Bütün xəbərlər
Dağlıq Qarabağ Azərbaycanın əzəli torpaqlarıdır - Putin
Tarix: 30-10-2020 02:49 | Bölmə: Gündəm

                     

Dağlıq Qarabağ özü və Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu Ermənistanın nəzarəti altına keçib. Bu ərazilər Azərbaycanın əzəli torpaqlarıdır.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “VTB Kapitala” “Rossiya zovyot!” İnvestisiya Forumunun iclasında söyləyib.
“Azərbaycan nə deyir? O deyir ki, həmin yeddi rayonun istər etnik münaqişəyə, istərsə də Ermənistana heç bir aidiyyəti yoxdur. Bunlar əzəli Azərbaycan əraziləridir və Azərbaycan deyir: bizim bu əraziləri özümüzə qaytarmaq və Dağlıq Qarabağla münasibətləri aydınlaşdırmaq hüququmuz var. Başa düşürsünüzmü, hər kəs özünü haqlı hesab edir və burada sadə həll yoxdur, çünki düyün çox möhkəm bağlanıb. Biz lap əvvəldən nə demək lazım olduğunu əsas götürmüşük, - bizim mövqeyimiz isə tamamilə açıqdır, - Azərbaycana beş üstəgəl iki rayonun verilməsinin mümkünlüyü və Dağlıq Qarabağ zonasında müəyyən rejimin təmin edilməsi, Ermənistanla qarşılıqlı münasibətlər və sair barədə danışmaq lazımdır”, - Putin qeyd edib.


Baxış sayı: 327


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı