22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Ermənistanı inandırmalıdırlar ki, torpaqları boşaldacağına dair öhdəlik götürsün”
Tarix: 25-10-2020 18:14 | Bölmə: Gündəm

                “Ermənistanı inandırmalıdırlar ki, torpaqları boşaldacağına dair öhdəlik götürsün”


“BMT-nin Nizamnaməsi hər bir ölkənin özünümüdafiə hüququnu təmin edir. Biz özümüzü müdafiə edirik və Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini işğaldan azad edirik”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev tvitterdə yazıb. 
Dövlət başçısı bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri mandatlarına uyğun olaraq bitərəf qalmalı və tərəf tutmamalıdırlar:
“Həmsədrlər Ermənistanı inandırmalıdırlar ki, təcavüzə son qoysun, atəşkəsə sadiq olsun və torpaqları boşaldacaqlarına dair öhdəlik götürsün”.



Baxış sayı: 411


Bölməyə aid digər xəbərlər
23-11-2024, 14:26 Şeyx Portuqaliyaya gedir