Bütün xəbərlər
Məktəb binasına daxil olarkən müəllim və şagirdlərin hərarəti ölçüləcək - Video
Tarix: 27-08-2020 19:05 | Bölmə: Gündəm

                   Məktəb binasına daxil olarkən müəllim və şagirdlərin hərarəti ölçüləcək


Məktəb binasına daxil olarkən həm müəllimlərin, həm də şagirdlərin hərarəti ölçüləcək, tibbi maskalardan istifadə olunacaq, sosial məsafə gözləniləcək, mütəmadi olaraq dezinfeksiya işləri görüləcək.
“Qafqazinfo” xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı avqustun 27-də keçirilən brifinqdə deyib.
Virusun yayılmasının qarşısını almaq üçün biz 3 əsas işi vaxtında etməliyik:
Yoluxmanın vaxtında aşkarlanması
Aşkarlanmış halların tez bir zamanda təcrid edilməsi
Təcrid edilənlərlə təmasda olan digər insanların siyahısının müəyyən edilməsi, onların ya xəbərdar olunması, yaxud müvafiq qaydada müayinə edilməsi.

              


Baxış sayı: 540


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı