18:59 / 16-10-2026
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
23:58 / 15-10-2026
Yeniyetmələr bir kişini şəhərətrafı qatardan çıxarıb döyüblər
20:25 / 15-10-2026
Lavrov: "Rusiya Ukrayna ilə bağlı danışıqları heç vaxt rədd etməyib"
20:20 / 15-10-2026
İstanbulda 84 ilin ən güclü yağışı nəticəsində üç nəfər ölüb
20:16 / 15-10-2026
Rusiya karateçilərinin Polşada keçirilən Gənclər arasında Dünya Çempionatında iştirakına qadağa qoyulub.
20:05 / 15-10-2026
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
19:58 / 15-10-2026
Merz ABŞ-ın dondurulmuş Rusiya aktivləri ilə bağlı təklifinə reaksiya verdi
19:54 / 15-10-2026
Tanışını öldürməkdə ittiham olunub
19:51 / 15-10-2026
Peskov Rusiya idmançılarını dünyanın ən güclüləri adlandırdı
19:47 / 15-10-2026
18 milyon rubl rüşvət aldığına görə həbs edilib
19:42 / 15-10-2026
Tramp Nidal Həsənin edamını canlı yayımlamayacağını açıqladı
19:39 / 15-10-2026
CNN: Ukraynada "Patriot" raketləri tükənib
19:23 / 15-10-2026
İnsan qalıqları olan torbalar tapılıb
19:20 / 15-10-2026
Mərkəzi Bank ayıları Sibirdə turizmə mane olan amillərdən biri adlandırılıb
19:17 / 15-10-2026
Polis məmurunu təhdid etməkdə və bir qadını vurmaqda təqsirli bilinib
19:13 / 15-10-2026
Larisa Dolinanın Moskva Konserti ləğv edildi
19:05 / 15-10-2026
Husilərin Ər-Riyad hava limanına hücumları nəticəsində 17 nəfər həlak olub
19:00 / 15-10-2026
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
21:49 / 14-10-2026
Məktəblilərə hücum etdiklərinə görə yeniyetmə miqrantlar saxlanılıb
21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:39 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağırdı
21:31 / 14-10-2026
Ayı hücum edəndə ağrımadı: Balıqçı yırtıcı ilə qarşılaşmasından danışır
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
21:17 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Çin nümayəndə heyətinin İturup adasına səfərindən sonra etirazını bildirib
21:10 / 14-10-2026
Sinqapur bayrağı altında üzən konteyner gəmisi Hörmüz boğazında batdı
21:06 / 14-10-2026
Lavrov Putin və Si Cinpin arasında Şençjendə keçirilən APEC sammitində görüş keçiriləcəyini açıqladı
21:02 / 14-10-2026
Türkiyənin Antalya şəhərində mikroavtobus qəzaya uğrayıb
20:59 / 14-10-2026
Qətldə şübhəli bilinən şəxs saxlanılıb
20:56 / 14-10-2026
Pentaqon 2026-cı ilə qədər yüz minlərlə kamikaze hücum dronunu yerləşdirməyi planlaşdırır
20:52 / 14-10-2026
Deputatlar Məclisinin rəhbəri dələduzluqda ittiham olunaraq həbs edilib
20:49 / 14-10-2026
FIS Dünya Kubokunda Rusiya xizəkçiləri üçün kvota yerlərinin sayını açıqladı
20:46 / 14-10-2026
İtkin düşmüş 3 yaşlı oğlan qarğıdalı tarlasında tapılıb
20:43 / 14-10-2026
Le Pen Ukraynanın AB-yə qoşulmasını birləşmək üçün "hara-kiri" adlandırdı
“Siz Azərbaycan xalqının xilaskarısınız” - Prezidentə yazırlar
Tarix: 30-10-2020 01:54 | Bölmə: Gündəm
Ermənistan silahlı qüvvələrinin təxribatı davam edir. Azərbaycan Ordusu qətiyyətlə hər cür təxribatın qarşısını almağa hazırdır, gələn xoş xəbərlər də bunu deməyə əsas verir. Cəbhədə baş verən döyüşlərlə əlaqədar Prezident İlham Əliyevə həm ölkədən, həm də xarici ölkələrdən dəstək məktubları gəlməkdə davam edir. Vətəndaşlar məktublarında hər zaman ölkə başçısının yanında olduqlarını yazırlar.
“Qafqazinfo” məktublardan bir neçəsini təqdim edir:
Berkut Gencay Sarıkızdan, Balıkesir, Türkiyə
Hörmətli cənab Prezident.
Mən məktəbliyəm. Azərbaycanı çox sevirəm.
Düşünürəm ki, atamın mənə məktəb ləvazimatı almaq üçün verdiyi 100 türk lirəsini Azərbaycanın Silahlı Qüvvələrinə bağışlamağım, İnşallah, əsgərlərimizə mənim töhfəm olar. Mən isə hələlik köhnə dəftərimdən, qələmlərimdən istifadə edə bilərəm.
Həmin pulun əsgərləriniz olan böyük qardaşlarıma daha çox kömək olacağına ümid edirəm. İnşallah, Qələbə Sizinlədir.
Allah əsgərlərimizin ayağına daş, gözünə yaş salmasın.
Hilalsu Mertdən, Yozqat, Türkiyə
Hörmətli cənab Prezident.
Mənim 10 yaşım var. Sizi səmimi qəbdən salamlayır, dəyərli böyüyüm kimi əllərinizdən öpür, uca Allaha Sizi qoruması üçün dua edirəm.
Hər gün televiziyadan ölkənizin torpaqlarınızı işğaldan azad etmək üçün göstərdiyiniz mübarizəni həyəcanla izləyirəm. Mən inanıram ki, uğrunda şəhidlər verdiyiniz doğma torpaqlarınızı erməni zülmündən qurtaracağınız günlər yaxındadır.
Biz bütün ailə üzvlərimizlə birlikdə Sizə və qəhrəman əsgərlərinizə görə dua edirik. Kədəriniz kədərimiz, sevinciniz sevincimizdir.
Mən özümə məxsus sırğamı Azərbaycan əsgərinə kömək üçün yaradılan fonda bəxş etməklə, ümid edirəm ki, az da olsa igid əsgərlərimizə dəstək ola bilərəm.
Allaha əmanət olun.
Erdal Adlandan, Giresun, Türkiyə
Hörmətli cənab Prezident.
Müraciətimin əvvəlində tarix boyu Azərbaycanın və Türkiyənin azadlığı uğrunda şəhid olan bütün əsgərlərimizə Allahdan rəhmət diləyirəm.
Cənab Prezident, keçən əsrin 90-cı illərinin əvvəlində 10 yaşım olsa da Dağlıq Qarabağın işğal edilməsi barədə xəbərləri babamla birlikdə böyük ürək ağrısı ilə qarşıladıq, göz yaşlarımızı saxlaya bilmədik. İllərdir bu yara ürəyimizdə qaysaq bağlamır, içimizi qanadırdı. Amma əmin idim ki, əsl türk olan Azərbaycanlı qardaşlarım bir qarış torpaq belə verməzlər.
Erməni terroristlərini doğma torpaqlarınızdan qovmanıza çox sevindim. Onları sonacan qovun, 10 yaşında olan uşaqlarımızın bir daha üzülməsinə imkan verməyin.
Ermənilərin hələ 1915-1923-cü illərdə doğulduğum Girəsun şəhərində törətdikləri vəhşiliklər, tarix boyu türklərə qarşı xainlikləri hələ də yaddaşlardan silinməyib.
Siz mübarizənizdə qazandığınız qələbələrlə təkcə öz şəhidlərinizin deyil, erməni terrorunun qurbanı olan hər bir kəsin qisasını alırsınız.
Türkiyə hər zaman candan əziz olan Azərbaycanın yanındadır. Ölkəmizin hər bir vətəndaşı Azərbaycan üçün canından belə keçməyə hazırdır və bunu özlərinə şərəf bilirlər. Mən, həmçinin türk qanı daşıyan hər kəs haqq işinizi hələlik dualarımızla dəstəkləyirik. Ədalət mübarizənizdə canımızla, qanımızla Sizin yanınızda olduğumuzu unutmayın.
Şəhidlərinizə rəhmət, yaralılara şəfa diləyirəm.
Tanrı türkü qorusun!
Türk qanı daşıyan xoşbəxtdir.
Namiq Əlimuradovdan, Moskva, Rusiya
Hörmətli cənab Prezident.
Artıq bir aydır ki, doğma Vətənim sevimli Azərbaycanımda baş verən hadisələri izləyirəm. Qarabağ torpaqlarının qaytarılması uğrunda savaşda Azərbaycan Ordusunun növbəti uğuru barədə hər dəfə xəbər alanda sevinc və qürur hissləri keçirirəm.
Vətəndən xeyli uzaqda olmağım heç bir zaman mənim Azərbaycana sevgimi azalda, ölkəmə görə duyduğum fəxarət hissini zəiflədə bilməz!
Cənab Prezident Sizə, eləcə də Azərbaycan xalqına mətanət, əzm və bütün işlərdə uğurlar arzulayıram.
Valideynlərimizin bizə təlqin etdiyi və Azərbaycanda yaşayan bütün xalqlara xas olan qüvvətli haqq-ədalət hissi bizi baş verən hadisələrə biganə qalmağa qoymur.
Hər an Azərbaycanın köməyinə gəlməyə hazıram. Sözdə də, əməldə də!
Bizim hamımıza, xüsusən də Sizə uğurlar diləyirəm, cənab Prezident. Haqq kimin tərəfindədirsə, o qalib gəlir, çünki haqq güclüdür.
Qarabağ Azərbaycandır!
Mayis Məmmədovdan, Novosibirsk, Rusiya
Hörmətli cənab Prezident!
Sentyabrın 27-də Ermənistanın Azərbaycan mövqelərinə və yaşayış məntəqələrinə hücumuna cavab olaraq Azərbaycan Ordusunun başlatdığı və işğal edilmiş ərazilərin azad olunmasına yönəlmiş hərbi əməliyyatlar gedişində şəhid olmuş qardaşlarımıza görə “Rus–Azərbaycan Evi” Regional İctimai Təşkilatı adından və şəxsən öz adımdan bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Dinc əhali arasında həlak olanlar, yaşayış binalarında, eləcə də məktəblər və uşaq bağçaları daxil olmaqla ictimai binaların dağıdılması bizi hədsiz kədərləndirir. Dinc əhaliyə qarşı silah və güc tətbiqini biz qətiyyətlə pisləyirik.
Hazırda biz – Sizin soydaşlarınız Vətəndən uzaqda olsaq da, cərəyan edən hadisələri, 30 ilə yaxın işğal altında olmuş torpaqlarımızın Azərbaycan Silahlı Qüvvələrinin əks-hücumu nəticəsində azad edilməsi prosesini diqqətlə izləyir, haqq-ədalət mübarizəsində Sizi dəstəkləyirik, çünki həmvətənlərimizin taleyinə biganə qala bilmərik. Bizim ürəklərimiz Azərbaycanla həmahəng döyünür.
Ümid edirik ki, əldə olunmuş müvəqqəti atəşkəs münaqişənin nizamlanması üçün yeni imkan yaradacaq. İnanırıq ki, tarix və beynəlxalq hüquq nöqteyi-nəzərindən haqlı olan Azərbaycan döyüş meydanlarında olduğu kimi, diplomatiya sahəsində də öz üstünlüyünü davam etdirəcək, ədalətli mübarizəsini sona çatdıraraq Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qaytarılmasına nail olacaq, regionda sabitliyi, sülhü və asayişi bərpa edəcəkdir.
İndi bizim gözəl ölkəmiz yeni sınaqla üz-üzədir. Lakin ötən illərin təcrübəsi bizə inanmağı, mübarizə aparmağı və qalib gəlməyi öyrədib.
Hörmətli cənab Prezident, mən Sizin strateji siyasətinizi dəstəkləyir və qürur duyuram. İnanıram ki, qətiyyətli rəhbərliyiniz və həmişə xalqı doğru yola istiqamətləndirən müdrikliyiniz sayəsində bundan sonra da sülhü və hər kəs üçün rifahı təmin edəcəksiniz. Hansı ölkədə yaşamağımızdan asılı olmayaraq biz – soydaşlarınız Sizin siyasətinizi dəstəkləyirik, Azərbaycanda sabitlik və firavanlıq naminə əlimizdən gələni edəcəyik.
Rusiya ilə Azərbaycan arasında böyük dostluq bir çox nəsillərdən bəri davam edir, Rusiya və Azərbaycan xalqları çətin vəziyyətdə bir-birlərinə kömək etməyə həmişə hazırdırlar. Ümidvaram ki, Rusiya – Azərbaycan dostluğu illər keçdikcə hər iki dövlətin tərəqqisi, rifahı və əməkdaşlığı naminə daha da dərinləşəcək, inkişaf edəcək və möhkəmlənəcək.
Kürzəli Bayramovdan, Tovuz, Azərbaycan
Hörmətli cənab Prezident.
İşğaldan azad olunan bütün torpaqlara və yaşadığımız sevinc hisslərinə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Sizin sayənizdə uzun illərin həsrətinə son qoyuldu, əzəli, əbədi torpaqlarımıza qovuşuruq. Sevinc hisslərimizi sözlə ifadə edə bilmirik.
Hər zaman yanınızdayıq, cənab Prezident.
Elvin Məmmədovdan, Şəki, Azərbaycan
Müzəffər Ali Baş Komandan.
Mən bir zabit olaraq Azərbaycanın bu haqq savaşında, işğal altında olan doğma torpaqlarımız uğrunda gedən Vətən müharibəsində canımdan, son damla qanımdan belə keçməyə hazıram. Bir Azərbaycan oğlu kimi ön cəbhədə düşmənlə üz-üzə vuruşaraq şəhidlərimizin intiqamını almaq istəyirəm.
Müzəffər Ali Baş Komandan, hərbi anda sadiq qalacağıma, düşmənə qarşı vicdanla vuruşacağıma Sizi əmin edirəm. Əmrinizi gözləyirəm.
Rubabə Nuriyevadan, Şamaxı, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin dərin savadınız, dünyagörüşünüz qarşısında dünyanın siyasət meydanında heç bir siyasətçi tab gətirə bilməz. Siz Azərbaycan xalqının xilaskarısınız. Gələcək nəsillər Azərbaycan deyəndə Sizi, İlham Heydər oğlu deyəndə isə Azərbaycanı xatırlayacaq. Allah Sizi qorusun. Yaşasın Azərbaycan xalqı! Yaşasın sevimli Prezidentimiz! Azərbaycanın şanlı Ordusuna eşq olsun!
Fariz Ağayevdən, Saatlı, Azərbaycan
Müzəffər Ali Baş Komandan.
Bu sevinci bizə yaşatdığınıza görə Sizə Saatlı sakinləri adından dərin minnətdarlığımızı bildiririk.
Cənab Prezident, bir təhsil işçisi kimi inanıram ki, pedaqoji fəaliyyətimizi Şuşada, Xankəndidə, Laçında davam etdirəcəyimiz günlər lap yaxındadır. Bildirmək istəyirik ki, hər zaman Sizin əmrinizi gözləyirik. Hər birimiz Vətənimiz naminə son damla qanımızadək döyüşməyə hazırıq.
Yaşasın Azərbaycan!
Qarabağ Azərbaycandır!
Cavad Quliyevdən, Bakı, Azərbaycan
Müzəffər Ali Baş Komandan.
Bir talış, bir lənkəranlı olaraq Sizə təşəkkür edirəm. 30 ilə yaxın işğal altında olan torpaqlarımızı, doğma Qarabağımızı düşmən tapdağından azad edirsiniz. Bu, Sizin yüksək savadınız və güclü iradənizin nəticəsində mümkün olmuşdur.
Bütün xalqımız Sizə sonsuz təşəkkür edir və ətrafınızda sıx birləşib.
Allah Sizi və mətin Ordumuzu qorusun!
Cənab Prezident, çox təəssüflənirəm ki, bir vətəndaş olaraq, Vətənə olan borcumu yerinə yetirə bilmirəm. Çox istərdim ki, məni də Ordu sıralarına daxil etsinlər. Bu Vətən üçün canımı da, qanımı da verməyə hazıram.
Yaşasın Ali Baş Komandan!
Yaşasın Azərbaycan!
Qarabağ Azərbaycandır!
Çingiz Salmanovdan, Qubadlı, Azərbaycan
Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.
Nəhayət gözlədiyimiz gün gəldi. İyirmi yeddi il həsrətdən sonra Zəngəzurun qapısı adlandırılan Qubadlı rayonu mənfur düşmən tapdağından azad edildi. İllərdi bu günü gözləyir, Vətən həsrətilə yaşayırdıq. Artıq buna son qoydunuz, xalqımın qəhrəman, yenilməz oğlu. Bizi əbədi və əzəli dədə-baba torpaqlarımıza qovuşdurduğunuz üçün Sizə dərin təşəkkürümü bildirirəm. İnşallah, Sizin göstərişinizlə müzəffər Azərbaycan Ordusu digər işğal altında olan torpaqlarımızı yaxın günlərdə düşmən tapdağından azad edərək şanlı Azərbaycanımızın üçrəngli bayrağını yüksəklərə qaldıracaqdır.
Cənab Prezident, Sizin bu haqq işiniz və adınız bir sərkərdə olaraq gələcək nəsillərin yaddaşında qalmaqla qızıl həriflərlə tarix dərsliklərində yazılacaqdır. Mən fəxr edirəm ki, mənim xalqımın Sizin kimi ağıllı, savadlı, uzaqgörən Prezidenti var. Allah Sizi qorusun. Qarabağ Azərbaycandır!
Dərin hörmətlə,
Səbuhi Atakişiyevdən, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Ali Baş Komandan.
Son günlər Azərbaycan Ordusu tarix yazmaqda davam edir. Çox xoşbəxtik ki, qazanılan qələbələrin canlı şahidiyik.
Müzəffər Ali Baş Komandan, hər gün azad olunmuş torpaqlarımızın xəbərini eşitdikcə böyük qürur hissi keçiririk. Siz bu gün milyonların arzusunu reallaşdırırsınız, Sizə Ulu Tanrıdan güc qüvvət arzu edirik. İnanırıq ki, rəşadətli Azərbaycan Ordusu üç rəngli Bayrağımızı Şuşada dalğalandıracaq. Eşq olsun Ali Baş Komandanımıza, eşq olsun Azərbaycan Ordusuna. Qarabağ Azərbaycandır!
Rauf Xanlarovdan, Bərdə, Azərbaycan
Hörmətli Prezident, cənab Ali baş Komandan!
Mən Sizinlə fəxr edirəm. Azərbaycanımızın torpaqlarının qarış-qarış azad edilməsi barədə dilinizdən çıxan sevinc dolu cümlələri, məntəqələrimizin adlarını çəkdiyiniz saniyələri qürurla izləyirəm.
Cənab Prezident, son illər etdiyiniz kadr dəyişiklikləri, COVID-19 pandemiyası ilə apardığınız mübarizə tədbirləri və nəhayət ki, qəlbimizdə yara bağlamış Qarabağ həsrətinə son qoymaq üçün başlatdığınız Vətən müharibəsi bir daha sübut etdi ki, Siz var olduqca Azərbaycan xalqının yaşayacağı gözəl günlər çox olacaq. Sizə inanıram və güvənirəm. Kaş hər gün dilinizdən çıxan o “Qarabağ Azərbaycandır!” ifadəsini televiziyadan yox, Sizin qarsızında duraraq eşidəydim.
Allah Sizi və rəşadətli əsgərlərimizi qorusun! Fəxr edirəm ki mən azərbaycanlıyam!
Qarabağ Azərbaycandır!
Cavid Şamoyevdən, Bakı, Azərbaycan
Çox hörmətli Prezident, cənab Ali Baş Komandan!
Mənim adım Cavid Şamoyevdir. 13 yaşım var və torpaqlarımızın azadlığı uğrunda döyüşmək istəyirəm. Yaşım az olsa da, əlimdən gələni əsirgəmərəm. Mənim qardaşım hərbi xidmətdədir. Mən də onun kimi Vətənimin keşiyində durmaq istəyirəm.
Əminəm ki, çox yaxın zamanda Siz başda olmaqla, Azərbaycan Ordusu qələbə qazanacaqdır. Sizə və qəhrəman əsgərlərimizə böyük uğurlar arzu edirəm.
Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan!
Qarabağ Azərbaycandır!
Baxış sayı: 489
Bölməyə aid digər xəbərlər

13-10-2026, 09:30
Filmin sonu ayrıca bir film idi... - Video
8-10-2026, 22:56
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
8-10-2026, 22:50
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
1-10-2026, 18:04
General Əfqan Nağıyev 60-a çatdı
29-09-2026, 23:01
Sumqayıtda Anım Günü-İcra başçısı Zakir Fərəcov şəhid məzarlarını ziyarət etdi-VİDEO+FOTOLAR
27-09-2026, 19:58
27 Sentyabr – Anım Günü: Qəhrəmanlıqdan Zəfərə
25-09-2026, 23:22
«44-дневная Отечественная война положила конец 30-летнему статус-кво»-- Конул Нуруллаева
22-09-2026, 18:38
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib
18-09-2026, 19:32
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
18-09-2026, 00:08
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
18-09-2026, 00:01
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
15-09-2026, 17:27
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
15-09-2026, 17:11
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin”
8-09-2026, 15:40
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi
2-09-2026, 17:55
"Sumqayıtın formalaşan yeni inkişaf modeli"
31-08-2026, 18:02
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
31-08-2026, 17:57
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat
31-08-2026, 15:54
İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib-VİDEO
25-08-2026, 21:58
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
25-08-2026, 15:57
26 Avqust - Laçın şəhəri günü
24-08-2026, 17:11
İlham Əliyev Zelenskiyə təbrik məktubu ünvanlayıb
24-08-2026, 14:48
Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
23-08-2026, 18:30
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib-VİDEO
23-08-2026, 18:22
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub-VİDEO
23-08-2026, 18:09
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib-VİDEO
14-08-2026, 17:34
Naxçıvanın iqtisadi fəallığı artır-Könül Nurullayeva
8-08-2026, 23:10
“Azərbaycan Vaşinqton üçün daha dəyərli strateji tərəfdaşa çevrilib”
31-07-2026, 10:30
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
30-07-2026, 19:57
İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib
22-07-2026, 08:51
Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur-Könül Nurullayeva
21-07-2026, 18:09
İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
15-07-2026, 20:10
Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı-Könül Nurullayeva
13-07-2026, 23:40
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
11-07-2026, 16:26
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
10-07-2026, 20:58
İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
3-07-2026, 21:27
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video
2-07-2026, 00:00
İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
29-06-2026, 19:15
Leyla və Alyona Əliyevalar festivalda - Fotolar
23-06-2026, 17:30
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib