraq ballistik raketlərdən ərazilərimizi atəşə tuturlar. Bütün bunlara baxmayaraq Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında işğal altında olan torpaqlarımızı azad edə-edə irəlləyirlər. Azərbaycan xalqı qələbə gününü səbirsizliklə gözləyir. Əmindirlər ki, Qarabağ torpağı bütövlükdə düşməndən azad olunacaq. Hər yerdə Azərbaycan bayrağı dalğalanacaq.
Sonra Yeniləşən Azərbaycana Dəstək İctimai Birliyinin sədri Nəbi Qafarov, təşkilatın həmsədri Ülviyyə Əsədova, bölgə sədrləri çıxışlarında qeyd ediblər ki, dünya birliyi, beynəlxalq təşkilatlar  erməni terroruna göz yummamalıdırlar. Ermənilərin bu vəhşiliyinə dərhal son qoyulmalıdır. Bu işdə əli olan cinayətkarlar beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. 
Sonda Ülviyyə Əsədova milli və vətənpərvər ruhlu şeirlərinə görə Sabaha-inamla.az xəbər portalının təsis etdiyi "Qızıl misra" diplomu ilə təltif olunub.
Ülviyyə Əsədova
              



Baxış sayı: 575


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı