02:45 / 25-11-2024
Çiolaku və Georgesku Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turuna yüksəliblər
02:40 / 25-11-2024
Fiko: "Ukraynada münaqişənin uzanması onun zəifləməsinə gətirib çıxarır"
01:33 / 25-11-2024
Aktyor Vladimir Samoylov 80 yaşında vəfat edib
01:24 / 25-11-2024
Paytaxtın ticarət mərkəzindəki yeməkxanada kütləvi dava olub
01:20 / 25-11-2024
"Azimut": Sukhoi Superjet 100 küləyin kəsilməsi səbəbindən Antalyaya kobud eniş etdi
01:16 / 25-11-2024
"Economist": Ukrayna kəşfiyyatı Rusiya Silahlı Qüvvələrinin Zaporojyeyə hücumunu gözləyir
01:10 / 25-11-2024
Müstəntiqlər Antalyada "Azimut" təyyarəsinin yanması ilə bağlı araşdırmalara başlayıb
01:07 / 25-11-2024
Zelenski: "Ukrayna və Qərb mütəxəssisləri "Oreşnik"in qalıqlarını öyrənirlər
00:49 / 25-11-2024
Amerikanın "Möcüzələr sahəsi"nin ilk aparıcısı dünyasını dəyişib
00:42 / 25-11-2024
Uolts: "Tramp xarici siyasətdə ABŞ-ın enerji resurslarından istifadə edəcək"
00:34 / 25-11-2024
Avtobusda qəbuledicinin partlaması nəticəsində sərnişin xəsarət alıb
00:29 / 25-11-2024
Tbilisi polisi müxalifətin karvanını şəhər mərkəzinə buraxmayıb
00:25 / 25-11-2024
Melnik: "Trampın andiçmə mərasimindən əvvəlki dövr Ukrayna tarixində ən çətin dövr olacaq"
22:30 / 24-11-2024
Soçi sakinləri şəhər yaxınlığında zəlzələnin baş verdiyini bildiriblər
22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
22:17 / 24-11-2024
İlham Əliyevdən COP29-un yekunları ilə bağlı - Paylaşım
22:13 / 24-11-2024
Leyla Əliyeva Altıağacda - Fotolar
22:06 / 24-11-2024
“Sumqayıt”dan əzmkar qələbə
21:52 / 24-11-2024
Ərdoğan Putinə deyib ki, Türkiyə Rusiya ilə ticarəti artırmağı hədəfləyir
21:46 / 24-11-2024
Litva silah və elektrik generatorlarını Kiyevə köçürüb
21:28 / 24-11-2024
İranın ali dini liderinin müşaviri: "Kiyevə yardım azalacaq və Rusiya qalib gələcək"
21:24 / 24-11-2024
Bir qadın Analar Günündə metro stansiyasında uşaq dünyaya gətirib
21:19 / 24-11-2024
Bir gündə 84 nəfər İsrailin Livana endirdiyi zərbələrin qurbanı olub
21:14 / 24-11-2024
"Hizbullah" İsrailin Hayfadakı hərbi dəniz bazasına zərbələr endirib
14:32 / 24-11-2024
Bakı aeroportu COP29-da - Video
14:25 / 24-11-2024
48 ton surroqat spirti müsadirə edilib
14:22 / 24-11-2024
Peskov: "ABŞ Putinin siqnallarına məhəl qoymadı və qəti addımlar atmaq lazım idi"
13:38 / 24-11-2024
Hikmət Hacıyev Berbokun ittihamlarına cavab verdi
13:24 / 24-11-2024
"Sky News": ABŞ-ın Böyük Britaniyadakı hava bazaları üzərində naməlum İHA-lar aşkarlanıb
13:20 / 24-11-2024
Primorski sakini ilə zəngə cavab verməyə gələn polis arasında baş verən dava videoya çəkilib
13:16 / 24-11-2024
Yanar materialların olduğu anbar yanır
13:13 / 24-11-2024
Rep konsertindən sonra üç yeniyetmə reanimasiyaya yerləşdirilib
13:11 / 24-11-2024
Kşilərin səfərbər olması səbəbindən minə yaxın ev istiliksiz qalıb
13:04 / 24-11-2024
"Bloomberg": Malidəki silahlılar "Wagner PMC"nin altı üzvünü öldürdülər
11:21 / 24-11-2024
Bir xəstənin reanimasiyası zamanı mənzildə yanğın başlayıb
11:18 / 24-11-2024
Rudenko: "Qərb Seulu Ukraynada şərik etmək və Pxenyana təzyiq etmək istəyir"
11:13 / 24-11-2024
Merkel: "Qərb və Ukrayna Rusiya ilə dialoqa getməlidir"
BÖYÜK ZƏFƏR TARİXİMİZİ YAZANLAR
Tarix: 09-10-2020 15:37 | Bölmə: Gündəm
Sabaha-inamla.az AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz QASIMOVUN ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVƏ dəstək məqsədilə yazdığı -"BÖYÜK ZƏFƏR TARİXİMİZİ YAZANLAR" məqaləsini təqdim edir:
Son dövrlər baş verən hadisələr, Azərbaycan Respublikası Silahlı Qüvvvələri və onun Ali Baş Komandanının faşizm ideologiyalı Ermənistan ordusunun hərbi təcavüzlərinə cavab olaraq başlatdığı uğurlu əks-hücum və azadetmə əməliyyatları bütün xalqımızın ürəyindən, lap könlündəndir. Doğrudur, xalqımız və onun lideri heç zaman müharibə tərəfdarı olmayıb və bu niyyətini uzun illər ərzində beynəlxalq ictimaiyyətə də əks etdirib. Lakin xain və faşist bir düşmənin ardıcıl, davamlı hərbi təcavüzlərini də cavabsız qoymaq, Dağlıq Qarabağı, Şuşaı, Xankəndini və neçə-neçə işğal altına alınmış doğma, canımız-qanımız olan əziz yurd yerlərimizi də nigarançılıqda qoymaq şanımıza, adımıza yaraşmazdı. Buna görə də Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun ermənistan hərbi təcavüzləri, qəfil hücumlarına cavab olraq başlatdığı uğurlu əks-hücum əməliyyatları gətirdiyi qələbələrlə xalqımızın eynini açdı, ruhundakı mübarizə əzmini oyatdı. Xalqımız birmənalı və qətiyyətli bir həmrəylik nümayiş etdirərək Ali Baş Komandanın əmrində olduğunu qətiyyətlə ifadə edərək Vətən müharibəsinə dəstək nümayiş etdirdi. Bu gün sanki hər kəsin – hər bir azərbaycanlının yaşından, cinsindən asılı olmayaraq hər bir adamın ruhu generallaşıb – Poladlaşıb, Mübarizləşib... Kimsə ölümə-itimə baxmır, hər kəs məğrurca, qeyrətlə ön cəbhəyə atılıb Vətənə can fəda etmək, düşmən qarşısında sipər dayanmaq istəyir. Bir sözlə, bütün Azərbaycan xalqı bir əsgər kimi Vətəni müdafiənin ön cəbhəsində onun keşiyində dayanmaq, döyüşmək, Böyük bir azadlıq tarixi, Qələbə epoxası yazmaq istəyir...
Qarabağın fəryad səsi...
Məlumdur ki, 1988-ci ildə yenidən başlayan və alovlanan erməni faşizminin işğalçılıq niyyətləri Azərbaycana ünvanlandı. İllərlə xain plan üzərində işləyən erməni faşizmi Azərbaycanın dilbər guşəsi, onun Konservatoriyası adlanan qədim yaşayış-yurd yerimiz olan Qarabağı, onun dağlıq adlanan hissəsini işğal obyektinə çevirdi. 1988-ci ilin noyabrında erməni cəlladlarının Qarabağ meşələrində ağaclara çaldığı baltanın səsi Azərbaycanda xalqın qəzəb və mübarizə hissini hiddətləndirdi. Milyonlarla insan bu xain niyyətin və erməni faşizminə havadarlıq edən qüvvələrin önünə əliyalın da olsa, dimdik dikildi, sərhəd çəpərinə çevrildi. Bu mübarizə zamanı Azərbycan xalqını xəyanətlər müşayiət elədi: uğrunda dostluq, qardaşlıq deyə övladlarını döyüşə yolladığı, qurbanlar verdiyi, sərvətindən pay biçdiyi SSRİ hökuməti ən ağır hadisələrlə Azərbycan xalqına xəyanət etdi və erməni faşizminə yol açmaq istədi. Bu amansız mücadilə prosesi Azərbaycanın Qanlı Yanvar qırğınına məruz qalması, 20 faiz torpaqlarının işğal edilməsi, Daşaltı, Xocavənd, Xocalı kimi misli görünməmiş qətliamlar yaşaması və s. ilə nəticələndi və yaddaşlarda dərin, kədərli izlər buraxdı. Lakin birlik içərisində olan Azərbaycan xalqını heç nə sarsıtmadı. Mübrizə apardı və ilk növbədə milli istiqlaliyyətini qazandı, milli dövlətçiliyini yenidən bərpa etdi və işğal hədəfi seçilən ərazilərinin müdafiəsi uğrunda minlərlə övlad qurban elədi. Lakin xəyanət və dünya ikiüzlülüyü onun mübarizə əzmini üstələdi, şərə güc gəlmək yeni müstəqilliyini bərpa etmiş, hələ yeni dövlətçilik tədbirləri həyata keçirən, milli ordusu belə nizama salınmayan bir ölkə üçün çox çətin oldu və məhrumiyyətlərlə tarixə çevrildi.
“Müstəqil Azərbaycanın bu gün də, gələcəkdə də çox güclü ordusu olmalıdır”
Azərbaycanın xalqının böyük oğlu Heydər Əliyevin Azərbayacana qayıdışı və xalqın təkidli tələbilə siyasi hakimiyyətə dönüşü yeni yaranmış müstəqil dövlətimizin möhkəmləndirilməsinə vəsilə oldu. Dahi, müdrik lider uzaqgörən dərin siyasəti və zəngin təcrübəsi ilə Azərbaycanın dövlət müstəqilliyinin qısa müddətdə möhkəmləndirilməsi və dünyanın güc mərkəzlərilə bir arada dayanmasına şərait yaratdı. Əlbəttə, təfərrüatını saymadan və sadalamadan demək olar ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı güclər arasında gücə, dövlətlər içərisində yeri, mövqeyi, sözü, təsiri olan bir dövlətə çevirdi və Azərbaycan gələcək hədəfləri üçün qüdrətli bir ölkə, dövlət olaraq tanındı. “Azərbaycanı Azərbaycana qaytarmaq missiyasını” həyata keçirən böyük xilaskar, Böyük Qurtuluş Tariximizin yaradıcısı ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyəti, qırılmaz iradəsi, vətənpərvərliyi sayəsində qüvvətli, qüdrətli Milli Ordu – Silahlı Qüvvələr yaradılması da başlıca məqsədlərdən birini təşkil edirdi. Müdafiə qüdrətli, hər bir tapşırığın öhdəsindən layiqincə gələn bir orduya malik olmaq üçün böyük zəhmət, idarəçilik qabiliyyəti, ən əsası sərkərdəlik bacarığı tələb olunurdu.Dahi rəhbər Heydər Əliyevin yenilməz iradəsi və apardığı ordu quruculuğu sayəsində nizami Milli Ordu – Azərbaycan Silahlı Qüvvələri yaradıldı. “Biz bütün millətlərə sübut etməliyik ki, azərbaycanlılar elmin, texnikanın ən mühüm nailiyyətlərinə yiyələndikləri kimi, həm də hərb sahəsində böyük istedada malikdirlər”, – deyən ulu öndər Heydər Əliyev hələ birinci siyasi hakimiyyəti zamanı hərbi məktəblər yaratmış, ali təhsilli zabitlər yetişdirmək üçün bir çox insanı başqa ölkələrə təhsil almağa göndərmişdi. Müstəqillik illərində isə məhz vaxtilə Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə ali hərbi təhsil almış və hərbi xidmət yolu keçən kadrların iştirakı ilə nizami Milli Ordu yarandı.
Ulu öndər Heydər Əliyev hərbi sahəyə, hərb adamına, əsgərə çox böyük, yüksək qiymət verirdi. Dahi sərkərdə hərbi peşəni “Vətəni qorumaq peşəsi” adlandıraraq deyirdi: “Cəmiyyətdə hər bir peşə lazımdır, hörmətlidir, cəmiyyət üçün faydalıdır. Ancaq vətəni qorumaq peşəsi bu peşələrin hamısından yüksəkdir. Özünü bu peşəyə həsr edən hər bir Azərbaycan gənci bütün gənclərdən yüksəkdə durur, bütün gənclərdən qiymətlidir”. Müstəqil Azərbaycan dövlətinin güclənməsi, yaşaması, ərazi bütövlüyünün qorunması və bir daha tarix boyu bir qarış torpağının belə işğal olunmamasına nail olunması üçün ulu öndər Milli Ordunu, hərb sahəsini, vətəni qorumaq peşəsini vacib, zəruri, taleyüklü vəzifə, məqsəd hesab edirdi. Azərbaycan Milli Ordusunun olmasının vacibliyini ifadə edən ulu öndər Heydər Əliyev deyirdi: “Müstəqil Azərbaycanın bu gün də, gələcəkdə də çox güclü ordusu olmalıdır. Olmalıdır ki, torpaqlarımız bundan sonra işğal edilməsin. Olmalıdır ki, torpaqlarımızın hər bir qarışı qoruna bilsin. Olmalıdır ki, dünya tarixində böyük yer tutmuş sərkərdələr kimi müstəqil Azərbaycanın özünün də hərbi sərkərdəsi olsun”.
“Biz hər an öz doğma torpaqlarımızı azad etməyə hazır olmalıyıq və məhz bu məqsədlə bir güclü ordu yaradırıq”
Ulu öndərin müəyyənləşdirdiyi yol, məqsəd və vəzifə Azərbaycan dövlətinin və onun yaşamasına cavabdeh olan hər bir insanın qarşısında dayanan bir proqram oldu. Bu mənada ulu öndərimizin layiqli davamçısı, “özü qədər inandığı” İlham Əliyevin siyasi fəaliyyətinin əsas prioritet məqsədinə çevrilən ordu quruculuğu uğurlu inkişaf yolu keçib. İlham Əliyev cənablarının siyasi kursa rəhbərliyi ölkəmiz üçün yeni bir mərhələni yaratdı və uğurlu bir epoxanın əsasını qoydu. Həm daxili, həm də xarici kursda ciddi dönəm özünü nümayiş etdirdi. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin Azərbaycanı qüdrətləndirmək və inkişaf etdirmək məqsədinin tərkib hissəsi olaraq Azərbaycan Silahlı Qüvvələri daha güclü inkişaf yolu keçərək peşəkarlaşmış və yüksək hərbi qüdrətə nail olmuşdur. Bu inkişafın bir təzahürü də cənab Prezidentin vaxtilə məqsədə çevirdiyi kimi Azərbaycan Silahlı Qüvvələrinə ayrılan xərcin həcminin artırılması və bütün Ermənistanın büdcəsini ötüb keçməsi nailiyyətində idi. Bundan başqa dahi liderimizin uğurlu davamçısı cənab İlham Əliyevin böyük siyasət və idarəçilik qabiliyyəti sayəsində nəinki Azərbaycan ordusu peşəkarlaşdı, nəinki hərbi texniki imkanlarını genişləndirdi, həmçinin Azərbaycanda müdafiə sənayesi yaradıldı və hərbi texnika, silah və sursat təminatı istiqamətində əvəzsiz tarixi bir uğura nail olundu. Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi uğurlu inkişaf yolu və malik olduğu hərbi qüdrət, texniki imkanlar, o cümlədən müdafiə qüdrəti və nizamiliyi özünü Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan ordusunun keçirilən hərbi paradlarında nümayiş etdirdi. Azərbaycanın kosmik sahədə əldə etdiyi nailiyyətlər də onun gücünə güc qatdı, onu kosmik gücə və imkanlara malik ölkələr sırasına daxil etdi. Ölkəmizdə hərbi paradların keçirilməsi bir tərəfdən Silahlı Qüvvələrimizin qüdrətini göstərmək və nümayiş etdirmək baxımından əhəmiyyətli idisə, digər tərəfdən xalqa onu qoruyacaq müdafiə qüdrətli bir ordunu təqdim etməklə ona güvənc, ümid, inam və arxayınlıq verdi. Bu, həmçinin Azərbaycanın düşmənlərinə çox uğurlu və layiqli bir jest idi. Açıq, əyani şəkildə təsdiqini tapdı ki, Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etməyə, işğal olunmuş torpaqlarını geri almağa müvəffəq Silahlı Qüvvələrə, Milli Orduya malikdir. Prezident İlham Əliyevin dediyi kimi: “Biz hər an öz doğma torpaqlarımızı azad etməyə hazır olmalıyıq və məhz bu məqsədlə bir güclü ordu yaradırıq. …Ordu quruculuğu, müdafiə potensialının möhkəmlənməsi və güclü ordunun yaranması dövlət üçün, hökumət üçün, hər bir vətəndaş üçün bir nömrəli vəzifədir. Biz hər an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı işğalçı qüvvələrdən hərbi yolla azad edək”. Ali Baş Komandan elə bu sözlərinə də əməl edəcəyini tam mənası ilə sübut etdi: 2016-cı ilin aprel ayında ermənilərin hücumlarına qarşı aparılan əks-hücum əməliyyatları və Lələtəpə yüksəkliyinin alıması ilə nəticələnən zəfər Ali Baş Komandanın öz sözündə möhkəm və ötkəm olduğunu bir daha göstərdi. Aprel qələbəsindən sonra Naxçıvanının işğal edilmiş 11 min hektarlıq ərazisinin uğurlu istehkam-mühəndislik işləri nəticəsində azad edilməsi ilə nəticələnən məharətli Günnüt əməliyyatı da göstərdi ki, Azərbaycan Ordusu regionun ən çevik, qüdrətli və inkişaf etmiş, qələbə əzmli ordusudur. Azərbaycan Milli Ordusu hər an öz torpaqlarını işğaldan azad etməyə hazır və qadirdir. Bu, həm də düşmənə bir daha başa saldı ki, Azərbaycan Oğlu dediyi sözü, verdiyi vədi yerinə yetirmək qüdrətinə də malikdir. Faktlar bir daha göstərdi ki, Azərbaycan Prezidentinin və Azərbaycan xalqının sözünü canından keçərək yerinə yetirməyə qabil döyüş əfsanəsinə çevrilən Polad Həşimov kimi generalı, Mübariz İbrahimov, Ramil Səfərov, Elnur Əliyev, Qabil Orucəliyev və onlarla, yüzlərlə, minlərlə igid, cəsur, qorxmaz Azərbaycan oğlu – Azərbaycan əsgəri, döyüşçüsündən ibarət Milli Ordusu var. Yüzlərlə Azərbaycan əsgəri, Milli Qəhrəmanı, şəhidi sübut etdi ki, bizim söz yerə düşməz, düşmənin başına bəla olaraq düşər.
“Qarabağ Azərbaycandır və nida işarəsi (!)”
Düz otuz ilə yaxın bir dövr ərzində Azərbaycan dövləti beynəlxalq hüquq normalarına hörmət və humanizmə, insanlıq duyğularına hörmətlə Ermənistan tərəfindən işğal edilmiş ərazilərin danışıqlar yolu ilə, sülh şəraitində həllinə hər cür cəhd göstərdi. Lakin... Lakin bu illər ərzində heç bir beynəlxalq hüquq, adi insanlıq normalarını tanımayan Ermənistan öz işğalçı davranışlarını davam etdirərək Azərbaycan ərazilərini hərbi müdaxilə altında saxlamaqla bərabər dövlət başçısının dililə beynəlxalq təşkilatda çıxış edərək “Qarabağ Ermənistandır və nöqtə”, - deyə bütün danışıqlara son qoymuş oldu. Hər zaman öz uzaqgörənliyi, bilik və savadı, mahir diplomatik məharətilə çıxış edən ölkəmizin başçısı cənab İlham Əliyev bütün incəliklərilə dünya liderləri və xalqlarına tədim və təsdiq etdi ki: “Qarabağ Azərbaycandır və Nida işarəsi!” Əlbəttə, bu “Nida işarəsi” artıq səbri daşmış, haqq işinə məsuliyyətsiz yanaşmalardan cana doymuş, öz haqq savaşını qələbə ilə ilə bitirməyə qabil və qadir bir ölkənin, onun başçısının işğalçı ölkəyə və onun havadarlarına qəti və sərt xəbərdarlığı, həyəcan siqnalı idi.Ermənistanın Azərbaycanın Tovuz istiqamətindəki sərhədlərini hərbi müdaxilə ilə pozmağa çalışması bir daha onların işğalçılıq mövqeyini nümayiş etdirdi və bölgədə, bütövlükdə Cənubi Qafqazda sülhə təhlükə yaratdıqlarını sübuta yetirdi. Bu qəfil və xain hücumda Azərbaycanın Polad Həşimov kimi bir generalını şəhid verməsi gələcək haqq savaşına doğru bütün Azərbaycan xalqını mənən oyatdı, milli həmrəyliyi təmin etdi və bütövlükdə azərbaycanlı ruhunu generallaşdırdı. Əlbəttə, Ermənistan siyasi elitası “axmaqlığı” ilə dərk etmədi ki, onlar od ilə oynayırlar. Azərbaycan Respublikasının Ali Baş Komandanı, ölkə başçısı İlham Əliyevin göstərişi ilə əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu odla oynamağın cəzasını düşmənə hiss etdirmiş oldu. Tovuz hadisələrinin ardınca yenə də hərbi müdaxilələrə davam edən Ermənistanın çoxdan hazırlanan hücum planlarına qarşı Azərbaycan Ordusu tərəfindən edilən əks-hücum həmlələri Ermənistanın özü haqda yaratmış olduğu mifi nəinki darmadağın eldi, ən qısa müddətdə, hətta ilk cəhddə Ermənistan tərəfinə ağır itkilər veməklə bərabər, 6 kəndin işğaldan azad edilməsilə nəticələndi. Azərbaycan Prezidentinin: “Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur, münaqişə indi həll olunmalıdır” diplomatik həmləsinə qüvvətli, qüdrətli Azərbaycan Ordusu ən müasir silah, sursat və döyüş texnikası ilə, nəticəli döyüş əməliyyatları ilə dəstək və güc verərək artıq xeyli ərazilərin işğaldan azad edilməsinə imkan yaratdı. Azərbaycan xalqı tam əmindir ki, bu xına o xınadan deyil: mütləq Azərbaycan bayrağı Şuşada, Dağlıq Qarabağda asılacaqdır və əsarətə son qoyulacaqdır! Ermənistan tərəfinin verdiyi ağır itkilər, saysız-hesabsız döyüş texnikasını qoyub qaçmaları, xeyli sayda canlı qüvvəsinin əsir alınması və s. Ermənistanın məğlub və acınacaqlı durumunu kifayət qədər aydınlığı ilə ortaya qoyur. Hətta döyüş bayrağını qoyub-qaçan ermənilər sübut etdilər ki, Ermənistan milli orduya deyil, müxtəlif ölkələrdən gətirilmiş, hətta terror təşkilatlarına aid qüvvələrdən ibarət dağınıq hərbi birləşmələrə malikdir. Elə Azərbaycan əsgəri ilə erməni əsgərinin başlıca fərqlərindən biri də odur ki, hər bir Azərbaycan əsgəri öz torpağı, Vətəninin əraziləri uğrunda, haqq və həqiqət yolunda mübarizə aparır. O bilir ki, onun sərhəd çəpəritək dayandığı yerdən geridə sevdikləri, doğmaları var və onu öldürmədən düşmən bir addım da irəli gedə bilməz. Amma erməni tərəfdən döyüşənlər üçün niyə, nə üçün döyüşdükləri bəlli deyil və onların bu döyüşdə müqəddəs amalları, mənəvi məsuliyyətləri yoxdur. Dara düşəndə qaçmaq onlar üçün amalsız döyüşdən canını qurtarmaq vasitəsidir. Buna görə də hər bir həmləsində Azərbaycan əsgərinin rəşadəti, döyüş bacarığı və hərbi qüdrəti özünü qələbə ilə tamamlandı. Ermənistan hökuməti və onun dövlət və din başçılarının rəsmi etirafları Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarından nə dərəcədə dəhşətə gəldikləri və qorxduqlarını aydın nümayiş etdirdi. Qeyri-peşəkar və heç bir hərbi nizama dayanmayan döyüş cəhdləri də Ermənistan “ordu”sunun çoxdan məğlub olduğunun bariz təzahürü, panik duruma düşmüş bir yığın döyüşçünün nizamsız davranışlarından başqa bir şey deyil. Habelə Ermənistan tərəfinin məqsədli olaraq dinc sakinləri hədəfə alması, yaşayış yerlərini vurmağa cəhd göstərməsi bir daha göstərdi və sübut etdi ki, Ermənistan nəinki siyasi əxlaqdan kənardır, o hətta döyüş mədəniyyətindən uzaqdır və onun dövlət, ölkə, xalq olaraq ən adi insan haqlarına sayğı ləyaqəti yoxdur. Bunun isə bir adı var: terrorizm. Son hadisələr və Ermənistanın davamlı anti-insani hərəkətləri, onların faşist ideologiyası ilə davranışları yeni faşizm olan ermənizmin meydana gəlməsinin əyani sübutudur. Azərbaycanlılar minlərlə Həzi Aslanov, Mehdi Hüseynzadə, Rixard Zorge, Qafur Məmmədov, İsrafil Məmmədov, Əhmədiyyə Cəbrayılov və başqaları kimi igidlərilə dünyanın ən müxtəlif yerlərində, ən müxtəlif xalqların azadlığı, müxtəlif millətlərin xoşbəxtliyi uğrunda faşizmə qarşı döyüşdükləri halda, ermənilər Njde kimi xain övladları ilə faşizmə xidmət emiş, faşist olaraq da qalmışlar. Lakin Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “...Biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o bir daha bizim tərəfə baxmağa cəsarət etməsin”.
Ermənistan tərəfinin dinc sakinləri hədəfə almasına baxmayaraq Azərbaycan əhalisi birmənalı həmrəylik, birlik və mübarizlik göstərməyə davam edir. Daim ruh yüksəkliyində olan xalq Milli Ordumuzun Böyük Qələbəni əldə edəcəyinə tam inanırlar. Buna görə də döyüşə atılan əsgərlərdən başqa minlərlə insanın könüllü hərbi xidmətə yazılması, israrla bu gedən haqq savaşında iştirak etmək istəyi Azərbaycan xalqının başlanan bu Vətən müharibəsində hər bir zaman Ali Baş Komandanın yanında və hətta onun əmrində olduğunu qətiyyətlə göstədi. Heç bir şübhə yeri qalmadan qadından kişiyə, körpədən qocaya, xəstədən sağlama hər bir azərbaycanlı insanı Ali Baş Komandanın bu müqəddəs Vətən savaşındakı əzmini dəstəkləyir və bütün gücü ilə Milli Ordumuzun döyüşünə tərəfdar çıxır. Bəli, bu savaş Azərbaycan xalqının haqq savaşıdır, Vətən müharibəsidir. Dünya müharibələrində, İkinci dünya müharibəsində qələbənin əldə olunmasında minlərlə oğul-qızının iştirakı ilə yaxından iştirak edən, qəhrəmanlar meydana çıxaran, Əfqanıstanda və başqa regionlarda sülhməramlı qüvvələrilə sülhün keşiyində dayanan, Qafqaza əmin-manlıq bəxş etmək məsuliyyətini üzərinə götürən Azərbaycan dövləti mütləq Yusif Mirzəyevlərin, Albertlərin, Mübarizlərin və neçə-neçə unudulmaz şanlı-şövkətli qəhrəmanların ənənələrini, qüdrətini, məhəbbətini özündə daşıyan əsgər və məharətli zabitlərinin sayəsində Böyük, Şanlı Qələbəni təmin edəcək, sülhü, əmin-amanlığı bərpa edəcəkdir. Böyük Qələbə uzaqda deyil. Əli silah tutan ya tutmayan, kişi ya qadın, yaşlı və ya gənc olmasına, harda yaşamasına, harda olmasına baxmayaraq, bu gün hər bir zərbaycanlı, hər bir Azərbaycansevər yalnız bir şey deyir, bir söz hayqırır: “QARBAĞ AZƏRBAYCANDIR! Eşq olsun zəfər gətirən Azərbaycan Ordusuna! Eşq olsun Azərbaycanın Ali Baş Komndanına! Yaşasın Azərbaycan!” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” Vaxtilə Azərbaycanbayrağı Bayraq Meydanı istifadəyə verilərkən və dünyanın ən hündür bayrağı müstəqillik səmasına qaldırılarkən Azərbaycan Respublikasının Prezidenti:“Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda da qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”, - deyə fikir bildirmişdi və bu gün orda – Bayraq Meydanında deyilən sözün davamı olaraq Azərbaycan bayrağı artıq Suvoquşan yüksəkliyinin timsalında neçə-neçə işğaldan azad edilmiş torpaqlarımızda dalğalanır. Əlbəttə, bayrağımızın Şuşada, Xankəndində, Dağlıq Qarabağda dalğalanacağına heç bir şübhə yeri yoxdur və o günə çox qalmayıb.
...Vaxt olur, Zaman bizlə danışır, vaxt olur, biz Zamanla danışırıq. Bu gün Zamanın bizə diqtə, bizim Zamanla haqq-hesab çəkdiyimiz gündür. Bu gün Zamanın da diqtəsi milli qürura mübarizə və qələbəyə çağırışdır. “İstiqlal” ordenli Xalq şairi Məmməd Araz demişkən:
Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri
Biz hər şeyi bölə billik.
Səndən qeyri
Biz hamımız ölə billik!
...Ayağa dur Azərbaycan!
Bunu bizə zaman deyir.
Məzarından baş qaldıran baban deyir!
Nər oğlu nər, səninləyəm!
Səninləyəm, silah tutan,
külüng tutan, yaba tutan,
Kösöy tutan nişanlı ər, səninləyəm.
Səninləyəm, qız atası,
hanı nərən, hanı səsin?
Hanı andın?
...Gözünü sil, Vətən oğlu,
Ayağa qalx!
Üfüqinə bir yaxşı bax!
Sərhədinə bir yaxşı bax!
Sərhədinin kəməndinə bir yaxşı bax!
Dur içindən qorxunu boğ,
Ölümünlə qalımını ayırd elə.
Dur içindən dovşanı qov,
Dur özünü bozqurd elə!
Bir səsindən min səs dinər,
Neçə-neçə daşa dönmüş dinməz dinər!
...Səninləyəm, haqq-ədalət, səninləyəm,
Milli qürur, milli qeyrət, səninləyəm!
...Səninləyəm, yatmış vulkan,
Səninləyəm!
Ayağa dur, Azərbaycan,
Səninləyəm!!!
P.S. Vaxtilə ölkəmizin başçısı, Azərbaycan Respublikası Prezidentinə həsr etdiyim məqalə və “Müstəqillik yollarında: Liderlik missiyası” adlı kitabımda Cənab İlham Əliyevi “Qələbə əzmli lider” deyə xarakterizə etmişdim. Bu günümüzün qürurunu yaşayıram ki, məhz Qələbə Əzmli Lider kimi də Cənab İlham Əliyev Azərbaycan xalqını 30 ilə yaxın müddətdir, səbirsizliklə gözlədiyi Böyükə Qələbəyə, böyük tarix yazan Zəfərə, yeni bir dönəmə götürür! Artıq bütün Azərbaycan xalqı bu ər oğlu ərin Azərbycan bayrağını Qarabağa sancacağına tamamilə əmindir və o günün iştirakçısı olmaq həvəsilə hər bir kəs Ali Baş Komandanın əmrindəki bir əsgər olmaq istəyi ilə qətiyyətli bir həmrəylik, birlik yaradıb. Qüvvətin və qüdrətin sarsılmasın, Liderim!
Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Baxış sayı: 611
Bölməyə aid digər xəbərlər

Dünən, 22:13
Leyla Əliyeva Altıağacda - Fotolar
23-11-2024, 22:44
COP29-da İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərar qəbul olunub
23-11-2024, 22:39
Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
23-11-2024, 14:26
Şeyx Portuqaliyaya gedir
22-11-2024, 22:20
İsrailli nazir Bakıda Aqarunovun məzarını ziyarət etdi - Fotolar
21-11-2024, 22:01
Leyla Əliyeva Qlobal Liderlərin Dialoqunda iştirak etdi - Fotolar
19-11-2024, 22:08
Samir Nuriyev görüş keçirdi - Fotolar
14-11-2024, 15:53
İlham Əliyev İslam İnkişaf Bankının prezidenti ilə görüşüb
14-11-2024, 00:33
Heydər Əliyev Fondunun nəşri təqdim olundu - Fotolar+Video
9-11-2024, 10:22
Sumqayıtda 8 noyabr Zəfər Günü qeyd olunub-VİDEO+FOTOLAR
7-11-2024, 09:43
Sumqay;tda Zəfər Günü ilə əlaqədar “Zəfər nəğməli Azərbaycan” adlı tədbir keçirildi-VİDRO+FOTOLAR
4-11-2024, 19:17
Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
31-10-2024, 08:37
Bayden iki uşağı dişləyib
28-10-2024, 19:42
“Şəhid Vətən Müharibəsi Qəhrəmanları” adlı kitabın təqdimatı olub
25-10-2024, 19:25
Ukrayna hərbçiləri təsadüfən özünün "Hawk" pilotsuz təyyarəsini vurub
17-10-2024, 10:52
Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video
15-10-2024, 04:13
Sumqayıtda "Mənim oğlum qəhrəmandır" layihəsi-VİDEO+FOTOLAR
8-10-2024, 16:17
İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə görüşü olub
5-10-2024, 12:06
Sumqayıtda Müəllimlər Günü qeyd olundu-VİDEO+FOTOLAR
3-10-2024, 22:38
İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olub
28-09-2024, 22:48
Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib
27-09-2024, 23:47
Baş Prokurorluğun rəhbər heyəti Zəfər Parkında olub
27-09-2024, 17:56
Sumqayıtda 27 sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib
27-09-2024, 11:16
İlham Əliyev Zəfər parkında olub
25-09-2024, 22:26
Adil Əliyevin doğum gününü TƏBRİK EDİRİK!
25-09-2024, 11:26
İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub
24-09-2024, 23:34
İlham Əliyev “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub
24-09-2024, 11:07
Qarabağ Universitetində yaşanan qürurlu gün-Kamal Paşazadə
23-09-2024, 20:17
İlham Əliyev yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında iştirak edib
20-09-2024, 09:31
İlham Əliyev Şuşada Bayraq Meydanının açılışında iştirak edib
19-09-2024, 21:03
İlham Əliyev Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib
18-09-2024, 20:02
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Milli Qəhrəman Mübariz İbrahimovun ailəsini ziyarət edib
16-09-2024, 20:35
ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib
15-09-2024, 10:52
XİN-dən Bakının azad edilməsi ilə bağlı - Paylaşım
14-09-2024, 15:22
Prezident İlham Əliyev Fatma Səttarovanın vəfatı ilə əlaqədar onun ailəsinə və yaxınlarına başsağlığı verib
14-09-2024, 11:48
İlham Əliyev “Xaqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq-yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
13-09-2024, 01:44
Heydər Əliyev Fondunun Vatikanda Müqəddəs Yubiley İlinə töhfəsi- VİDEO
10-09-2024, 19:17
Lamiyə və Orxana “Şöhrət” ordeni verildi
6-09-2024, 12:11
İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib
6-09-2024, 11:40
İlham Əliyev Milan şəhərinə gəlib
4-09-2024, 21:06
Baş prokuror Rusiyada işgüzar səfərdədir
2-09-2024, 22:25
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdəki Xudavəng monastır kompleksində olublar