18:59 / 16-10-2026
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
23:58 / 15-10-2026
Yeniyetmələr bir kişini şəhərətrafı qatardan çıxarıb döyüblər
20:25 / 15-10-2026
Lavrov: "Rusiya Ukrayna ilə bağlı danışıqları heç vaxt rədd etməyib"
20:20 / 15-10-2026
İstanbulda 84 ilin ən güclü yağışı nəticəsində üç nəfər ölüb
20:16 / 15-10-2026
Rusiya karateçilərinin Polşada keçirilən Gənclər arasında Dünya Çempionatında iştirakına qadağa qoyulub.
20:05 / 15-10-2026
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
19:58 / 15-10-2026
Merz ABŞ-ın dondurulmuş Rusiya aktivləri ilə bağlı təklifinə reaksiya verdi
19:54 / 15-10-2026
Tanışını öldürməkdə ittiham olunub
19:51 / 15-10-2026
Peskov Rusiya idmançılarını dünyanın ən güclüləri adlandırdı
19:47 / 15-10-2026
18 milyon rubl rüşvət aldığına görə həbs edilib
19:42 / 15-10-2026
Tramp Nidal Həsənin edamını canlı yayımlamayacağını açıqladı
19:39 / 15-10-2026
CNN: Ukraynada "Patriot" raketləri tükənib
19:23 / 15-10-2026
İnsan qalıqları olan torbalar tapılıb
19:20 / 15-10-2026
Mərkəzi Bank ayıları Sibirdə turizmə mane olan amillərdən biri adlandırılıb
19:17 / 15-10-2026
Polis məmurunu təhdid etməkdə və bir qadını vurmaqda təqsirli bilinib
19:13 / 15-10-2026
Larisa Dolinanın Moskva Konserti ləğv edildi
19:05 / 15-10-2026
Husilərin Ər-Riyad hava limanına hücumları nəticəsində 17 nəfər həlak olub
19:00 / 15-10-2026
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
21:49 / 14-10-2026
Məktəblilərə hücum etdiklərinə görə yeniyetmə miqrantlar saxlanılıb
21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:39 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağırdı
21:31 / 14-10-2026
Ayı hücum edəndə ağrımadı: Balıqçı yırtıcı ilə qarşılaşmasından danışır
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
21:17 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Çin nümayəndə heyətinin İturup adasına səfərindən sonra etirazını bildirib
21:10 / 14-10-2026
Sinqapur bayrağı altında üzən konteyner gəmisi Hörmüz boğazında batdı
21:06 / 14-10-2026
Lavrov Putin və Si Cinpin arasında Şençjendə keçirilən APEC sammitində görüş keçiriləcəyini açıqladı
21:02 / 14-10-2026
Türkiyənin Antalya şəhərində mikroavtobus qəzaya uğrayıb
20:59 / 14-10-2026
Qətldə şübhəli bilinən şəxs saxlanılıb
20:56 / 14-10-2026
Pentaqon 2026-cı ilə qədər yüz minlərlə kamikaze hücum dronunu yerləşdirməyi planlaşdırır
20:52 / 14-10-2026
Deputatlar Məclisinin rəhbəri dələduzluqda ittiham olunaraq həbs edilib
20:49 / 14-10-2026
FIS Dünya Kubokunda Rusiya xizəkçiləri üçün kvota yerlərinin sayını açıqladı
20:46 / 14-10-2026
İtkin düşmüş 3 yaşlı oğlan qarğıdalı tarlasında tapılıb
20:43 / 14-10-2026
Le Pen Ukraynanın AB-yə qoşulmasını birləşmək üçün "hara-kiri" adlandırdı
Adil Əliyev: Ermənistan öz təcavüzkar, avantürist siyasətindən əl çəkməlidir
Tarix: 22-09-2020 13:23 | Bölmə: Gündəm
Baxış sayı: 597
Bölməyə aid digər xəbərlər
Tarix: 22-09-2020 13:23 | Bölmə: Gündəm

Ermənistan tərəfinin yenidən cəbhənin Tovuz rayonu istiqamətində təxribat törətməsi nəticəsində Azərbaycan Ordusu bir şəhid verdi. Bu, bizim üçün olduqca ağrılıdır, çünki hər bir şəhid torpağa tapşırılarkən həmin ağrı-acını xalq olaraq hamımız hiss edirik.
Düşmənin son aylar ərzində cəbhədə yenidən fəallaşması bizi bir daha əmin edir ki, Ermənistan hakimiyyəti heç vaxt öz işğalçılıq siyasətindən geri durmayacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis Sədrinin müavini Adil Əliyev bildirib.
Adil Əliyev deyib: “Münaqişənin tarixinə nəzər salsaq, görərik ki, Ermənistan tərəfi torpaqlarımızın işğalını XX əsrdən etibarən daha ciddi cəhdlə həyata keçirməyə başlamışdı. Lakin ulu öndər Heydər Əliyev sovet hakimiyyəti dövründə rəhbər vəzifələrdə olduğu müddətdə Azərbaycanın ərazi bütövlüyünü müdafiə edərək düşmənin işğalçı siyasətinin qarşısının alınmasını təmin etmişdi. Heç də təsadüfi deyil ki, Ulu Öndər Siyasi Bürodan uzaqlaşdırıldıqdan iki həftə sonra ermənilər yenidən mənfur siyasət yürüdərək öz ərazi iddialarını irəli sürdülər.
Əli Azərbaycan xalqının qanına batmış Qorbaçov eyni xislətdə olduğu Ermənistan tərəfinin mövqeyini müdafiə edərək, Dağlıq Qarabağda xüsusi komitənin yaradılmasını təmin etdi və öz köməkçisi, sonralar erməni lobbisinin maraqlarına xidmət edən Arkadi Volskini həmin komitəyə rəhbər təyin etdi.
A.Volskinin dövründən etibarən əvvəlcə Xankəndi, sonra Azərbaycanın digər ərazilərində xalqımıza qarşı etnik təmizləmə siyasətinə başlanıldı, azərbaycanlılar öz əzəli və əbədi torpaqlarını tərk etməyə məcbur qaldı. Sonradan isə Ermənistan tərəfinin 366-cı motoatıcı briqadanın iştirakı ilə törətdiyi soyqırımları, insanlarımızın kütləvi şəkildə öz dədə-baba yurdlarını tərk etmələri, dinc sakinlərimizin, xüsusilə qadın, uşaq və qocaların ağır əzab və iztirablarla öldürülməsi faktı hamımıza məlumdur.
Mürəkkəb hadisələrin baş verdiyi həmin dövrdə o vaxtkı Azərbaycan hakimiyyətinin bu ağır vəziyyətdən çıxış yolunu tapmaq əvəzinə, dövlətə qarşı xəyanəti, ayrı-ayrı xarici ölkələrin maraqlarına xidmət edərək xalqı öz taleyinə buraxması, həqiqətən də onların qəlbində dövlətimizə, xalqımıza qarşı sədaqət, Vətənə məhəbbət hissinin olmadığını bir daha sübut edir.
Ermənistan tərəfinin apardığı təcavüzkar siyasət yalnız Köçəryan-Sarkisyan cütlüyünün hakimiyyəti dövrünə təsadüf etmir. Bu gün ölkənin baş naziri Paşinyan da öz sələflərinin yolunu davam etdirir və onların işğalçılıq siyasətini həyata keçirir. Bu isə bizə belə qənaətə gəlməyə əsas verir ki, Ermənistanda hakimiyyətdə kimin olmasının heç bir əhəmiyyəti yoxdur, bütün hakimiyyət bir qisim şəxslər tərəfindən idarə olunur. Bugünkü Ermənistan hakimiyyəti Soros rejiminin məhsuludur və təbii ki, Sorosun siyasi diktəsini həyata keçirir, təkcə ona görə yox ki, hakimiyyət komandasının bütün üzvləri ya Soros Fonduna, ya “Transperensy”yə, ya da ki, digər insan hüquqları təşkilatlarına bağlıdırlar. Təbii ki, siyasi sifarişləri yerinə yetirən bu təşkilatlar öz sadiq qullarının iradəsinə uyğun davranırlar.
Ermənistan tərəfinin məzlum imici alması, özlərini dünyaya yazıq xalq olaraq göstərməsi bizi aldatmamalıdır, onlar, sadəcə, öz maraqları üçün hər cildə girməyi bacarırlar. Belə ki, yaxın keçmişə nəzər salsaq, görərik ki, Ermənistanda Paşinyan hakimiyyətə gəldikdən sonra rəsmi və qeyri-rəsmi kanallar vasitəsilə sülhün tərəfində olmasını bildirdi və əvvəlkilərdən fərqli olaraq münaqişənin tez bir zamanda həll edilməsi üçün sülh danışıqlarına başlayacağının anonsunu verdi.
Həmin dövrdə Ermənistanla yanaşı, ATƏT-in Minsk qrupunun həmsədrləri də münaqişənin qısa müddət ərzində sülh yolu ilə həll ediləcəyinin proqnozunu verirdi. Hətta baş verənlərin fonunda Ermənistanın əvvəlki rəhbərlərinin həbs edilməsi hakimiyyətin öz simasını dəyişməsini əsaslandırmağa imkan versə də, bu gün görürük ki, heç də belə deyilmiş, düşmən öz təcavüzkar mövqeyini, sadəcə, gizlətməyə cəhd etmişdir.
Paşinyan hakimiyyətə gəldiyi zaman ordumuzun silahlı birləşmələri tərəfindən həyata keçirilən uğurlu Günnüt əməliyyatının çox da qabardılmamasının səbəbi isə təkcə Ermənistan rəhbərliyinə vaxtın verilməsi yox, eyni zamanda, Azərbaycanın daim hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına riayət etməsi, münaqişələrin həlli yolu kimi müharibəni qəbul etməməsi və sülhün tərəfində olmasının əyani sübutu idi.
Lakin Nikol Paşinyan az bir müddətdən sonra siyasətdə böyük dəyişiklik etdi və yalvarıcı diplomatiya dilindən uzaqlaşaraq müharibəyə meyilli siyasət yürütdü. O, özündən əvvəl bu siyasəti həyata keçirənlərin sonlarının necə olduğunu görürdü, lakin, belə məlum olur ki, bundan özünə bir nəticə çıxarmamışdır. Əks halda, ordunun silahlandırılmasını həyata keçirməz, habelə qadınları hərbi təlimlərə cəlb etməklə yanaşı, “Müdafiə haqqında” qanuna dəyişiklik etməklə 70 yaşadək olan ahıl insanları belə silahlandırmağa cəhd etməzdi.
Ermənistan tərəfi başa düşür ki, Azərbaycan müharibəni də, diplomatiyanı da beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri ilə yanaşı, öz tarixinə sadiq qalaraq mərdcəsinə həyata keçirir. Belə bir vəziyyətdə güclü Azərbaycan ordusunun qarşısına onlar ahıl adamları çıxarır. Bu isə o deməkdir ki, insan həyatının onlar üçün heç bir əhəmiyyəti yoxdur. Belə olmasaydı, cəmi 2 ay bundan əvvəl Tovuz rayonunda törətdikləri təxribat zamanı 76 yaşlı vətəndaşımızı qətlə yetirməzdilər. Bu təxribat zamanı üzləşdikləri məğlubiyyəti riyakar hakimiyyət öz millətinə qələbə deyə təqdim edib. Təbii ki, belə olan halda, sual olunur ki, əgər qələbə qazanmısınızsa, niyə gedib Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yalvarırsınız?
Bu gün Azərbaycanın güclü rəhbəri və ordusu var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistanın həyata keçirdiyi siyasətlə bağlı sərt mövqedədir. Sentyabrın 21-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda 182 ölkə arasında 6-cı olaraq çıxış edən dövlətimizin başçısı İlham Əliyev bir daha dünyanın diqqətinə çatdırdı ki, “Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir və o, danışıqlar prosesində əsassız şərtlər irəli sürür. Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilmişdir və sülhə nail olunması üçün bizim yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır! Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır!”.
Ermənistan və onun havadarları bir daha başa düşməlidir ki, Azərbaycanın bütün sahələrdə olduğu kimi, diplomatiya sahəsində də qazandığı uğurlar, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müharibədə də qələbənin əldə edilməsini şərtləndirir. Erməni tərəfi bunu nə qədər tez anlasa, onlar üçün bir o qədər yaxşı olar.
Baxış sayı: 597
Bölməyə aid digər xəbərlər
13-10-2026, 09:30
Filmin sonu ayrıca bir film idi... - Video
8-10-2026, 22:56
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
8-10-2026, 22:50
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
1-10-2026, 18:04
General Əfqan Nağıyev 60-a çatdı
29-09-2026, 23:01
Sumqayıtda Anım Günü-İcra başçısı Zakir Fərəcov şəhid məzarlarını ziyarət etdi-VİDEO+FOTOLAR
27-09-2026, 19:58
27 Sentyabr – Anım Günü: Qəhrəmanlıqdan Zəfərə
25-09-2026, 23:22
«44-дневная Отечественная война положила конец 30-летнему статус-кво»-- Конул Нуруллаева
22-09-2026, 18:38
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib
18-09-2026, 19:32
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
18-09-2026, 00:08
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
18-09-2026, 00:01
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
15-09-2026, 17:27
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
15-09-2026, 17:11
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin”
8-09-2026, 15:40
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi
2-09-2026, 17:55
"Sumqayıtın formalaşan yeni inkişaf modeli"
31-08-2026, 18:02
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
31-08-2026, 17:57
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat
31-08-2026, 15:54
İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib-VİDEO
25-08-2026, 21:58
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
25-08-2026, 15:57
26 Avqust - Laçın şəhəri günü
24-08-2026, 17:11
İlham Əliyev Zelenskiyə təbrik məktubu ünvanlayıb
24-08-2026, 14:48
Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
23-08-2026, 18:30
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib-VİDEO
23-08-2026, 18:22
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub-VİDEO
23-08-2026, 18:09
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib-VİDEO
14-08-2026, 17:34
Naxçıvanın iqtisadi fəallığı artır-Könül Nurullayeva
8-08-2026, 23:10
“Azərbaycan Vaşinqton üçün daha dəyərli strateji tərəfdaşa çevrilib”
31-07-2026, 10:30
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
30-07-2026, 19:57
İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib
22-07-2026, 08:51
Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur-Könül Nurullayeva
21-07-2026, 18:09
İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
15-07-2026, 20:10
Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı-Könül Nurullayeva
13-07-2026, 23:40
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
11-07-2026, 16:26
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
10-07-2026, 20:58
İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
3-07-2026, 21:27
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video
2-07-2026, 00:00
İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
29-06-2026, 19:15
Leyla və Alyona Əliyevalar festivalda - Fotolar
23-06-2026, 17:30
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib













