Bütün xəbərlər
İlham Əliyev qırğızıstanlı həmkarını təbrik etdi
Tarix: 29-08-2020 16:24 | Bölmə: Gündəm

                 İlham Əliyev qırğızıstanlı həmkarını təbrik etdi


Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sooronbay Jeenbekova təbrik məktubu göndərib. 
"Qafqazinfo" xəbər verir ki, məktubda deyilir: 
"Hörmətli cənab Prezident,
Qırğız Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan-Qırğızıstan əlaqələri, ənənəvi dostluq və əməkdaşlıq münasibətlərimiz xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bəşəriyyətin COVID-19 pandemiyası ilə mübarizə apardığı bir dövrdə Azərbaycan xalqının qardaş Qırğızıstan xalqı ilə həmrəy olduğunu vurğulamaq istəyirəm.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə daim əmin-amanlıq və rifah diləyirəm".


Baxış sayı: 611


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı