Bütün xəbərlər
“Bayraktar” PUA-sının yaradıcısından Azərbaycana dəstək
Tarix: 24-10-2020 23:29 | Bölmə: Gündəm

  “Bayraktar” PUA-sının yaradıcısından Azərbaycana dəstək


“Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni Səlcuq Bayraqdar Azərbaycana növbəti dəfə dəstək nümayiş etdirib.
“Report” xəbər verir ki, “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı özünün 
“Facebook”dakı səhifəsində şeir paylaşaraq, Dağlıq Qarabağda davam edən hərbi əməliyyatlara rəğmən Yer üzünün ərənlərin meydanı olduğunu, meydanı igidlərə verməyin zəruriliyini qeyd edib.
Səlcuq Bayraqdar şeirini “Cansan can, Azərbaycan” sözləri ilə bitirib.


Baxış sayı: 488


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı