22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Atəşkəsə razı olmaya da bilərdik, kim bizi məcbur edə bilərdi?!”
Tarix: 14-10-2020 19:04 | Bölmə: Gündəm

                  “Atəşkəsə razı olmaya da bilərdik, kim bizi məcbur edə bilərdi?!”


“Bu hadisə Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu bir daha göstərir. Deyir ki, evim də batsın, malım da batsın, təki Qarabağ alınsın və biz hamımız bu amalla yaşayırıq, hamımız. Biz bu nisgili, bu həsrəti 30 ildir yaşayırıq, 30 il. Buna son qoyulmalı idi, yoxsa yox? Buna son qoyuruq və qoyacağıq”.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Prezident İlham Əliyev “Habertürk” kanalına müsahibəsində deyib. 

Dövlət başçısı bildirib ki, ona görə bu məsələ ilə bağlı indiki mərhələdə yalnız irəli getməliyik: “Biz Ermənistana şans verdik. Biz bu atəşkəsə razı olmaya da bilərdik. Deyərdik ki, biz razı deyilik. Kim bizi məcbur edə bilərdi?! Heç kim. Biz bunu etdik ki, bu tərəfdən də, o tərəfdən də insanlar ölməsinlər. Onlar da yazıqdırlar. Onları da qovurlar”.



Baxış sayı: 423


Bölməyə aid digər xəbərlər
23-11-2024, 14:26 Şeyx Portuqaliyaya gedir