22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
lham Əliyev ona “Dostluq” ordeni verdi
Tarix: 05-09-2020 16:28 | Bölmə: Gündəm

                İlham Əliyev ona “Dostluq” ordeni verdi


Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əlaqələrin inkişafında xidmətlərinə görə “Rosneft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyətinin baş icraçı direktoru, İdarə Heyətinin sədri İqor İvanoviç Seçin “Dostluq” ordeni ilə təltif edilib.
"Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
***
Prezident İlham Əliyev İqor Seçinə təbrik məktubu da göndərib.
Təbrikdə deyilir:
"Hörmətli İqor İvanoviç.
Əlamətdar tarix – anadan olmağınızın 60 illiyi münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Sizin rəhbərliyinizlə “Rosneft” Neft Şirkəti böyük uğurlar qazanıb və dünya neft-qaz sahəsinin liderlərindən birinə çevrilib.
“Rosneft” Neft Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşlığı energetika sahəsində Azərbaycan-Rusiya qarşılıqlı əlaqələrinin mühüm komponenti olmaqla Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin möhkəmlənməsinə sanballı töhfə verir.
Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram".




Baxış sayı: 776


Bölməyə aid digər xəbərlər
23-11-2024, 14:26 Şeyx Portuqaliyaya gedir